COVID-19 pandemiyası səbəbilə hansı tələbələrin təhsil haqqı dövlət tərəfindən ödəniləcək? Bunun üçün necə onlayn qeydiyyadan keçmək olar?

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi http://e-telebe.edu.az portalı istifadəyə verilib.

Sözügedən qrupa daxil olan tələbələr elektron sistemdə qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, təhsili, ailə üzvləri haqqında və digər zəruri məlumatları əlavə etməlidirlər. 

Məqsəd xüsusi karantin rejimində tələbələrin işinin asanlaşdırılması üçün onlara yeni imkan yaratmaqdır. 

Qeyd edək ki, Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı 20 mindən artıq tələbəni əhatə edir. 

Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb.

Qərar yalnız ali təhsil müəssisələrində təhsil alanları deyil, orta ixtisas və peşə təhsili üzrə əyani təhsil alan tələbələri də əhatə edir. Təkrar ali və orta ixtisas təhsili alan tələbələrə isə şamil edilmir. Qaydalara əsasən, bütövlükdə həssas qrupdan olan tələbələr üçün tam olaraq illik təhsil haqqı xərci dövlət tərəfindən ödəniləcək. 

Qeydiyyatdan keçmə mərhələsi aşağıdakı kimidir.

  1. Portala daxil olmaq üçün brauzerdə (tövsiyə olunan Google Chrome) ünvan sətrinə www.e-telebe.edu.az ünvanını yazaraq Enter düyməsini sıxmaq lazımdır.
  2. Giriş interfeysində olan qeydiyyat düyməsinə seçmək lazımdır. Qeydiyyat üçün fərdi identifikasiya nömrəsi (FİN), şəxsiyyət vəsiqəsinin (ŞV) nömrəsi, hazırda istifadə edilən mobil telefon nömrəsi və “captcha” üzərində qeyd edilmiş məlumatı daxil etmək lazımdır.
  3. Qeydiyyat zamanı daxil edilən FİNŞV seriya nömrəsi arasında olan uyğunluq yoxlanılmalıdır, əlavə olaraq qeydiyyatdan keçiriləcək ŞV aktiv olmalıdır. Qeydiyyatdan keçən zaman qeyd edilən telefon nömrəsinə 5 rəqəmli təsdiq kodu göndərilir. Nömrəyə göndərilən kodu yazıb İRƏLİ düyməsini seçdikdən sonra açılan pəncərədə şifrə və təkrar şifrə daxil edilib təsdiqlənməlidir. Daxil ediləcək şifrə 8-16 simvol aralığında olmalı və şifrə daxilində ən azı bir böyük hərf olmalıdır. Qeydiyyat uğurlu olduqda ekrana aşağıdakı şəkildəki kimi bildiriş gəlir:

Müraciətin göndərilməsi prosesi 4 bölmədən ibarətdir.

1. Şəxsi məlumatlar:

Şəxs barədə ətraflı məlumat “Giriş-çıxış və qeydiyyat” avtomatlaşdırılmış məlumat-axtarış sistemindən FİN əsasında sorğu edilərək alınır. Növbəti bölmə olan Təhsil məlumatları bölməsinə keçid üçün pəncərənin aşağı sağ küncündə olan İRƏLİ düyməsi seçilməlidir.

2. Təhsil məlumatları

Təhsil məlumatları bölməsində şəxsin ən sonuncu qəbul olduğu ilə uyğun təhsil məlumatları göstərilir. Şəxsin sonuncu qəbulu ali və orta-ixtisas təhsili olduqda Azərbaycan Respublikasının Dövlət İmtahan mərkəzininin Tələbə-məzun dövlət elektron məlumat sistemindən, Peşə ixtisası olduqda isə Təhsil Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemindən çəkilmiş məlumatlar Təhsil məlumatları bölməsində əks olunur.

Əgər sistemdən tərəfindən avtomatik şəkildə daxil edilən məlumatları istifadəçi düzgün hesab etdikdə “Məlumatlarla razısınız?” seçimində “Bəli” seçir. Düzgün hesab etmədikdə isə “Məlumatlarla razısınız?” seçimində “Xeyr ” seçib lazımi məlumatları sistemə daxil edib yadda saxlamalıdır. Növbəti bölmə olan Ailə üzvləri bölməsinə keçid üçün pəncərənin aşağı sağ küncündə olan İRƏLİ düyməsi seçilməlidir.

