Azərbaycan-Fransız Universitetində magistraturaya qəbul başlayır

Azərbaycan-Fransız Universiteti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərir. İlk dəfə olaraq  Azərbaycan-Fransız Universiteti (UFAZ) 2020-2021-ci tədris ilindən etibarən magistratura pilləsinə qəbula başlayacaqdır.

Proqramın fevralın 6-sı proqramın təqdimatı keçirilib. 

Təqdimatda bildirib ki, UFAZ-da magistratura aşağıdakı ixtisaslar üzrə magistratura pilləsinə qəbul elan edləcəkdir.

  1. Tətbiqi kompüter elmləri 
  2. Geofizika
  3. Fiziki kimya və kimya mühəndisliyi

 İki illik nəzərdə tutulan magistratura proqramının sonunda məzunlara iki diplom (ADNSU və Unistra / Strasburq Universiteti) veriləcək. Bakalavrda olduğu kimi, magistratura proqramı üzrə də tədris ingilis dilində aparılacaq. Rektor qeyd edib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistratura imtahanından 70-dən çox bal toplayan bütün yerli və xarici tələbələr bu proqram üzrə sənədlərini təqdim edə bilərlər. Hər 3 ixtisas üzrə magistratura təhsili Azərbaycan Respublikası tərəfindən maliyyələşdirilir.  UFAZ-da magistratura üzrə qəbul imtahanının aprelin 27-də keçirilməsi nəzərdə tutulur.

Magistr proqramındakı ixtisaslar üzrə 80 yer nəzərdə tutulur. Qeyd edək ki, bu pillədə təhsil alan tələbələr tədrisin ikinci ilindən etibarən Fransada tədqiqat aparmaq üçün təqaüd əldə etmək imkanı qazanacaqlar.

Azərbaycan – Fransız Universiteti 2016-cı ildənfəaliyyət göstərir. Universitetdə 4 texniki ixtisas üzrə  qəbul həyata keçirilir. Universitet Fransa tərəfindən Strasburq Universitetinin (Unistra) rəhbərlik etdiyi Fransa universitetləri konsorsiumu daxildir. Fransız Universitetinin məzunları ADNSU və Strasburq Universitetinin diplomlarını alırlar. Bu da tələbələrə xaricə getmədən ADNSU ilə bərabər Fransanın ən qədim universitetlərindən biri olan Unistra-nın diplomunu ala bilmək imkanı verir. 

 Qeyd edək universitetə hər il bakalavr pilləsi üzrə DİM tərəfindən keçirilən imtahanlarda 500 – 700 arası bal toplayan şəxslər təhsil almaq imkan qazanırlar. 

Universitetdə təhsil Fransa təhsil sisteminə uyğun aparılır. Universitetdə tədris yüksək ixtisaslı Azərbaycan müəllimləri ilə bərabər  Fransadan gəlmiş peşəkar müəllim heyəti tərəfindən aparılır. Tədris beynəlxalq standartlar əsasında aparılır. Universitetdə təhsil alan tələbələr 1 il hazırlıq və 3 il bakalavr təhsili almaqla, ümumilikdə 4 il təhsil alırlar. Tədrisin ilk hazırlıq ilində tələbələrə intensiv ingilis və fransız dili ilə bərabər, texniki fənlərdə tədris edilir.

Azərbaycan – Fransız Universitetində təhsil reytinqi Azərbaycan universitetləri arasında ilkin pillələrdə yer alır. Hər il 120 -150 arası tələbə bakalavr pilləsini bitirir. 

1 thought on “Azərbaycan-Fransız Universitetində magistraturaya qəbul başlayır”

  1. Salam mən kolleci bitirmişəm ixtisas mühasibat uçotu və audit indi ixtisasimi dəyişib ibtidai sinif müəlliməsi olmaq istəyirəm.ixtsasmi necə dəyişə bilərəm

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next