IELTS imtahanı üçün ən YAXŞI kitablar-Profesional Bələdçi

Dünyada İngilis dilini rəsmi olaraq təsdiqləyən bir neçə test var və onlardan biri IELTS imtahanıdır. IELTS imtahanı Britaniya dövlətinə məxsus və Cambridge English Language Assessment (CELT də bu sistemin üzvüdür) tərəfindən hazırlanıb, British Council və Australia IDP tərəfindən idarə olunur. Hər kəs təbii ki, öncələr ancaq TOEFL testini tanıyırdı, amma Azərbaycan Amerikan sistemli ingilis dili üzrə yetişməyib.[dt_divider style=”thin” /]

downloadBizə daha yaxın olan həm iqtisadi baxımdan, həm də məsafə baxımdan İngiltərə İngiliscəsi daha aktivdir. Bu səbəbdən illərdir TOEFL ilə imtahan götürməyin çətinlikləri var idi. Səbəb də aydın indi. Britaniya düşüncəsi ilə öyrəndiyimiz ingliscənin imtahanını Amerikan yanaşması ilə verirdik və səhvlər və çətinliklər ortaya çıxırdı. İngilislər buna culturally biased yəni mədəni baxımdan yalnış yönləndirilmə deyirlər.[dt_divider style=”thin” /]

Amma insanlar IELTS imtahanı tanıyandan sonra (IELTS imtahanın ilk hazırlığını CELT Colleges Azərbaycanda başlayıb) sonra TOEFL rəqabətə tab gətirə bilmədi və bu gün demək olar ki hər kəs IELTS imtahanı götürür. Amma IELTS-ə hazırlaşmaq üçün tədbirli olmaq və düzgün kitablardan istifadə etmək lazımdır. İmtahana hazır olmaq üçün aşağıdakıları qeydə alın.

  1. IELTS imtahanı hazırlığına tez başlamayın. Bu hər kəsin etdiyi ən böyük səhvdir. Öncə Cambridge English üzrə B2 (yəni upper-intermediate) pilləsinə çatın sonra standard  IELTS bal üçün. (6.0 və ya 6.5) sizə 3 ay yetəcək. 
  2. IELTS imtahanına getmədən öncə mütləq sınaq imtahanlarına girin. Bu, çox vacibdir. Ən azı iki dəfə imtahanlara girib zəifliklərinizi düzəldin.
  3. IELTS imtahanı baha olsa da ən azı iki dəfə götürməyi planlayın. Çünki birinci imtahanda həmişə texniki səbəblərdən tam bacarığınızı göstərə bilmirsiniz və təbii olaraq daha həyəcanlı olursunuz.
  4. IELTS balı üçün Listening və Speaking bölmələrindən daha çox balı asanlıqıa ala bilərsiniz ona görə bunların üzərində daha çox işləyin.
  5. Writing və Reading hissələrini minimum həddə kimi çatdırmağı unutmayın, amma bunların balı çox vaxt o biri hissələrdən  az olur.[dt_divider style=”thick” /]

İndi isə IELTS üçün ən çox lazım olan kitablar.

Nəzərə alın ki, IELTS möcüzə deyil və orada heç bir möcüzə olmur. Yəni zəif olduğunuz halda birdən göydən 3 almanın düşüb sizi xilas edəcəyinə inanmayın və qapanmayın. Biliklərinizə inanın. IELTS üçün müəyyən strategiyalar var, amma İngilis dilini zəif bildikdən sonra strategiyalar sizə kömək edə bilməz. Sadəcə belə möcüzələrə inanmayın. IELTS bir imtahandır və buna hazırlaşmaq lazmdır.

IELTS imtahanı CELTThe Official Cambridge Guide to IELTS.

Nəhayət ki, IELTS imtahanın da yaxşı rəsmi kitabı oldu. Bu indiyə kimi çıxmış ən yaxşı kitabdır və rəsmidir. Rəsmi olmasının önəmi odur ki orda sizə möcüzələr deyil reallıqlar göstərilir. Bütün bölmələri əhatə edir ktiab və IELTS hazılığı üçün ən yaxşı vasitədir.

Bütün hissələr addımba addım izah edilir və bacarıqların inkişafı üçün xüsusi tapşırıqlar verilir.

