Sən də Distant Təhsil al

Dünyada qloballaşma prosesi getdikcə  müəyyən sahələrə də öz təsirini göstərir. Xüsusilə informasiya texnologiyalarının insanların və digər sahələrdəki təsiri çox güclüdür. Bütün bununla yanaşı təhsildə də müasir texnologiyaların təsiri danılmaz faktdır. Bu baxımdan distant təhsili nümunə göstərmək olar.

Ümumiyyətlə, distant təhsil anlayışı dünyada geniş miqyasda yayılsa da Azərbaycanda hələ ki, geniş yayılmayıb. Distant təhsilin əsas xüsusiyyətlərindən bir də budur ki, xaricə getmədən xarici universitetlərin diplomunu  əldə edə bilərsiz. Siz bu təhsil vasitəsilə həm bakalavr təhsili, həm də magistr təhsili alabilərsiniz.Distant təhsil dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bütün ölkələrində tətbiq olunur. İlk öncə Distant təhsil nədir anlayışına aydınlıq gətirək

Distant Təhsil Nədir?

Distant tehsil

Distant təhsilə bəzən qiyabi təhsil də deyirlər. Əslində qiyabi təhsillə Distant təhsilin oxşar cəhətləri vardır, amma fərqlidirlər. Qiyabi təhsildən fərqli olaraq Distant təhsil internet vasitəsilə keçirilir. İnformasiya texnologiyalarının təhsildə ən mühüm əhəmiyyətlərindən biri də budur. Distant təhsili harda olmağınızdan asılı olmayaraq oxuya bilərsiniz. Sizə sadəcə  sürətli internet lazımdır ki, Distant təhsil ala biləsiniz. Siz Distant təhsil vasitəsilə Böyük Britaniya universitetlərində təhsil ala bilərsiniz. Dərslər sizə verilən elektron materiallar, video dərsliklər və s. materiallarla tədris edilir.

Distant Təhsilin üstünlükləri

Dünyada geniş yayılmış Distant Təhsil ölkəmizdə hələ də maraq dairəsində deyil. Bunu səbəbi insanların bu haqda məlumatlarının olmamasıdır. Əslində bu təhsilin bir çox üstünlükləri vardır:

  • Evdə oturaraq xarici universitetlərdə təhsil almaq
  • Həm oxuyub, həm də işləmək imkanı
  • Daha əlverişli və sərfəli təhsil
  • Sərbəst təhsil alma sistemi
  • Ödənişin kredit sistemi ilə ödəmə şansı
  • İşdən sonra və evdə oxuma imkanı

 Hansı ixtisaslar da təhsil ala bilərəm?

Distant təhsildə müəyyən ixtisaslar var ki, onlarda təhsil ala bilərsiniz. İxtisaslar sırasında iqtisadiyyat sahəsi xüsusilə seçilir. İqtisadiyyatın demək olar ki, bütün sahələrində Distant təhsil almaq mümkündür. Bundan başqa İnformasiya texologiyaları sahısində də təhsil almaq mümkündür.Aşağıda bir neçə ixtisasa nəzər yetirək:

  • MBA (HR Management)
  • MBA (Project Management)
  • Certificate in HR Management
  • MBA (Law)
  • MSc Information Technology
  • MSc International Hospitality Management
  • MSc Telecommunications
  • BA (Hons) Accounting and Financial Management

74 thoughts on “Sən də Distant Təhsil al”

  1. Salam. Mən hal hazırda dil və ədəbiyyat müəllimliyi oxuyuram,bakalavr səviyyəsindəyəm. Eyni zamanda ingilis dili üzrə distant təhsil də ala bilərəm mi? Ya bakalavri bitirmək önəmlidir mi?

  2. Salam. Mən Türkiyədə İT-sahəsi, mümkün olmasa, Menecment üzrə distant bakalavr təhsili almaq istərdim. Məlumat almaq üçün kimə müraciət edə bilərəm?
    Təşəkkür edirəm.

  3. Salam mən çoxdankı ilin tələbəsiyəm, sadəcə balım çatmadığından texnikum bitirmişəm. Türkiyədə indi universitetdə uzaqdan yəni distant təhsil almaq istəyirəm? Çox xahiş edirəm bu barədə hansı müəssəyə yanaşmalıyam, mənə məlumat verib əlaqə nömrənizi yaza bilərsinizmi?
    Öncədən təşəkkürlər..

  4. Salam mən Türkiyədə incəsənət üzrə distant magistr təhsili ala bilərəm? bakalavrı bu il bitirdim birdə ona tələb olunan imtahan nədən ibarətdi mümkünsə ödənişinidə qeyd edə bilərsiniz?

  5. Salam Mən Dağ-mədən işləri üzrə mühəndis ixtisası üzrə Türkiyədə distant təhsil almaq istəyirəm. 2010-cu ildə elə həmin ixtisasdan ADNA-dan məzun olmuşam. Əgər mümkündürsə şərtləri yazın zəhmət olmasa.

    1. Salam Klinik Psixologiya ixtisası üzrə magistr təhsilinin qiymətlərini deyərdiz zəhmət olmasa.Ve bakalavr Xəzər universitetində bitirilibsə əlavə olaraq IELTS imtahanı lazımdır qebul üçün?

      1. Salam,

        Siz Distant istəyirsinizsə, bu ixtisasın distantı olmur. Bakalavr təhsiliniz psixologiyadırsa, Klinik oxuya bilərsiniz. Ətraflı məlumat üçün bu nömrəə yazın zəhmət olmasa 050 503 59 39

  6. Salam men 2020 mektebi bitirecem distant tehsil almaq isteyirem türkiye uzre rayonda yaşayıram burdan mumkündürmü ve distant tehsile herbi mohlet huququ verilirmi

  7. Salam. Turkiyede Distant tehsil almaq ucun hansi- ne imtahani vermek lazimdir ve hansi ixtisas tehsili almaq mumkundur?

    1. İmtahan lazim deyilse hansi sertleri var qebul olmaq ucun. Esasen psixologiya ixtisasi uzre maraqlanirdim (bakalavr ve ya magistr) ama bu ixtisas uzre distant tehsil almaq olmur deyesen ??

      1. Salam. Klinik psixologiya mümkün deyil ama normal pisxologiya mümkündür. İmtahan baxır ölkəyə. UK üçün lazımdır.

  8. Distant təhsilin müddəti azərbaycanda nə qədərdir və distant təhsil ali təhsil hesab olnurmu? Yəni distant təhsili bitirdikdən sora bakalavr diplomu verilir?