Sən də Distant Təhsil al

Dünyada qloballaşma prosesi getdikcə  müəyyən sahələrə də öz təsirini göstərir. Xüsusilə informasiya texnologiyalarının insanların və digər sahələrdəki təsiri çox güclüdür. Bütün bununla yanaşı təhsildə də müasir texnologiyaların təsiri danılmaz faktdır. Bu baxımdan distant təhsili nümunə göstərmək olar.

Ümumiyyətlə, distant təhsil anlayışı dünyada geniş miqyasda yayılsa da Azərbaycanda hələ ki, geniş yayılmayıb. Distant təhsilin əsas xüsusiyyətlərindən bir də budur ki, xaricə getmədən xarici universitetlərin diplomunu  əldə edə bilərsiz. Siz bu təhsil vasitəsilə həm bakalavr təhsili, həm də magistr təhsili alabilərsiniz.Distant təhsil dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bütün ölkələrində tətbiq olunur. İlk öncə Distant təhsil nədir anlayışına aydınlıq gətirək

Distant Təhsil Nədir?

Distant tehsil

Distant təhsilə bəzən qiyabi təhsil də deyirlər. Əslində qiyabi təhsillə Distant təhsilin oxşar cəhətləri vardır, amma fərqlidirlər. Qiyabi təhsildən fərqli olaraq Distant təhsil internet vasitəsilə keçirilir. İnformasiya texnologiyalarının təhsildə ən mühüm əhəmiyyətlərindən biri də budur. Distant təhsili harda olmağınızdan asılı olmayaraq oxuya bilərsiniz. Sizə sadəcə  sürətli internet lazımdır ki, Distant təhsil ala biləsiniz. Siz Distant təhsil vasitəsilə Böyük Britaniya universitetlərində təhsil ala bilərsiniz. Dərslər sizə verilən elektron materiallar, video dərsliklər və s. materiallarla tədris edilir.

Distant Təhsilin üstünlükləri

Dünyada geniş yayılmış Distant Təhsil ölkəmizdə hələ də maraq dairəsində deyil. Bunu səbəbi insanların bu haqda məlumatlarının olmamasıdır. Əslində bu təhsilin bir çox üstünlükləri vardır:

  • Evdə oturaraq xarici universitetlərdə təhsil almaq
  • Həm oxuyub, həm də işləmək imkanı
  • Daha əlverişli və sərfəli təhsil
  • Sərbəst təhsil alma sistemi
  • Ödənişin kredit sistemi ilə ödəmə şansı
  • İşdən sonra və evdə oxuma imkanı

 Hansı ixtisaslar da təhsil ala bilərəm?

Distant təhsildə müəyyən ixtisaslar var ki, onlarda təhsil ala bilərsiniz. İxtisaslar sırasında iqtisadiyyat sahəsi xüsusilə seçilir. İqtisadiyyatın demək olar ki, bütün sahələrində Distant təhsil almaq mümkündür. Bundan başqa İnformasiya texologiyaları sahısində də təhsil almaq mümkündür.Aşağıda bir neçə ixtisasa nəzər yetirək:

  • MBA (HR Management)
  • MBA (Project Management)
  • Certificate in HR Management
  • MBA (Law)
  • MSc Information Technology
  • MSc International Hospitality Management
  • MSc Telecommunications
  • BA (Hons) Accounting and Financial Management

74 thoughts on “Sən də Distant Təhsil al”

    1. Bəli, ala bilərsiniz. Zəhmət olmasa Baksovet ofisində Fərid müəllim ilə əlaqə saxlayın. Sizə uyğun program təklif etsin.

  1. Salam men AMI de 3 cu kurs telebesiyem.avropa olkelerinde distant magistr oxumaq isterdim.bununcun neynemeliyem? Illik odenis ne qeder olacaq? Meselen norvecde yaxud almaniyada. .birde IELTS ve TOEFL imtahanlari haqqinda melumat vererdizde xahis edirem

  2. Salam.man texnikom tehsil almisam bakalavir tehsil almaq ucun ne imtahani vermeliyam,ve harada vermaliyam?istenilan vaxt vermek olarmi?odenisi ne qederdi muallimliya dusmak ucun?

    1. Salam, o baxır sizin hansı ölkədə təhsil almaq istəyinizdən
      Müəllimlik deyəndə, siz nəyi nəzərdə tutursuz? Hər halda Almaniyada gedib Azərbaycan dili tədris etməyəcəksiz.
      Ümumilikdə IELTS nəticə və Diplom qiymətləriniz yaxşı olmalıdır

  3. salam Men Texniki universitetin 2ci kursunda oxuyuram.bu universitetdeki tehsilimi davam etdirerek distant tehsil ala bilerem?

  4. salam distand tehsille bagli bir sualim var, distand tehsille alinmis diplom ne derecede etibarlidir, ( Azerbaycan emek bazarinda) yeni is imkanlari baximindan ixtisas uzre yerinde , eyani praktikanin olmamasi maniye deyilki?

  5. mən xaricdə distant magistr təhsili almaq istəyirəm.Naxçivan universitetinin ingilis dili fakultəsini bitirmişəm.mən nə etməliyəm

  6. salam. siz distant təhsil üçün il ərzində nə qədər vəsait odəniləcəyini deyə bilərsiniz? magistr və ya sertifikat üçün

    1. Fərid Kərimov (Admistrator )

      Magistr adətən 1 il olur və illik xərciniz təxminən 7.000- 8.000 min manat arasında dəyişir. Böyük Britaniya universitetlərində olacaq distant təhsil.

  7. Salam.Mən MPİ də İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat ixtisasında təhsil alıram.Hal-hazırda indiki dövr üçün iqtisadiyyatın rolu böyük olduğu üçün yəqin edirəm ki, mənim ixtisasım üzrə distant təhsil var.elədirmi?

    1. Fərid Kərimov (Admistrator )

      Salam Aytən xanım. Məqalədə ixtisasların bəziləri var. İqtisadiyyat üzrə distant təhsil var. Yuxarıda ixtisasların bəziləri verilib

  8. Salam.Bagislayin menim bu bolme haqqinda 1 nece sualim var.Distant tehsil Turkiyede yoxdu..? Men Insaat muhendisliyi 4cu kursda oxuyuram.Ya 2ci tehsil kimi,yada magistratura kimi oxumaq isteyirem.Insaat muhendisliyi fakultesi yoxdu..? Mebleg ne qederdi..? Bes burda dovlet hesabina, yada teqaud var..? Ne vaxt,nece yazilmaq lazimdir ve s. Xahis edirem etrafli melumat verin de..

    1. Fərid Kərimov (Admistrator )

      Salam. Türkiyədə çox azdı Distant təhsil. Bu sahədə araşdırma aparırıq. Amma bizim yazdığımız İngiltərə universitetlərindədi. Amma təəssüf ki sizin fakültə yoxdu distant təhsil də. Dövlət distant təhsilə təqaüd ayırmır. Yalnız öz hesabınıza gedə bilərsiz. Siz yazılmaq üçün bizim ofisə yaxınlaşın. Biz sizə bütün məlumatlrı verərik.

      1. distant tehsil almaq ucun azerbaycanda hansi fenlerden imtahan verilir yeni hansi fenler uzre hazirlashmaq lazimdir?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next