Sadəcə kitabın özündə həm akademik həm də ümumi imtahan üçün 10 tam test var . Bu kitabı hər kəsə məsləhət görürəm. Amma yenə də ingilis dilini yaxşı bilmədən bu kitaba da başlamaq sizin üçün zərərli olacaqdır.[dt_divider style=”thin” /]

9781316503850Cambridge IELTS 10 və 11.

Bu kitablar bələdçi vəzifəsini daşımır. Bunlar sadəcə sizə real testlərdən (keçmiş testlərdən təbii olaraq) çıxarılmış testlərdir və siz real imtahanda bu tip suallar və bacarıqlarla qarşılaşacaqsınız.

Bunların üstünlüyü ondan ibarətdir ki, imtahana tam hazır olduqdan sonra bunları sınaq imtahanı kimi götürmək lazımdır və sizə mütləq köməyi dəyəcəkdir. Çünki önəmli olan çoxlu praktika edib daha yaxşı bacarıqlara yiyələnməkdir. Çox çalışmaq həmişə nəticə verəcəkdir. Əsas odur ki həvəsdən düşməyin və bacardığınız qədər imtahan gününə kimi davam edin.

[dt_divider style=”thick” /]

download (1)English Grammar in Use.

Yazı və Oxu üçün qramatikanın önəmi vardır və bu səbəbdən xüsusi ilə yazı üçün qrammatikanız, yəni sadə və salis ingilis dili üçün normal qrammatikanız olmalıdır. Bu kitab sizə nəzəri deyil, praktiki qrammatika üzrə da köməklik edəcəkdir.

Qrammatika üçün çoxlu ktiab var amma bu ən sadəsidir. Sizə çətin ingilis dili deyil düzgün və sadə ingilis dili lazımdır. Tələbələrin çoxu yazı hissəsində fikirlərini düzgün çatdıra bilmədikləri üçün az bal alırlar və bunun da səbəbi aydındır. Strukturu olmayan cümlələr və ya aydın qrammatikası olmayan cümlələr.

[dt_divider style=”thin” /]

 

english-collocations-in-use-1-728English Collocations in Use.

Əksər hallarda sizin yazınızı yoxlayanlar ana dili ingilis dili olanlardır və onlar təbii ingilis dilindən istifadə edirlər. Collocations sizə ingilis dilində düzgün birləşmələri öyrədəcəkdir.

Maraqlıdır ki, Azərbaycanda müəllimlər bunu heç vaxt tövsiyə etmirlər, amma bu həm danışığınıza həm də yazınıza böyük əhmiyyəti olacaqdır. Məsələn: bizlərdə çoxu GİVE EXAM sözünü istifadə edir. Bu başa düşüləndir, amma təbii ingilis dili deyil. Take Exam təbii ingilis dili sayılır. Bu səhvlərinizi aradan qaldırın ballarınız yüksək olsun.

[dt_divider style=”thin” /]

cambEnglish Vocabulary in Use.

Sonda ingilis dilinin istifadə olunan lüğəti. Bunu OXU və YAZI ilə birlikdə istifadə etsəniz daha təsirli olacaqdır.

Çünki lüğət praktiki olduqda əhəmiyyətlidir, əks halda əzbər olaraq məna daşımır. Bu gün əzbərlədiyiniz sabah yadınızdan çıxacaqdır. Lüğəti mütləq praktika ilə bərabər öyrənin.

[dt_divider style=”thin” /]

IELTS imtahanına və ondan öncə İngilis dilinə hazırlaşmaq üçün CELT Colleges mərkəzlərindən istifadə edə bilərsiniz. CELT Mərkəzləri Cambridge English proqramının rəsmi üzvüdür və imtahan mərkəzidir.

76 thoughts on “IELTS imtahanı üçün ən YAXŞI kitablar-Profesional Bələdçi”

  1. salam men 7 ci sinifde oxuyuram.Maraqlanmaq istedim Amerikada IELTS imtahani ile pulsuz komp muhendisliyi bakalavr oxumaq mumkundu ? ve ya diger olkelerde olursa ne qeder bal yigmaq lazimdir zehmet olmasa sualima cavab verin bu menim ucun cox onemllidir)

  2. Salam mənim hal-hazırda ingilis dili səviyyəm pre-inter.-dir.Bu pre-ielts,ielts hazrlığı üçün yetərlidirmi,həmçinin ielts-la paralel olaraq dil səviyyəsini artırmaq üçün nələr etmək olar

    1. Salam. İntermediate olduqdan sonra pre-IELTS hazırlığına başlasanız daha rahat olar. İkisini paralel şəkildə aparmaq mümkündür, əlbəttə ki, amma bu sizin bacarığınızdan asılıdır.

