IELTS imtahanı üçün ən YAXŞI kitablar-Profesional Bələdçi

Dünyada İngilis dilini rəsmi olaraq təsdiqləyən bir neçə test var və onlardan biri IELTS imtahanıdır. IELTS imtahanı Britaniya dövlətinə məxsus və Cambridge English Language Assessment (CELT də bu sistemin üzvüdür) tərəfindən hazırlanıb, British Council və Australia IDP tərəfindən idarə olunur. Hər kəs təbii ki, öncələr ancaq TOEFL testini tanıyırdı, amma Azərbaycan Amerikan sistemli ingilis dili üzrə yetişməyib.[dt_divider style=”thin” /]

downloadBizə daha yaxın olan həm iqtisadi baxımdan, həm də məsafə baxımdan İngiltərə İngiliscəsi daha aktivdir. Bu səbəbdən illərdir TOEFL ilə imtahan götürməyin çətinlikləri var idi. Səbəb də aydın indi. Britaniya düşüncəsi ilə öyrəndiyimiz ingliscənin imtahanını Amerikan yanaşması ilə verirdik və səhvlər və çətinliklər ortaya çıxırdı. İngilislər buna culturally biased yəni mədəni baxımdan yalnış yönləndirilmə deyirlər.[dt_divider style=”thin” /]

Amma insanlar IELTS imtahanı tanıyandan sonra (IELTS imtahanın ilk hazırlığını CELT Colleges Azərbaycanda başlayıb) sonra TOEFL rəqabətə tab gətirə bilmədi və bu gün demək olar ki hər kəs IELTS imtahanı götürür. Amma IELTS-ə hazırlaşmaq üçün tədbirli olmaq və düzgün kitablardan istifadə etmək lazımdır. İmtahana hazır olmaq üçün aşağıdakıları qeydə alın.

  1. IELTS imtahanı hazırlığına tez başlamayın. Bu hər kəsin etdiyi ən böyük səhvdir. Öncə Cambridge English üzrə B2 (yəni upper-intermediate) pilləsinə çatın sonra standard  IELTS bal üçün. (6.0 və ya 6.5) sizə 3 ay yetəcək. 
  2. IELTS imtahanına getmədən öncə mütləq sınaq imtahanlarına girin. Bu, çox vacibdir. Ən azı iki dəfə imtahanlara girib zəifliklərinizi düzəldin.
  3. IELTS imtahanı baha olsa da ən azı iki dəfə götürməyi planlayın. Çünki birinci imtahanda həmişə texniki səbəblərdən tam bacarığınızı göstərə bilmirsiniz və təbii olaraq daha həyəcanlı olursunuz.
  4. IELTS balı üçün Listening və Speaking bölmələrindən daha çox balı asanlıqıa ala bilərsiniz ona görə bunların üzərində daha çox işləyin.
  5. Writing və Reading hissələrini minimum həddə kimi çatdırmağı unutmayın, amma bunların balı çox vaxt o biri hissələrdən  az olur.[dt_divider style=”thick” /]

İndi isə IELTS üçün ən çox lazım olan kitablar.

Nəzərə alın ki, IELTS möcüzə deyil və orada heç bir möcüzə olmur. Yəni zəif olduğunuz halda birdən göydən 3 almanın düşüb sizi xilas edəcəyinə inanmayın və qapanmayın. Biliklərinizə inanın. IELTS üçün müəyyən strategiyalar var, amma İngilis dilini zəif bildikdən sonra strategiyalar sizə kömək edə bilməz. Sadəcə belə möcüzələrə inanmayın. IELTS bir imtahandır və buna hazırlaşmaq lazmdır.

IELTS imtahanı CELTThe Official Cambridge Guide to IELTS.

Nəhayət ki, IELTS imtahanın da yaxşı rəsmi kitabı oldu. Bu indiyə kimi çıxmış ən yaxşı kitabdır və rəsmidir. Rəsmi olmasının önəmi odur ki orda sizə möcüzələr deyil reallıqlar göstərilir. Bütün bölmələri əhatə edir ktiab və IELTS hazılığı üçün ən yaxşı vasitədir.

Bütün hissələr addımba addım izah edilir və bacarıqların inkişafı üçün xüsusi tapşırıqlar verilir.

Sadəcə kitabın özündə həm akademik həm də ümumi imtahan üçün 10 tam test var . Bu kitabı hər kəsə məsləhət görürəm. Amma yenə də ingilis dilini yaxşı bilmədən bu kitaba da başlamaq sizin üçün zərərli olacaqdır.[dt_divider style=”thin” /]

9781316503850Cambridge IELTS 10 və 11.

Bu kitablar bələdçi vəzifəsini daşımır. Bunlar sadəcə sizə real testlərdən (keçmiş testlərdən təbii olaraq) çıxarılmış testlərdir və siz real imtahanda bu tip suallar və bacarıqlarla qarşılaşacaqsınız.

