DİSTANT Təhsil (Onlayn Təhsil) ERASI başlayır…

Bildiyiniz kimi artıq bütün dünyanı əhatə edən Koronavirus pandemiyası bütün sahələrə olduğu kimi təhsil sahəsinə də öz böyük təsirini göstərmişdir. Dünyanın bir çox ölkələrində virusun yayılmasının qarşısını almaq üçün təhsil müəssisələrində karantin elan edilib və ya təhsil ocaqları bir neçə on günlük tətilə bağlanıb. Azərbaycanda təhsil müəssisələri artıq mart ayının əvvəlindən tətildədir. Bu tətil aprelin 20-i tarixinə kimi davam edəcək bu tətilin müddətinin uzadılıb – uzadılmaması isə hələ sual altındadır. Yəni əgər vəziyyətin gəringiliyi səngiməsə çox gümanki, tətil müddəti uzadılacaqdır.

Uşaqların evdə olmaları və təhsil müəssisələrinin bağlanması onların təhsildən yayınmasına səbəb olsa da bir çox məktəblərdə, universitetlərdə artıq onlayn tədrislərin başlanıldığı deyilir. Bu haqda müxtəlif kütləvi informasiya vasitələrində xəbərlər dolaşmaqdadır. Lakin əvvəlki bloqumuzda yazdığımız kimi artıq Azərbaycan Dövlət İqtisad Universitetində distant təhsil balşamışdır. Bu tələbələrin təhsildən yayınmamasına və dərslər üzrə geriləmələrin qarşısını alacaqdır.

Azərbaycanda bir çox insanların distant təhsil ilə bağlı məlumatlı olmasına baxmayaraq hal-hazırda ölkəmizdə bu təhsil növü Təhsil Nazirliyi tərəfindən rəsmən tanınmır. Lakin bu son hadisələr yəni Koronavirus xəstəliyinin ölkəmizdə yayılmasının qarşısını almaq məqsədilə təhsil sahəsində tətillərin verilməsi Təhsil Nazirliyini yəqinki bu məsələyə bir daha baxmağa sövq edəcəkdir. Qeyd edim ki, bütün dünyada distant təhsil üzrə alınan diplom ilə adi bizim bildiyimiz əyani təhsil üzrə alınan diplomlarda heç bir fərq qoyulmur. Dünyanın ən böyük və TOP 10-luqda olan ən yaxşı universitetləri belə distant təhsil təklif edirlər. Məsələn Stanford Universiteti, Harvard Universiteti və s…

Bütün dünyada çox geniş yayılan distant təhsil növünün Azərbaycanda rəsmən tanınması və təhsil ocaqlarında tətbiq edilməsi təhsil almaq istəyən şəxslərə hansı imkanları verəcəkdir?

  1. Azərbaycanın istənilən şəhər, rayon və kəndlərində yaşayan və təhsil almaq istəyən şəxslər öz yaşadıqları ərazini tərk etmədən təhsil ala biləcəklər.
  • Sosial durumlarının aşağı olması səbəbi ilə uşaqlarını Bakıda və digər rayon və şəhərlərdə oxutmağa imkanı olmayan ailələr uşaqlarını heç bir rayona şəhərə buraxmadan elə yaşadıqları yerdə təhsil almalarına imkan yarada biləcəklər.
  • Rayon və kəndlərdə bir çox ailə qız uşaqlarını təhsildən uzaqlaşdırır. Buna səbəb həmin ailələrin qız uşaqlarını digər rayon və şəhərlərdə oxumalarına razı olmamasıdır. Distant təhsil həmin ailələrə öz qız uşaqlarını elə evlərinin içində təhsil almağa şərait yaradacaqdır.
  • Yuxarıda qeyd edilən problemləri həll etmək gücünə malik olan distant təhsil sistemi ümumiyyətlə ölkəmizdə təhsil səviyyəsinin yüksəlməsinə və yaşadığı yerdən və sosial statusundan asılı olmayaraq hər kəsin təhsil almaq hüququndan yararlanmasına səbəb olacaqdır.

    Lakin Distant Təhsil sisteminin qurulması və bu bazanın yaradılması çox qısa vaxt ərzində baş verə bilməz. Bu təhsil sisteminin ölkəmizdə tətbiqi üçün yüksək maliyyə, texnoloji resurslar və bu sahə üzrə yüksək ixtisaslı kadrlara ehtiyac duyulur. Lakin Təhsil Nazirliyi tərəfindən distant təhsilin rəsmən tanınması xaricdə bu təhsil üzrə təhsil alanların sayını xeyli artıracaqddır.

     Azərbaycanda ali təhsil sahəsində bu sistemin tətbiqi çox vaxt tələb etməsə də ali təhsil ocaqlarının bu bazaya sahib olmaları və düzgün distant təhsil sistemi bazasını qurmaları çox böyük kadr və maliyyə resursu tələb edir. Ona görə universitetlər bu sahə üzrə yüksək təhsil almış şəxsləri axtarıb tapmalı və bu təhsil sistemini öz təhsil sisteminə uyğun formada qurmalıdırlar. Göründüyü kimi hər bir sistemin qurulmasında texniki imkanla, maliyyə resursu ilə yanaşı ən vacib məqam insan kapitalının olmasıdır.  İnsan kapitalını isə hər bir cəmiyyətdə yüksək maliyyə resursu yox, məhz yüksək keyfiyyətli təhsil yaradır.

      Ümid edirik ki, çox yaxın zamanda  ölkəmizdə distant təhsil rəsmən tanınacaqdır və bu təhsil sisteminin yaradılmasına və yaxın gələcəkdə tətbiqinə başlanılacaqdır.

Evdə oturub İngilis dilini mükəmməl öyrənmək istəyirsən? O zaman CELT – in “Distant İngilis dili ” Proqramından yararlanmağa tələsin! Proqram haqqında ətraflı məlumat üçün bizə müraciət edin.

Distant Təhsil sahəsinə dair çox maraqlı yazılarımızı gözləyin… 

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next