  3. Salam. Məlumat üçün təşəkkür edirəm. Mən bir abitruyentəm. Siz mənə hansı “reading” və “listening” kitablarını məsləhət görürsünüz?

  4. Salam. Məlumatlarınız üçün təşəkkür edirəm. Lakin “English grammar in use” kitabının neçənci nəşri istifadəyə daha uyğundur?

  5. Salam bu kitablara haradan təmmin edə bilərəm? Bu kitablardan bir neçəsini almağ istəyirəm ama şüphəm var ki, normal kitab evlərin də bu kimi kitablar olsun.

  6. Salam mənim 16 yaşım var.Mən İELST’a hazirlaşmaq isteyirem özüm amma bilmek isteyirem ki mart may aylarinda imtahan versem reytingli universitetlerde bakalavr üçün teqaude duse bilmeyecem?Dekabrda versem dahamı yaxsi olar?Birdə burada universitete daxil olub 2ci kursdan xaricde oxumaga getsem mumkundurmu?Teqaud ala bilerem o zaman?

    1. Salam. TOP unidən Harvard, Cambridge kimi uniləri nəzərdə tutursunuzsa bunlara IELTS ilə buraxın təqaüd almağı qəbul olmaq mümkün deyil. Onların müraciəti çox tez bitir onsuz. Çox şaxəli hazır olmalısınız. Bura qiymətləriniz yüksək, TOEFL və ya IELTS, əlavə təcrübə, bacarıq, motivasiya, müsahibə və sair.

  7. Salam men 2 ci kursam biznesin idarə edilməsi ixtisası üzrə təhsil alıram ortalamam 75+ dur insallah 80+ catdiracam.İelts neçə olmalidir ki almaniyada təqaüdlü tehsil ala bilim.İngilis dili hec bilmirem ne qeder vaxta yaxshi ielts nəticəsi əldə edə bilərəm?

  8. salam. Men ADA universitetin bitirdikden sonra elimde IELTS le Kanada da magistaturani oxuyub orda isle temin oluna bilerem deqiq? Cunki ADA universitetinin diplomu taninir xarici dovletlede ve magistatura pulnan olacaq?

    1. Salam. Kanada heç bir ölkənin diplomuna iş vermir. Orda iş tapmaq istəyirsinizsə orda oxumalısınız. Ama bakalavr adada və master orda oxusanız dəqiq iş icazəsi alacaqsınız ama iş tapmaq sizə bağlıdır. Baş nazirləri sizə vakansiya açmayacaq)))

  9. Salam. Hindistanda Saint Teresa universitetində magistr oxuya bilmək üçün neynəməliyəm? BDU hüquq fakültəsi 3-cü kurs tələbəsiyəm. Əvvəlcədən təşəkkür edirəm.

  10. Salam.Mən Magistr imtahanı ilə (əgər nəticələrim yüksək olsa) lakin uni ortalamam asagi olsa İngiltərə, Türkiyə və ya Amerikada pulsuz təqaüdlə universitet oxuya bilərəmmi? Təsəkkurlər)

      1. Mən bu kursa necə yazıla bilərəm? qiymət neçəyədir? Birdəki Unidə hər semestr əlaçı olub xaricdə təhsili davam etdirmək istəsəm təqaüdlə təmin olunacaqmı?

      2. Salam. Əlaqə bölməsindən istənilən ofisimizə yaza bilərsiniz. Sizi test etdikdən sonra məlumat veriləcək. 3 dərs keçiriləcək. Bəyənsəniz davam edəcəksiniz. Qiymətlər proqram hazırlandıqdan sonra deyilir.

      3. salam. başlaya bilərsiniz, amma nəzərə alın ki IELTS imtahanının keçərlilik müddəti 2 ildir.

  11. Salam İELTS nece bal yığmalıyamki ADA universitetine meni gebul etsinler ve tekrar ordada imtahan vermeliyem? Tesekkur edirem

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next