Bunların üstünlüyü ondan ibarətdir ki, imtahana tam hazır olduqdan sonra bunları sınaq imtahanı kimi götürmək lazımdır və sizə mütləq köməyi dəyəcəkdir. Çünki önəmli olan çoxlu praktika edib daha yaxşı bacarıqlara yiyələnməkdir. Çox çalışmaq həmişə nəticə verəcəkdir. Əsas odur ki həvəsdən düşməyin və bacardığınız qədər imtahan gününə kimi davam edin.

[dt_divider style=”thick” /]

download (1)English Grammar in Use.

Yazı və Oxu üçün qramatikanın önəmi vardır və bu səbəbdən xüsusi ilə yazı üçün qrammatikanız, yəni sadə və salis ingilis dili üçün normal qrammatikanız olmalıdır. Bu kitab sizə nəzəri deyil, praktiki qrammatika üzrə da köməklik edəcəkdir.

Qrammatika üçün çoxlu ktiab var amma bu ən sadəsidir. Sizə çətin ingilis dili deyil düzgün və sadə ingilis dili lazımdır. Tələbələrin çoxu yazı hissəsində fikirlərini düzgün çatdıra bilmədikləri üçün az bal alırlar və bunun da səbəbi aydındır. Strukturu olmayan cümlələr və ya aydın qrammatikası olmayan cümlələr.

[dt_divider style=”thin” /]

 

english-collocations-in-use-1-728English Collocations in Use.

Əksər hallarda sizin yazınızı yoxlayanlar ana dili ingilis dili olanlardır və onlar təbii ingilis dilindən istifadə edirlər. Collocations sizə ingilis dilində düzgün birləşmələri öyrədəcəkdir.

Maraqlıdır ki, Azərbaycanda müəllimlər bunu heç vaxt tövsiyə etmirlər, amma bu həm danışığınıza həm də yazınıza böyük əhmiyyəti olacaqdır. Məsələn: bizlərdə çoxu GİVE EXAM sözünü istifadə edir. Bu başa düşüləndir, amma təbii ingilis dili deyil. Take Exam təbii ingilis dili sayılır. Bu səhvlərinizi aradan qaldırın ballarınız yüksək olsun.

[dt_divider style=”thin” /]

cambEnglish Vocabulary in Use.

Sonda ingilis dilinin istifadə olunan lüğəti. Bunu OXU və YAZI ilə birlikdə istifadə etsəniz daha təsirli olacaqdır.

Çünki lüğət praktiki olduqda əhəmiyyətlidir, əks halda əzbər olaraq məna daşımır. Bu gün əzbərlədiyiniz sabah yadınızdan çıxacaqdır. Lüğəti mütləq praktika ilə bərabər öyrənin.

[dt_divider style=”thin” /]

IELTS imtahanına və ondan öncə İngilis dilinə hazırlaşmaq üçün CELT Colleges mərkəzlərindən istifadə edə bilərsiniz. CELT Mərkəzləri Cambridge English proqramının rəsmi üzvüdür və imtahan mərkəzidir.

76 thoughts on “IELTS imtahanı üçün ən YAXŞI kitablar-Profesional Bələdçi”

  1. Almanyada IELTS ile pulsuz oxumaq olar ? komputer muhendisliyi veya programlasdirma uzre . Indi hal hazirda Texkniki universitetde oxuyuram ve xosuma gelmir .basdan bakalavr olaraq .

  2. Salam.Men sizin onlayn pulsuz kurslariniza qowulmusham.14 yanvardan ders bawlanmasi haqda xeberdarliq geldi.amma 84 dollar pul da geldi.nece imtina ede bilerem.men pulsuz bilirdim

  3. Salam.men hal hazirda magistraturada oxuyuram.bitirdikden sonra master 2 uchun USA’ya Ielts imtahani vererek her hansi bir teqaudle qebul ola bilerem mi? Ve ikinci sualim:USA’dqki collegler uchun ielts teleb olunurmu ve minimum-maximum tehsil haqqi necheden bashlayir?

  4. Salam IELTS – i ozum hansi kitabdan oxuya bilerem ? Cambridgenin kitablari var amma onlarinda bir nece nusxesi var . Tutarli musteqil sekilde ela seviyyede oyrene bileceyim bir kitab meslehet gore bilersiniz ? Ingilia dili seviyyem : intermediat . Tesekkur edirem melumata gore 🙂

    1. Salam. İELTS sadəcə testdir yəni İngilis dilinin akademik testidir. IELTS yaxşı qavramaq üçün ilk öncə İngilis diliniz yaxşı olmalıdır. İntermeidate İngiliscə o deməkdir ki siz İELTS və Akademik İngiliscəni bərabər öyrənəcəksiniz.

