IELTS VS TOEFL / Hansı daha yaxşıdır?

Bildiyimiz kimi hamı İngiltərədə, Amerikada və digər ölkələrdə oxumağı arzulayır. Amma bunu arzulamaqla deyil, arzulayaraq bu arzuya çatmaq üçün bir neçə etap keçmək lazımdır 🙂

İlk etap ingilis dilini öyrənib beynəlxalq TOEFL və ya IELTS imtahanlarından birinin sertifikat əldə etmək lazımdır.

Qeyd edim ki, dünya universitetlərinin 90%-nə problemsiz olaraq bu iki imtahandan birini verməklə qəbul olmaq olar.

TOEFL və IELTS … Bunların fərqi nədir? Ümumiyyətlə fərq varmı? Hansı daha üstündür? Və sairə suallara cavab tapaq.

TOEFL (ingilis dilində Test of English as a Foreign Language – Xarici Dil Qismində İngilis dili Testi deməkdir)

IETLS – (Beynəlxalq İngilis dili İmtahanı sistemi)

Bir çox Amerika kollec və universitetləri iki testdən birini və ya hər ikisinin nəticələrini qəbul edir. TOEFL imtahanının nəticələri 2 il müddətində keçərlidir və bu müddət bitdikdən sonra imtahanın nəticələri rəsmi olaraq etibarsız sayılır. Belə ki, bu müddət ərzində imtahan verən şəxsin dil biliyi əhəmiyyətli dərəcədə zəifləyə bilər. Bir çox kollec və universitetlər adətən yaxın zamanlarda nəticəsi elan olunmuş TOEFL qiymətlərini tərcih edirlər. TOEFL ABŞ Təhsil İmtahan Xidməti (ETS) tərəfindən idarə olunur və ona məxsus ticarət markasıdır. TOEFL imtahanları dünyanın 80 ölkəsində keçirilir. TOEFL idarə heyəti 16 nəfərdən ibarət komitədən ibarətdir. IELTS  isə 3 şirkətə məxsusdur ki, bu imtahan vasitsilə Avstraliya, Böyük Britaniya və ABŞ-da universitetlərə qəbul olmaq mümkündür. IELTS testləri daha çox 121 ölkədə təşkil edilir. İlk olaraq IELTS Böyük Britaniya və Avstraliya universitetlərinə qəbul olmaq üçün yaradılmışdır.

Qeydiyyat proseduru TOEFL daha sadə formadadır Qeydiyyat üçün yalnız internet bağlantısı və kredit kartı (bank kartı) lazımdır. IELTS imtahanına müraciət üçün isə kağız üzərində olan formanı doldurmaq, sonra 2 ədəd şəkil və üstəgəl pasportun surəti lazımdır. Daha sonra isə bu qeyd olunanları götürüb imtahan keçiriləcək mərkəzə gəlmək lazımdır və oraya bu sənədələri təqdim edib ödəniş etmək lazımdır.

Bir çox ölkələrdə universitetlər internet üzərində aparılan TOEFL imtahanına üstünlük verirlər.

TOEFL və IELTS imtahanları demək olar ki, eyni prinsip əsasında aparılır. Hər iki imtahan 4 hissədən ibarətdir. Lakin “speaking” hissə IELTS-də TOEFL-dan fərqlidir. Beləki IELTS-də “speaking” hissəsi canlı formada imtahan müəllimin iştirakı ilə aparılır. İlk olaraq 4-5 dəqiqə tanışlıq daha sonra 4-5 dəqiqə müzakirələr aparılır. İmtahan səsyazmaya yazılır. İmtahanın 3 hissəsini 1 günə vermək olur, digər speaking hissəni isə imtahanın son gününə kimi vermək olar. Bu təxminən 1 həftəyədək uzadıla bilər.

TOEFL imtahanında isə “speaking” bölümü 6 sualdan ibarətdir. 2 sual azad mövzudan və 4 sual isə nağıletmədən ibarətdir. IELTS 2.45 saat TOEFL isə 4 saat davam edir.

