Bu son semestr hansı tələbələr təhsil haqqından azad olunacaq?

Təhsil  Nazirliyinin  açıqlamasına  əsasən, keçən semestr olduğu kimi  bu  semestr də sosial baxımdan həssas ailə qrupuna aid  olan tələbələrin təhsil haqqıları dövlət tərəfindən ödəniləcək.

Aşağıda qeyd edilən qruplardan hər hansı birinə aid olan tələbələr təhsil haqqından azad ediləcək:

1.Ünvanlı dövlət sosial yardımı alanlar;

2.Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

2.1. I və II dərəcə əlilliyi olan şəxslər;

2.2. işsiz kimi qeydiyyatda olanlar;

2.3. yaşa görə əmək pensiyaçıları;

2.4. yaşa görə sosial müavinət alanlar.

3.Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil müəssisələri (tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) tərəfindən təqdim edilən məlumatlar əsasında normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə müəyyən edərək bu Qərarın icrasını təmin edəcək.

4.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdim etdiyi sifarişlərə uyğun olaraq maliyyələşməni təmin edəcək.

2020-2021-ci tədris ilinin payız (yarımili) semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilən tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı  https://e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur. 

Qeyd edək ki, Nazirlər Kabinetinin 4 may 2021-ci il tarixli müvafiq qərarı ilə “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarın əhatə etdiyi dövr 2020-2021-ci tədris ilinin II yarımili üçün uzadılıb.

Qərar “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə imzalanıb.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next