3. Ailə üzvləri

Qeydiyyatdan keçən şəxsin valideynləri, evli olan şəxsin isə həyat yoldaşı barədə sorğu edilərək alınmış informasiya Ailə üzvləri bölməsində qeyd edilir. Valideyn himayəsindən məhrum olmuş tələbələr himayəçi haqqında olan məlumatları sistəmə daxil etməlidirlər. Əgər ailə üzvləri haqqında olan məlumatlar sistemdə öz əksini tapdıqda və istifadəçi düzgün hesab etdikdə “Məlumatlarla razısınız?” seçimində “Bəli” seçir. Düzgün hesab etmədikdə və ya sistem tərəfindən gəlmədikdə isə “Məlumatlarla razısınız?” seçimində “Xeyr” seçib lazımi məlumatları sistemə daxil edib yadda saxlamalıdır. İstifadəçi bu halda ailə üzvünün FİN-nə görə axtarış edib, ailə üzvü haqqında olan məlumatları sistemə daxil etməlidir. FİN ilə ilə tapılmadıqda “Digər” düyməsi seçilməklə aşağıdakı seçimlərdən birini seçilib, lazımi məlumatları daxil edərək yadda saxlanılmalıdır.

Tələbə valideyninin olmadığını təsdiq edərsə, onda soraqçadan müvafiq seçimi edib məlumatları daxil etməlidir:

1) Məlum deyil – bu halda yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışı üzrə məlumatlar (arayışı verən orqanın adı, arayışın nömrəsi və tarixi);

2) Xəbərsiz itkin düşmüş, ölmüş elan edilən – bu halda məhkəmənin qərarı üzrə məlumat (qərarı vermiş məhkəmə orqanının adı, qərarın nömrəsi və tarixi) ;

3) Valideynlik hüquqlarından məhrum edilən – bu halda məhkəmənin qərarı üzrə məlumatlar (qərarı vermiş məhkəmə orqanının adı, qərarın nömrəsi və tarixi) ;

4) Vəfat edən – Bu halda ölüm haqqında şəhadətnamə üzrə məlumatlar (Seriyası, Nömrəsi, Verilmə tarixi, Vəfat etmə tarixi, Şəhadətnamənin surəti) sistemə daxil edilməlidir.

Bütün hallarda tələbə qeyd olunan hallarla bağlı təsdiqedici sənədləri elektron qaydada sistemə yükləməlidir.

Növbəti bölmə olan Digər zəruri məlumatlar bölməsinə keçid üçün pəncərənin aşağı sağ küncündə olan İRƏLİ düyməsi seçilməlidir.

4. Digər zəruri məlumatlar

Bu sonuncu bölmədir, istifadəçi aşağıdakı məlumatları mütləq şəkildə sistemə daxil etməlidir. Məlumatlar daxil edildikdən sonra yadda saxlanılmalıdır. Yadda saxladıqdan sonra Müraciəti göndər düyməsi aktiv vəziyyətə gəlir. Müraciət göndər düyməsi seçildikdə daxil edilmiş məlumatlar barəsində icmal Bildiriş forması ekrana çıxır. İstifadəçi Bildiriş formasındakı məlumatları doğru hesab etmədiyi halda Bildirişi bağlayıb, lazımi bölməyə keçid edib məlumatlar düzgün qaydada daxil edilməlidir. Məlumatlar doğru hesab edildiyi təqdirdə Məlumatların doğrululuğu ilə razıyam seçilib İRƏLİ düyməsi seçildikdə sonuncu xəbərdarlıq ismarıcı çıxır.

BƏLİ seçildikdə müraciətin qəbul olması barədə aşağıdakı bildiriş forması çıxır və bununla da müraciət prosesi yekunlaşmış olur.

İstifadəçi nəzərə almalıdır ki, bütün məlumatlar sistemə daxil edilib təsdiq edildikdən sonra onları silmək və ya hər hansısa düzəliş etmək mümkün deyil.

5. Müraciətin izlənilməsi

Qeydiyyatını tamamlamış hər bir şəxs daha sonra portalda hesabına daxil olub öz müraciətini izləyə bilər. Müraciətin izlənilməsi bölməsinə daxil olaraq müraciətinin cari vəziyyətinə baxa bilər. Müraciətin statusuyla bağlı yeniliklər bu bölmədə öz əksi tapacaq.

Təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi şərtləri

Müraciət edənin statusu aşağıdakı hallardan hər hansı birinə aid olduqda “Təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün tələblərə cavab verməməsi” səbəbindən şəxsin müraciətinə İmtina edilir :

a) Siz tələbə statusuna malik deyilsiniz.

b) İnformasiya sistemləri ilə mübadilə zamanı əldə edilmiş məlumatlara görə şəxsin və onun təhsil səviyyəsinə görə aşağıdakı kateqoriyalardan hər hansı birinə aid olduqda müraciət edənə imtina gedir.

