MƏN HARADA OXUMALIYAM? – I-ci HİSSƏ (Top Universitetlər)

Hər bir insan təhsil almaq istəyəndə ilk öncə bunu düşünməlidir. O harda oxumalıdır!? İndiki dövürdə təhsildə sərhədin olmaması istənilən şəxsə istənilən universitetdə təhsil almağa imkan yaradır ki, hər kəsin maddi və təhsilin keyfiyyətinə ( yəni beyin məhsuluna) uyğun olaraq istənilən ölkədə təhsil ala bilər. Lakin ilk olaraq təhsil almaq istəyən  şəxs araşdırma aparmalıdır ki, mən hansı ölkədə və bu ölkənin hansı universitetində təhsil almalıyam ki, bu mənim həm maddi durumumuma uyğun , həmdə bu universitetin gələcək karyera perspektivləri uyğun olsun…

Sizə təhsil almaq üçün ölkə seçimi etməkdə köməklik məqsədilə araşdırmalarımın bir hissəsinin nəticələrini  istəyirəm.

Mən harada oxumalıyam? – bloqlar silsiləsinin ilk bu aya olan hissəsini dünya universitetlərinin regionlar üzrə bölüşdürülməsini təqdim edəcəyəm. Bundan öncə bildirmək istəyirəm ki, dünya universitetləri ən yaxşı universitetlər olaraq TOP 10-dan TOP 500-lüyə qədər bölünür. Yəni ümumi dünyada minlərlə universitetlər olsada onlardan yalnız 500 universitet ən yaxşılar sırasındadır. Əlbətdəki, çox insanlar istəyir ki, daha yaxşı, daha yüksək keyfiyyətə və ən əsası daha yüksək imicə malik universitetlərdə təhsil alsın. Amma daha yüksək keyfiyyət və eləcədə daha yüksək imic dedikdə daha yüksək təhsil haqqını da nəzərdə tutmalıyıq. Məsələn əgər siz dünyanın ən yaxşı universiteti olan Harvard Universitetində təhsil almaq istəyirsinizsə ən azı 1 ilə 55000$ -a yaxın təhsil haqqı ödəməlisiniz.

Lakin bir çox Avropa universitetləri var ki, təhsil keyfiyyətli olsada təhsil haqqı demək olar ki, yoxdur. Yəni təhsilin keyfiyyəti , təhsilin haqqı nisbətindədir deyimi bir çox ölkə universitetlər üçün əsas prinsip olsada, bir çox ölkə universitetləri üçün belə deyil. Məsələn: Almaniya, Avstriya… Bu ölkələrdə təhsil haqqı (dövlət) Azərbaycanda yerləşən universitetlərin təhsil ahqqından qat-qat aşağıdır.

Qayıdaq əsas mövzumuza regionlar üzrə ən yaxşı 500 universitetin bölgüsünə… TOP 500

Deməli tablodan gördüyünüz kimi dünya universitetləri bu regionlara bolunub:

–      Amerika, Avropa, Asiya/Okeaniya və Afrika

TOP 20 : – Bura yəni dünyanın ən yaxşı 20 universitetindən 17-si məhz Amerikanın payına, 3-ü Avropanın payına düşür ki, digər regionlara bu bölgüdən heç bir pay düşmədi. Əgər TOP 20-liyi nəzərə alaraq belə qənataə gəlirik ki, 20 ən yaxşı universitetin 17-si məhz Amerika ərazisinin payına düşür. Yəni Amerika dedikdə yalnız ABŞ yox, digər Amerika zonasında ölkələr (Kanada, Meksika və s) nəzərdə tutulsada, lakin bu qeyd olunan 17 ən yaxşı universitetin hamısı məhz elə ABŞ-da yerləşir.

TOP 100 : – Dünyanın 100 ən yaxşı universiteti yuxarıda qeyd etdiyim 4 ərazidən 3-də yerləşir. Bunlardan 56 universitet Amerika ərazisinə, 33 universitet Avropa ərazisinə və 11 universitet isə Asiya/Okeaniya ərazisinə düşür. TOP 100-lükdə də gördüyünüz kimi ən çox universitet yenə də Amerika ərazisinin payına düşür.

TOP 200: – Bu bölgüdə də 200 ən yaxşı universitet yuxarıda qeyd etdiyim 4 ərazidən 3-də yerləşir. Bunlardan 95 universitet Amerika ərazisinə, 75 universitet Avropa ərazisinə və 30 universitet isə Asiya/Okeaniya ərazisinə düşür. TOP 200-lükdə də yenidən ən çox universitet yenə də Amerika ərazisinin payına düşür.

TOP 300: – 300 ən yaxşı universitet yuxarıda qeyd etdiyim 4 ərazinin hamısını əhatə edir. Bunlardan 127 universitet Amerika ərazisinə, 126 universitet Avropa ərazisinə və 46 universitet isə Asiya/Okeaniya ərazisinə və 1 universitet Afirka ərazisinə düşür. TOP 300-lükdə də yenidən ən çox universitet  Amerika ərazisinin payına düşsə də Avropaya düşən payla elə bir böyük fərq yoxdur. Yalnız 1 universitet fərq vardır. Burda isə yalnız 1 universitet Afrika ərazisinin payına düşür.

Mən düzü 300 ən yaxşı universitet arasında Afrika ərazisində yerləşən bir universitetin olacağına ümid etmirdim. Lakin TOP 200: – Bu bölgüdə də 200 ən yaxşı universitet yuxarıda qeyd etdiyim 4 ərazidən 3-də yerləşir. Bunlardan 95 universitet Amerika ərazisinə, 75 universitet Avropa ərazisinə və 30 universitet isə Asiya/Okeaniya ərazisinə düşür. TOP 200-lükdə də yenidən ən çox universitet yenə də Amerika ərazisinin payına düşür. Lakin Cənubi Afrikada yerləşən Cape Town Universiteti TOP 300-lükdədir. Əlavə məlumat üçün qeyd edim ki, bu universitet 1829-cu ildən fəaliyyət göstərir….

Hələlik bu qədər…

Növbəti hissələri gözləyin…

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next