Bundan başqa tövsiyəm budur ki, əgər Siz dünyanın hər hansı bir universitetində təhsl almaq istəyirsinizsə, ilk öncə Siz həmin universitetə hansı imtahan nəticəsi ilə müraciət etmənin əlverişli və yaxud vacib olduğunu dəqiqləşdirin və daha sonra bu iki imtahandan birinə hazırlaşın.

Uğurlar 🙂

124 thoughts on “IELTS VS TOEFL / Hansı daha yaxşıdır?”

  1. Salam. Men Azerbaycan Dövlet Ressamlıq Akademiysında bakalavr oxumuşam. Almaniyada ve ya Macaristan universitetlerinde memarlıq üzre magistr tehsili almaq isteyirem. Ödenişi yüksek olmayan ve memarlıq sahesi üzre meslehet bildiyiniz universitetler hansidir? İelts neticesi ne qeder olmalıdır zehmet olmasa cavablandırardınız.

    1. Almaniyada memarlıq baxır hansı sahəyə. landscape falan var ingiis dilində. Macarıstan var və 5 min avro kimidi ama təqaüd də var. əsas ıelts 6.5 GPA yiksək

  2. Salam,Mən Erasmus vasitəsilə İtaliyada Milan Tərcüməçilik məktəbinə daxil olmaq istəyirəm,bunun üçün İElTS və yaxud Toefl lazımdır ?

    1. IELTS və ya TOEFL və attestat kifayətdir. Ama çooox top uni istəyirsinizsə o zaman SAT I hər 3 bölümü SAT II və əlavə bacarıqlar lazımdır.

  3. Salam.IELTS balı en yuksek neçədir.yuksek balla almaniyada odenişsiz muhendislik oxumaq olar ve teqaud olur?hansi sinifde oxumagin ferqi var?saytlardaki melumatlara gore uniler odenişsizdir,yalniz orada qalmaq odenislidir.bu doğrudur?xahiş eleyirem cavab yazarsiz

    1. Almaniya üçün 9 (maksimum) da yığsanız 6.5 də olsa heç bir fərqi yoxdur. Bu sadəcə ingilis dilidir kimsə ona görə təqaüd vermir. 6.5 yetərlidir və gpa yüksək olsun. yaşam xərclərini ödəmək zorundasınız və təqaüd yxodur.

  4. Salam aleykum. Zəhmət olmasa , deyərdiz- İELTS və ya TOEFL imtahanlarına hazırlaşmaq üçün nə qədər müddət və nə qədər məbləğ lazımdır ?

  5. Salam men yös e gedirdim bir il ama vaxt itkisi oldu
    SAT A baslamaq isteyirem 11ci sinife kecdim
    Turkiyeye hazırlasıram 1 ile 0dan catdıra bilerem?cavablandırsaz sevinerem

  6. ADNSU’nun Erasmus mübadilə proqramı ilə 2 ci kursda Fransanın Strasburg Universitetində təhsil almaq istəyirəm. Bunun üçün İELTS lazımdır yoxsa TOEFL?

  7. Salam. Hal- hazırda tələbəyəm. 2 ci kurs üçün hər hansı Avropa universitetində təhsil almağı planlaşdırıram.
    Bunun üçün ielts (yalnız dil)imtahanı vermək kifayət edir ?
    Digər fənn imtahanları vermək lazım deyil?

  8. Salam Tqdk ile hazırlaşıram ancaq fikrim hem tqdk hem de ielts imtahanı vermekdir.Azerbaycan daxilinde ielts ile qebul olmaq mümkündür?yoxsa ielts ile xarice imtahan vermek daha yaxşıdır?

  9. Salam. Zehmet olmasa deyerdiz akademiyada oxuyan doktorantlar IELTs dan nece ball yigmalidirlar ve nece aya oyrenmek mumkundu

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next