Koronavirus viraldır yoxsa real?

Son dövürlər hər hansı məlumatın və ya müxtəlif informasiyaların sosial şəbəkələr vasitəsilə çox sürətlə yayılmasının şahidiyik. Hətda vəziyyət o həddə çatıb ki, hər ayın, hər həftənin, hər günün və hətda hər saatın belə trendləri olur. Amma ən maraqlısı budur ki, sosial şəbəkələrdə trendə çevrilən hər hansı hadisələr orqanik olaraq, yəni təbii olaraq çox sürətlə yayılması onu nəinki trendə çevirir və hətda uzun müddət insanların şüuraltı yaddaşlarına həkk olur. Məsələn heç bir təhsili, oxuma yazması olmayan insanlar belə artıq “devalvasiya” “koronavirus” kimi sözlərin mənalarını çox gözəl bilirlər və hətda bu mövzularda uzun-uzadı danışa da bilirlər. ?

Viral marketinq haqqında yəqin ki, çoxunuzun məlumatı var. Məlumatı olmayanlara qısa məlumat verim ki, viral marketinq reklam kampaniyasını çox fərqli, kreativ daha cəlbedici formatda (şəkillər, videolar, məlumatları) daha çox auditoriyaya yönlənməsinə xidmət edən bir marketinq sahəsidir.  Bəzən şirkətlər çox gözəl və düşünülmüş planlı viral marketinq strategiyaları qursalar da onun nəticəsi çox da yaxşı olmur. Lakin bəzi kampaniya strategiyaları olur ki, onlara ümid az olsa da, sonda çox gözəl nəticələr verir.

Gəlin indi keçək koronavirusa… Bu virus artıq bütün dünyada yayıldığı üçün Ümumdunya Səhiyyə Təşkilatı tərəfindən pandemiya kimi elan edilib. Bu virusun yayılması və insanlarda çox böyük panika yaratması onun viral və yaxud real olması haqda fikrilər yaradıb. Yəqin aranızda bu virusun yalan olduğunu və bir şou olduğunu düşünənlərdə vardır. Əminəm ki, buna səbəb həmin insanların belə hadisələrin reallıqda baş verə biləcəyinə inanmadıqlarıdan irəli gəlir. Onlar bu hadisələri hər hansı bir virusla bağlı filmə bənzədirlər. Lakin reallıq isə əksinədir…

Bu virusun yayılması onun yoluxma yolları, qorunma üsulları haqda bir çox məlumatlar dolaşmaqdadır. Hətda bu virus həmişə çox az istifadə olunan tibbi vasitələrin, məsələn maskaların, spirtin cəmiyyətdə çox böyük nüfuza sahib olmasına və hətda ən çox axtarılan bir vasitə olmasına səbəb olub. Bu məsələlər haqda düşünərkən sual yaranır: Bu virusun yaranması və yayılması buna xidmət edirmi? Bu düşüncələri, fikirləri sosial şəbəkələrdə koronavirusla bağlı bütün paylaşımlardakı şərhlərdə görmək olar. Lakin reallığa baxsaq görərik ki, əslində bu hadisə cəmiyyətin və ümumiyyətlə dünyada bütün insanların düşüncələrini, davranışlarını və baş verən hadisəyə reaksiyalarını ölçmək üçün və çox yaxşı araşdırmalar aparmaq üçün bir imkandır. Məsələn artıq Avropada, Amerikada çox nüfuzlu universitetlərdə bu virusun insanlarda yaratdığı psixoloji vəziyyəti, davranışları və digər amilləri araşdırmağa başlamışlar. Hətda bu proses çox uzun çəkərsə yaxın zamanda xarici universitetlərdə bu sahə üzrə xüsusi fakultələr və ya bölmələr də yaradılacaqdır. Çünki dünyada baş verən və insanların ümumi probelminə çevrilmiş məsələləri araşdırmaq, tədqiq eləmək hər bir universitetin imici və inkişafı üçün əsas prioritetdir.

Koronovirus viral deyil, realdır. Çünki biz bu gün baş verən hadisələri real yaşayırıq. Əgər biz real olaraq bu hadisələri yaşayırıqsa və həyatımızda hiss ediriksə, deməli bu xəstəlik real baş verir. Bəlkə də əvvəl viral başlamışdır, amma indi isə realdır. Bu reallıq dünya iqtisadiyyatına, təhsilə və demək olar bütün sahələrə öz mənfi təsirini göstərib və göstərməkdədir.

Təhsil sahəsində böyük dəyişikliklər baş verməkdədir.Hal-hazırda təhsildə çox da məşhur olmayan və hətda bir çox ölkələrin, (Azərbaycan daxil) rəsmi olaraq qəbul etmədiyi distant təhsil artıq məşhur olmağa başlamışdır. Bu o deməkdir ki, ənənəvi təhsil sistemi artıq yeni təhsil sistemləri ilə əvəzlənir, lakin təhsil almaq çox asanlaşır. Artıq hər kəs olduğu yerdən asılı olmayaraq dünyanın istənilən universitetində təhsil ala biləcəyindən xəbərdar olmuşdur.

Sağlamlığınızı virusdan və yalan məlumatlardan qoruyun.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More