Bildiyimiz kimi hamı İngiltərədə, Amerikada və digər ölkələrdə oxumağı arzulayır. Amma bunu arzulamaqla deyil, arzulayaraq bu arzuya çatmaq üçün bir neçə etap keçmək lazımdır 🙂
İlk etap ingilis dilini öyrənib beynəlxalq TOEFL və ya IELTS imtahanlarından birinin sertifikat əldə etmək lazımdır.
Qeyd edim ki, dünya universitetlərinin 90%-nə problemsiz olaraq bu iki imtahandan birini verməklə qəbul olmaq olar.
TOEFL və IELTS … Bunların fərqi nədir? Ümumiyyətlə fərq varmı? Hansı daha üstündür? Və sairə suallara cavab tapaq.
TOEFL (ingilis dilində Test of English as a Foreign Language – Xarici Dil Qismində İngilis dili Testi deməkdir)
IETLS – (Beynəlxalq İngilis dili İmtahanı sistemi)
Bir çox Amerika kollec və universitetləri iki testdən birini və ya hər ikisinin nəticələrini qəbul edir. TOEFL imtahanının nəticələri 2 il müddətində keçərlidir və bu müddət bitdikdən sonra imtahanın nəticələri rəsmi olaraq etibarsız sayılır. Belə ki, bu müddət ərzində imtahan verən şəxsin dil biliyi əhəmiyyətli dərəcədə zəifləyə bilər. Bir çox kollec və universitetlər adətən yaxın zamanlarda nəticəsi elan olunmuş TOEFL qiymətlərini tərcih edirlər. TOEFL ABŞ Təhsil İmtahan Xidməti (ETS) tərəfindən idarə olunur və ona məxsus ticarət markasıdır. TOEFL imtahanları dünyanın 80 ölkəsində keçirilir. TOEFL idarə heyəti 16 nəfərdən ibarət komitədən ibarətdir. IELTS isə 3 şirkətə məxsusdur ki, bu imtahan vasitsilə Avstraliya, Böyük Britaniya və ABŞ-da universitetlərə qəbul olmaq mümkündür. IELTS testləri daha çox 121 ölkədə təşkil edilir. İlk olaraq IELTS Böyük Britaniya və Avstraliya universitetlərinə qəbul olmaq üçün yaradılmışdır.
Qeydiyyat proseduru TOEFL daha sadə formadadır Qeydiyyat üçün yalnız internet bağlantısı və kredit kartı (bank kartı) lazımdır. IELTS imtahanına müraciət üçün isə kağız üzərində olan formanı doldurmaq, sonra 2 ədəd şəkil və üstəgəl pasportun surəti lazımdır. Daha sonra isə bu qeyd olunanları götürüb imtahan keçiriləcək mərkəzə gəlmək lazımdır və oraya bu sənədələri təqdim edib ödəniş etmək lazımdır.
Bir çox ölkələrdə universitetlər internet üzərində aparılan TOEFL imtahanına üstünlük verirlər.
TOEFL və IELTS imtahanları demək olar ki, eyni prinsip əsasında aparılır. Hər iki imtahan 4 hissədən ibarətdir. Lakin “speaking” hissə IELTS-də TOEFL-dan fərqlidir. Beləki IELTS-də “speaking” hissəsi canlı formada imtahan müəllimin iştirakı ilə aparılır. İlk olaraq 4-5 dəqiqə tanışlıq daha sonra 4-5 dəqiqə müzakirələr aparılır. İmtahan səsyazmaya yazılır. İmtahanın 3 hissəsini 1 günə vermək olur, digər speaking hissəni isə imtahanın son gününə kimi vermək olar. Bu təxminən 1 həftəyədək uzadıla bilər.
TOEFL imtahanında isə “speaking” bölümü 6 sualdan ibarətdir. 2 sual azad mövzudan və 4 sual isə nağıletmədən ibarətdir. IELTS 2.45 saat TOEFL isə 4 saat davam edir.
Bundan başqa tövsiyəm budur ki, əgər Siz dünyanın hər hansı bir universitetində təhsl almaq istəyirsinizsə, ilk öncə Siz həmin universitetə hansı imtahan nəticəsi ilə müraciət etmənin əlverişli və yaxud vacib olduğunu dəqiqləşdirin və daha sonra bu iki imtahandan birinə hazırlaşın.
