Xaricdə və Bakıda ən çox qazancı olan 10 ixtisas

Oxumaq istədiyiniz sahəyə qərar vermədən öncə bu bloqu mütləq oxuyun. Gələcəyinizə yatırım edərkən, dopru seçim etmək önəmlidir. Hamımız bir necə suala hər zaman cavab axtarırıq.

Azərbaycan gənci bugün hansı ixtisasları oxumalıdır?


Ən qazanlı və gələcəyi olan ixtisas hansıdır?


Hansı sahəyə yönəlsəm daha rahat iş tapa bilərəm?


Xaricdə və Azrbaycanda böyük iş imkanları və qazancı olan sahələrə bir bir baxaq.


1. İcraçi Direktorlar və ya sadəcə Şirkkət rəhbərləri.

Bu sahəyə sahib olanlar dünyanın ən çox qazanan insanlarıdır. Təxminən dünya üzrə illik gəliri 1 milyon dollara çatır, Azərbaycanda isə bu rəqəm CEO-nun yaratdığı şirkətdən asılı olaraq aylıq 1000-20.000 manat arası dəyişir təbiiki bu uğurlu alınmış biznes sahiblərinin gəliridir. Sizin ideyanızdan və yaradacağınız şirkətin fəaliyyətindən asılıdır.
Ama təbii ki CEO və şirkət rəhbəri deyilən bir dərəcə yoxdur. Bu sahəyə sahib olanlar daha çox Biznesin İdarəçiliyi və Sahibkarlıq sahələrini oxuyanlar bu vəzifəyə layıq olurlar. Bu sahəni həm Azərbaycanda həm də xaricdə oxuya bilərsiniz.

2. Kompyuter və İnformasiya Sistem İdarəçiləri. Bu sahənin adı geniş və bəllidir.

Dünyanın ən məşhur varlı və qazanan insanları texnologiya sahəsindən gələn insanlardır. Apple, Google , Facebook kimi şirkətləri sırlamaq yetərlidir. Onlar sadə kodlamadan dünyanın ən zəngin insanlarına çevirildilər.
Bu sahə Azərbaycan və dünyanin hər yerində var. Xaricdə bu sahəni oxumaq çox avantajlıdır. Çünki orda inkişaf etmiş texnologiya və sistem var. Təbii ABŞ, İngiltərə və digər avropa ölkələri bu sahədə yetərincə yaxşı təhsil verir.

3. Arxitektura və Mühəndis İdarəçiləri

Bütün tikinti vi dizaynın başında bu insanlar gəlir. Yaxşi dizayn və mühəndislik bacarığı olan insanlar dünyada ən zənginlər arasındadır. Avropanın ən məşhur şirkətləri Ərəb ölkələrinə verdikləri dizayn və etdikləri inşaatla milyonlar qazanır.
Bəzi arxitektur insanlar isə evdə oturub dizayn verərək gəlirlərini əldə edirlər. Yəni bu sahədə kiçikdən böyüyə hər zaman qazanc var.

4. Reklam və ya Marketing İdarəçiləri

Yaradıcı insanların çxou bu sahədə işləyir. Qazanlar çox yüksəkdir. Çünki o qədər şirkət və rəqabət var ki indi hər kəsə reklam etmək lazımdır. Güclü reklam edən yaxşı tanıtım edən ən çox qazananlardır. Bunları edən marketing menecerlər də onlardan az qazanmır. Bunu hər yerdə oxumaq olar ama böyük şirkətlər üçün xaricdə oxumaq məsləhətdir.

5. Neft Mühəndisləri

Neft dünyada aktiv olduqca bunu idarə edən mühəndislik sənəti də aktiv və qazanlı olacaqdır. Dünyanın və xüsusi ilə də Azərbaycanın gəlir əldə etməsində mühəndislərimizin rolu böyükdür. Bu Azərbaycan ən çox lazım olan ixtisasdır. Və dil önəmi olmadan hər yerdə işləmək mümkündür.

6. Pilotçular və Təyyarə Mühəndisləri

Pilotluğun nə qədər gözəl sənət olduğunu bilirsiniz. Həm dünyanı gəzin həm də işinizi görün. Pilotçular dünyanın hər yerində işləyə bilərlər. Ama təbii lisenziya önəmlidir. Avropa və ABŞ liseinziyası hrə yerdə keçərlidi.

7. Bank Rəhbərləri

Bankları idarə etmək hər zaman gözəl qazanc mənbəyidir. Ama bank rəhbəri olmaq üçün bir az daha çox çalışmaq, gözəl idarəçilik bacarığına aid olan sahələri bitikmək lazımdır. Bunun üçün Bank İdarəçiliyi, BBA, MBA və ya Maliyyə İdarəçilik kimi sahələri bitirmək yetərlidir.