      Tək öyrənə bilərsiniz təbii ki. İELTS kitabları heç biri sizə İngilis dilini izah etməyəcək. İELTS kitabları test formatlarının necə etmək üçün qurulub. Yəni ingilis dilini bilirsiniz və biz testdən maksimum yararlanmağı öyrədirik.

      1. İlk məsləhətim öncə İngilis dilini B2 yəni Upper İntermediate səviyyəsinə çıxrarın hər 4 hissədə. Sonra 6 həftəlik İELTS belə sizə yetərlidir.
      2. İELTS və Akademik İngilis dilini bərabər edin. Bunu bizim ofislərdə də edə bilərsiniz.
      Bütün İELTS kitabları hamı sizə testi öyrədəcəkdir dili deyil. İngilis dilini CELT-də dəstəkli öyrənirsiniz yəni müəllim sizə daha effektiv şəkildə qısa və hər tərəfli öyrədir. Ama tək başına öyrənməyəcəyiniz anlamına gəlməz. Düzgün planlama düzgün strategiya və həqiqətən vaxt ayırsanız mümkündür. Çoxlarının kursa getməsinin səbəbi müstəqil şəkildə bunları etməməsidir. Bəzi tələbələr İELTS 4 həftəyə bitirir bəziləri 8 aya güclə bitirir. Fərq sadəcə və sadəcə İngilis dilinin səviyyəsindədir. 8 aya bitirənlər çox zaman pre-intermediate səviyyəsindən İELTS-ə başlayanlardır.
      Ümid edirəm bunlar sizə kömək edər.

    1. Salam. Sadəcə İELTS təqaüd üçün yetərli deyil. Gərək başqa sahəlrədə də bacarığınız olsun. Məsələn ortalam balınız yüksək olsun. bakalavr üçün SAT balınız olsa daha çox şansınız var.

    1. Bizim ofislərdə IELTS hazırlığı keçəndə bütün mövzülar üzrə praktika keçirsiniz. Hansı mövzü önəmli deyil əsas bir neçə geniş mövzü üzrə praktikanı olmalıdır ki ona uyğun danışa biləsiniz.

  5. salam menim 14 yasim var ve menimm ingiliscem o qederde yaxsi deyil bunlara baxmayaraq ielts hazirliqinda hazirlasa bilerem?
    bire ayliq odenis ne qederdi oonu deye bilersiz?
    xahis edirem cevaplayin

    1. Salam

      IELTS başlamaq üçün intermediat səviyyəsində olmalısınız. O səviyyəyə qədər hazırlaşıb sonra IELTS başlaya bilərsiz. Qiymətlər üçün zəhmət olmasa olmasa ofislərimizlə əlaqə saxlayın

    1. Kanada da master pulsuz oxuya bilərsiniz. Bəzi universitetlər masterə qəbul edəndə sizə avtomatik təqaüd verirlər. ama bura qəbul olmaq da çox çətindir.

    1. Salam Əsmər Xanım,

      Qiyabi və ya Distant olaraq bir neçə ölkədə oxuya bilərsiniz.

      Distant: ABŞ, Kanada, Böyük Britaniya, Avropanın bəzi universitetləri
      Qiyabi: Türkiyə və Rusiya Ölkələri

      Şengen və İngilis dilli ölkələr viza baxımından xaricilərin qiyabi təhsilinə icazə vermirlər və ona görə də orda sadəcə distant oxuya bilərsiniz. Principcə heç bir fərqi yoxdur.

  6. Salam. Xaricdə tehsil haqqi olmayan universitetler haqqında etrafli məlumatlar vererdiniz zəhmət olmasa. Ora nece girmek olduğunu. İndiden teşekkurler.

  7. Salam. Men İELTS imtahanına haızrlaşmaq üçün hansı kursa müraciət etməliyəm. Zəhmət olmasa bu haqda bizi melumatlandırın. Ve Amerika ve Avropa universitetlenin en aşağı ve en yuxarı illik tehsil haqqısı haqqında melumat verin. Teşekkür edirem menim yazımı oxuduğuna göre.

    1. Salam,

      IELTS imtahanı üçün CELT kurslarının sizə yaxın olan ofisinə gedə bilərsiniz. Ünvanlara buradan baxın zəhmət olmasa. https://celt.az/contactus/

      Amerikada ən aşağı yəni təqaüdlə illik 5 min dollar və normalda 20-40 min dollar arasında dəyişir. Avropada məsələn Almaniya tamami ilə təhsil haqqı yoxdur və ya İngiltərə kimi illik 30 min manata yaxın. Ofislərimizdə sizə xaricdə təhsil ilə bağlı məlumat verəcəklər.

      1. Salam bəli. Dövlət universitetlərinin çoxu pulsuzdur və ya az ödənişlidir. IELTS və Bakalavr diplomu lazımdır

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.