            Status

  • Məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları (orta ixtisas və ali təhsili alan tələblərə münasibətdə) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar
  • şəhid ailəsi statusu almış ailənin üzvləri
  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları (orta ixtisas və ali təhsili alan tələblərə münasibətdə)
  • I dərəcə əlilliyi olan şəxslər
  • II dərəcə əlilliyi olan şəxslər
  • Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar
  • III dərəcə əlilliyi olan şəxslər (peşə təhsili alan tələblərə münasibətdə)

a.  Tələbə ödənişli təhsil almadıqda -“Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 nömrəli Qərarının 1-ci bəndində nəzərdə tutulan imtiyazlar ödənişli əsaslarla təhsil alan tələbələrə şamil edilir. Siz ödənişli əsaslarla təhsil almırsınız.”;

b. Şəxs qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsil aldıqda- “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 nömrəli Qərarının 1-ci bəndində nəzərdə tutulan imtiyazlar əyani təhsil alan tələbələrə şamil edilir. Siz əyani təhsil almırsınız.”;

c. Tələbə-məzun dövlət elektron məlumat sistemindən şəxsin cari təhsil pilləsi və səviyyəsi üzrə daha əvvəl təhsil alması (təkrar təhsil) aşkarlanarsa – “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 nömrəli Qərarının 1-ci bəndində nəzərdə tutulan imtiyazlar təkrar ali və orta ixtisas təhsil alan tələbələrə şamil edilmir.”;

d. Şəxsin qəbul olunduğu təhsil ili ilə cari il və hal-hazırda oxuduğu kurs arasında uyğunsuzluq (təhsilin normativ müddəti ötdükdə) olduqda – “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 nömrəli Qərarının 1-ci bəndində nəzərdə tutulan imtiyazlar normativ təhsil müddətindən çox təhsil alan tələbələrə şamil edilmir”;

e. Tələbə ünvanlı dövlət sosial yardım alan ailənin tərkibində olmadıqda və ya tələbənin hər hansı bir valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıdakı kateqoriyalardan heç birinə aid olmadıqda: i. I və II dərəcə əlilliyi olan şəxs; Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü

i. I və II dərəcə əlilliyi olan şəxs;

ii. işsiz kimi qeydiyyatda olan şəxs; iii. yaşa görə əmək pensiyaçı; iv. yaşa görə sosial müavinət alan şəxs.

“Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 nömrəli Qərarının 1-ci bəndində nəzərdə tutulan imtiyazlar sosial baxımdan həssas əhali qrupuna aid edilən kateqoriyadan olanlara şamil edilir. Siz bu kateqoriyaya aid edilmirsiniz.”

İmtina verildikdən sonra tələbə imtinaya səbəb olan halı aradan qaldırdıqdan sonra yenidən müraciət edə bilər.

13 thoughts on “COVID-19 pandemiyası səbəbilə hansı tələbələrin təhsil haqqı dövlət tərəfindən ödəniləcək? Bunun üçün necə onlayn qeydiyyadan keçmək olar?”

  1. menim ataam 1ci qrup elildir həmçinin anam işsizdir ve atamda işsizdir her ikisi işsiz kimi qeydiyyatdadir hessas aile grupuna daxil oldugum ücun odenisimin yari hissesini dovlet odeyir ( yeni 1500 azn odenisimdir 750 sini dovlet odeyir) men resmi şəkildə rəsmi işdə işləsəm hessas aile grupundan cixarilmis olacam? (atam ve anam her ikisi işsizdir ve atam 1ci grup elildir evde tek işləyən mənəm)

  2. Salam men bu il ali mektebe odenishli qebul olundum ,verilen fermana esasu elektor portalda butun melumatlati yazdim muraciyyeti gonderrim heleded hec bir melumat yoxdur zehmet olmas deyin indi hara muaciyyet eleyib ??????

  3. Atası həbsdə anası işsiz bir tələbəni sosial baxımdan az təminatlı ailə kimi sosial yardım almadığı üçün əllillik dərəcəsi olmadıqı işsiz kimi qeydiyyatda olamdığ üçün qarşılamıram təhsil haqqını bir ata bir şəxs əgər həbsdədirsə bunun necə işsiz qeydiyyatı olsun mövcüd vəziyyətlə əlaqədar hara müraciət edə bilərik?

  4. Salam.Mən elektron qeydiyyatda bəzi yerləri boş buraxmışam. Mən necə düzəliş edə bilərəm?Çox xahiş cavab yazın.Sağ olun.(Dəstək bölməsinə müraciət etmişəm ,amma cavab yoxdur)

  5. Menim valideyinlerim olmadigi ucun qeyumluga verilmisdim.Qeyyum olan valideyinlerimde rehemehe gedibler .Menim tehsil haqqim dovlet terefinden odenile bilermi

  6. Mənim valideyinim 2ci qrup əlildir amma təhsil haqqim ödənilmir,buna səbəb kimi dövlət məsuliyyətsizliyidir deyirlər,valideyinimin adı 2ci qrup əlil kimi dövlət sənədlərində qeyd olunmayıb,xahiş edirəm məsələyə baxılsın

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next