8. Fəza Mühəndisləri

Dünyanın hər zaman ehtiyac olduğu ixtisas. Astronomiya sahəsini sevənlər üçün çox yaxşı seçimdir. Bakidan bu sahədə oxuyub işini avropada davam etdirən insalar var və bu çox sevindirici haldır. Fəza mühəndisliyi avropada özəlliklə Munhen universitetində çox güclüdür. Bakıda bu sahə yoxdur. Təyyarə mühəndisləri ən çox qazananlar arasındadır.

9. İnsan Resusrları Rəhbəri

Çox yüksək gəlirli kimi görünməsə də Azərbaycanda ən önəmli işdir. Bakıda bu sahəyə çox ehtiyac var. Bakıda öncələr insan resursları deyə bir sahə yox idi. Xarici şirkətlər gələndən sonra bu sahə moda mindi. İndi Bakıda ən önəmli işlərdən biridir. Xaricdə zamanında bu sahəni bitirənlər indi SOCAR kimi məşhur şirkətlərdə insanlar resurslar şöbəsinin rəhbəridir.

10. Tıbb və ya Həkimlik

Həkimlik sahəsi dünyanın tarix boyu ən hörmətli və qazanclı sahəsidir elə bir insan ola bilməzki o il ərzində heç vaxt həkimə müraciət etməsin ona görədə həkimlərə daim tələbat olmuşdur və olacaqdır (təbiiki savadlı həkimə). Həkim olmaq üçün ölkəmizdə dövlət və özəl xəstəxanalarda çalışmaq mümkündür. Özəl xəstəxanalarda həkimlərin orta aylıq maaşı 2000 manat civarındadır. Dövlət xəstəxanalarında isə dünyanın bütün ölkələrində özəl xəstəxanalarla müqayisədə maaş aşağıdır.
Həkim olmaq üçün hamımız bilikki ölkəmizdə yeganə tibbi təhsil verən müəssisə Azərbaycan Dövlət Tibb Universitetidirki burada qəbul TQDK 4-cü qrup üzrə aparılır və keçid balı 500 baldır. Təhsil müddəti isə dünyanın bütün yerlərində olduğu kimi 6 ildir. Yəni həkim olmaq üçün 6 il əziyyət çəkəcəksiniz amma sonunda ömür boyu rahat iş tapa biləcəksiniz. Xaricdə isə tibb ixtisaslarına qəbul həm proses olaraq çətindir həmdə təhsil haqqı yüksəkdi

Tibb üzrə ən yaxşı ölkələr isə Amerika, İngiltərə, Almaniya və Türkiyədir. Avropa və Amerika ölkələrində təhsil haqqı 25 min dollardan başlayır, Türkiyədə isə 4 min dollardan və təhsil 6 il davam edir. Bundan başqa əgər həkimlik sahəsində dahada peşəkar olmaq istəyirsinizsə Rezidenturanıda oxumalısınız. Rezidentura isə ixtisasdan asılı olaraq 4-6 il arası dəyişir.


645 thoughts on “Xaricdə və Bakıda ən çox qazancı olan 10 ixtisas”

  1. Salam IX sinifdə oxuyuram . Cənubi Koreyada təhsil almaq istəyirəm. Hansı ixtisası seçsəm Cənubi Koreya da təqaüdlü təhsil ala bilərəm?

      1. Salam, mən 9cu sinifəm,hələdə seçə bilmirəm. mühəndis olmaq istəyirəm, ama əl qabiliyətim, fizikam, kimyam zəifdir riyaziyyatım yaxşıdır. Mənə nə məsləhət görürsüz?

      2. Salam. Bunu belə dəyərləndirmək çətindir. Yaxşı olar ki, ofislərimiz açıldıqdan sonra ödənişsiz konsultasiyaya yaxınlaşasınız.

  2. Salam Arzu.mende 9 da oxuyuram riyaziyyat kimya fizkia ni yaxsi bilirem
    Ama men kompyuter muhendisi omaq isdeyirem.oncelikle sen 1 ci qurupa gedeceysense fizika riyaziyyat kimya ingilis dilini mutleq oxumalisan.Mende mecburam men kompyuter muhendisi olmaq isdeyirem mene hec kimya fizika lazim deyil.Arzu bu dunyada Ingilis dilin olmasa coxda yaxsi pesede isdiye bilmiyessen elbetdeki maas az alassanmende ingilis dilinden zehlem gedir.Ama arzum zehleme qalib gelir.
    INGILIS DILI COX ONEMLIDI!!tessuf ki

  3. Salam men 9cu sinifəm riyaziyyat və fizikanı çox yaxşı bilirəm.1 ci qrupa vermek isdeyerem .amma ingilist dili zəifliyin var men neçənci qruca versem yaxşıdı?

    1. Salam. İngilis dili sizə bir çox hallarda lazım olacaq. Bunun üçün öyrənməyiniz yaxşı olar. Yaxud da digər fənlərdən daha yuxarı bal toplayaraq aradaki balansı tənzimləyə bilərsiniz.