Uğurlar 🙂
Salam. Hollandiyada bakalavr təhsil almaq istəyirəmsə, ancaq ielts və attestat lazım olacaq?başqa imtahan verməyəcəm?zəhmət olmasa cavablandırardız. Təşəkkürlər🌹
Salam,
IELTS yetərlidir
Salam men SAT ile imtahan versem Turkiyeye, TOEFL da lazimdir yoxsa tek bu bes eder
Salam,
1-ci kursa başlamaq üçün və ingiliscə oxumaq üçün TOEFL da lazımdır
SALAM mene cox vacibdir sualimin cavablandirilmasi. Men bilmek isteyirdim ki, men Turkiyeye getmek ucun SAT imtahani vermeliyeem yeni ki, mecburidir ? Yoxsa yalniz TOEFL ile de kece bilerem.Eger SAT mecburidirse bes TOEFL ne ucundur.Cox xahis edirem sualimi cavablandirin
Salam,
özəl universitetlərə TOEFL ilə də gedə bilərsiniz
Salam Türkiyəyə SAT1 yanaşı TOEFL məcburidir?
Salam. Bəli. SAT giriş imtahanıdır. TOEFL dil imtahanı
Salam. Azərbaycanda hüququn bakalavrın bitirib, xaricdə magistr təhsili almaq mümkündürmü? Birdə hansı imtahanı vermək lazımdır bunun üçün?
Salam. Bəli. GPA yaxşı olmalı və IELTS
Salam.Men ABŞ,Kanada,Ingiltere kimi ölkelerde Master derecesi full scholarshipli oxumaq isteyirem.Bunun ucun hansi imtahanlar vacibdir?
Qısaca təqaüd yoxdur.
Salam,Azerbaycanda universiteti bitirib,TOEFL intahanini ugurla verdikden sonra ABŞ DA Pulsuz tehsil mumkundurmu?
Salam. Xeyir.
salam.Mən Türkiyənin nüfuzlu ali (tibb) məktəblərinin hər hansı birində tibb təhsili (psixiatriya ) almaq istəyirəm.Bunun üçün hansı imtahanlara yönəlməliyəm?
Salam. SAT 1 və TOEFL
salam. mən qəbul imtahanını vermişəm və universitetə daxil olumuşam. İELTS imtahanına hazırlaşıb 2ci ya da 3cü kursu xarci ölkənin universitetində oxuya bilərəm ?
Salam. Transfer xeyir. Sıfırdan başlayacaqsınız. Avropada bakalavr 3 ildir yəni il itirmisiniz
Salam, Böyük Britaniya üçün fərqli IELTS vermək lazımdır?
Salam,
Foundation proqramına gedəcəksinizsə UKVİ IELTS lazımdır. Eyni şeydir ama o daha nəzarətlidir. Başqa sahələrə normal IELTS keçir. Qeydiyyat edərkən seçmək lazımdır. Hazırlıq hamısında eynidir.
salam kareyada kyung hee universitetinə qəbul üçün neçə bal lazımdı birdə hər iki imtahandan da keçməliyəm?
Bu suala cavab verilib. Koreyada təhsilə aid bloga baxın
Salam mən Britaniya universitetində oxumaq istəyirəmsə, sadəcə İelts yetərlidir? Yəni Dim dən verdiyim imtahanın nəticəsi ilə əlaqəsi yoxdur ki?
Salam. Bəli. IELTS və Attestat.
Salam. Mən 10 cu sinifdə oxuyuram. İngilis dilinin qaydalarını tam bilirəm. Danışığı isə 50%. Mənə Toefl imtahanına hazırlaşmaq üçün neçə il bəs edər?
Salam,
İngilis dili üzrə səviyyə testi verdikdən sonra sizə dəqiq deyə bilərik. Sizə uyğun olan ofisimizlə əlaqə saxlayıb, pulsuz səviyyə testi götürə bilərsiz
Salam .Mən ibtidai sinif müəllimi oxuyuram. Magistra Korea universitetinə İELTS verməklə qəbul ola bilərəm?
Salam,
Seçdiyiniz ixtisasa baxır
Salam zehmet olmasa cavablandirsiniz MIT(Massachusetts Institue of Technology)-e qebul olmaq ucun IELTS kifayet edir yoxsa SAT imtahan neticeleri olmalidir?
Salam,
SAT olmalıdır
Oktyabır ayının neçəsi ilets imtahanı keçiriləcək? Rəsmi sayıtlarından tapa bilmədim. Mənə çox vacib lazımdı. Təşəkkürlər.
Salam. IELTS imtahanları qarantinə görə olacaq. Daha ətraflı məlumat hər halda 31 avqustdan sonra verilicək.
Salam menim bir sualim var idi. Men Almaniyada oxumaq isteyirem. Bunun ucun IELTS yoxsa TOEFL ? Hansi daha yaxsidir? Yeni hemde umumiyyetle hansi daha yaxsidir. ielts yoxsa toefl
Salam,
Hər ikisi keçərlidir. Sizə hansı uyğundursa ona hazırlaşa bilərsiniz