    2. Mende 9-cu sinifem menimde ingilis dilim zeifdir. Amma fizika ile kimyani deye bilmerem. Cunki her ikisini de sevmirem. Amma men yaxsi bir pese sahibi olmaq isteyirem. En boyuk arzum budur. Ona gore de oxumaga calisacam…. İnsallah hee bir abituriyent arzularina catar.

  4. Salam mən riyaziyyatı yaxşı bilirəm. 10-cu sinifdə oxuyuram. 1-ci qrup üzrə hazırlaşıram. Amma 4-cü qrupa hazırlaşa biləcək potensiala malik olduğunu da bilirəm. Daha doğrusu müəllimlərim də bunu deyir. Amma 4də həm ixtisas azlığı, həm də çətinliyi biraz qorxudur məni. Sizcə hansı qrup? 1-4 arasında qalmışam. İkisi də uyğundur mənə. Biologiya düzdür oxumuram. Amma bilirəm ki oxusam öyrənə bilərəm. Hansı qrup məsləhət görürsünüz?

    1. Salam, Arzu. Siz ilk növbədə ixtisası dəqiqləşdirməlisniz, qrupu yox. Əvvəlcə nə olmaq istədiyinizi seçin. İkinci olaraq, əgər 4-cü qrupda tibbdən başqa sizə maraqlı olan bir ixtisas yoxdursa və lazım olan balı toplaya bilməyəcəyinizi düşünürsünüzsə, 1-ci qrupa yönələ bilərsiniz. Amma yox, tibb sizin xəyalınızdırsa, onda həmin qrupun imtahanına girin və keçə bilməsəniz ikinci il yenidən yoxlayarsınız.
      Yaxud da, xaricdə təhsil almağı düşünün. Belə ki, burada qrup məsələsi yoxdur.

    2. Salam. Mən 10cu sinifdə oxuyuram,3cü qrupa hazırlaşıram,amma hələ də istədiyim peşə nədi bilmirəm. Sadəcə Ədəbiyyatı sevirəm deyə 3cü qrupa verdim,indi düşüncələrim get gedə ağırlaşır,qarşıma tam bir məqsəd qoya bilmirəm ki,”mən bu peşəyə sahib olacam buna görə çalışmalıyam”Sırf bunlara görə hər gün biraz daha həvəsim azalır dərslərə qarşı. Nə qədər məqalə oxuyuram,3cü qrup ixtisaslarını araşdırıram amma alınmır. Tam istədiyim bir şey yoxdur,ailəmdə bu mövzuda mənə yardımcı ola bilmir. Kritik nöqtədəyəm hal-hazırda. Sizcə nə ola bilərəm?Hansı peşə mənim böyük xəyallarımı gerçəkləşdirə bilər?(və həmçinin onu sevməliyəmdə)

      1. Salam Arzu xanım. Bunu bu şəkildə təyin etmək çox çətindir. Zəhmət olmasa, ofislərimizə yaxınlaşaraq ödənişsiz xaricdə təhsil konsultasiyasından keçin.

  5. Kompüter mühəndisi olmaq üçün hansı qrupa imtahan vermək lazımdır. Deyin zəhmət olmasa 2-ci qrup deyil inşallah ????

    1. Salam. Əgər Azərbaycanda oxumağı planlaşdırısınızsa, 1-ci qrup üzrə istiqamətlənməlisiniz. Xaricdə təhsil zamanı qrup anlayışı yoxdur. Müəyyən imtahanlardan keçirsiniz və daha sonra istədiyiniz ixtisas müraciət edə bilirsiniz.

  6. mən 9-cu sinif şagirdiyəm.riyaziyyatı daha yaxşı bilirəm.Ama digər fənlərə də hazırlaşacaq kapasiteyə malikəm.Sizcə hansı qrupu seçməliyəm?

  7. salam mən 9-cu sinifəm 1-ci və 2-ci qrup arasında qalmışam azərbaycan tarixi ilə ingilis dilini yaxşı bilirəm nə tövsiyyə edərdiz mənə cavablarınızı gözləyirəm.

    1. Salam 3 qrup sizin ucun uygun olar ayrica tarixi bildiyiniz ucun siz 2 ci qrupa da vere bilersiniz coografiyani da bilmek werti ile. 3 grup ucun tarix edebiyyati bilmelisiniz.

  8. Salam mən 9 cu sinifdə oxuyuram . Sadəcə Coğrafiyanı yaxşı oxuyuram .Sizcə mən hansı qrupa və hansı ixtisasa verməliyəm birdə ki ixtisasın keçid balı nə qədərdir ? İndidən cavabınıza görə təşəkkürlər.

    1. Salam, ne gozel. Coografiyani yaxsi bilirsinizse size 2 qrupu meslehet gorurem ancag tarixi de yaxsi bilmelisiniz (Azerbaycan ve umumidunya tarixi)

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next