Amerikada Təqaüdlər

Bu dəfəki blogumuz dünyanın ən güclü təhsil sisteminə malik olan Amerikada pulsuz təhsillə bağlıdır. Amerikada pulsuz təhsildən yararlanmaq istəyən beynəlxalq tələbələr üçün xüsusi təqaüd proqramları təklif edilir. Təqaüdlər bakalavr və magistr təhsili üçün keçərlidir. Bu Təqaüdlər 2 yerə bölünür :

              • Amerika Dövlətinin təqdim etdiyi təqaüd proqramları
              • Amerika Universitetlərinin təqdim etdiyi təqaüd Proqramları

Bir çoxlarımızın haqqında eşitdiyi Foreign Fullbright Proqramı:

Bu Proqram Amerika Dövləti tərəfindən magistr və doktorluğu oxumaq istəyən tələbələr  üçün təqaüd proqramıdır. Təqaüdə illik təhsil haqqı, yaşayış və gediş-gəliş xərci daxildir. Proqramma dünyanın bir çox ölkələrindən, həmçinin Azərbaycanlı tələbələrdə müraciət edə bilər. Ümumilikdə hər il 1800 tələbə bu təqaüdü qazanır. Son müraciət tarixi 15 İyul 2014

Tələblər bağlı :

FullBright

American University Schoolarship:

Bu təqaüd Proqrammı Amerikan Universitetinə Attestatla qəbul olmaq istəyənlər üçün nəzərdə tutulub. Belə ki, proqrama qoşulmaq üçün tələbənin Attestat qiymətləri minimum 4 olmalıdır. IELTS 6.5 və ya TOEFL 90 olmalıdır. Təqaüdə yol pulu və sağlamlıq sığortası istisna olmaqla, illik təhsil haqqı, yaşayış və yemək xərcləri daxildir. Dərslər Avqust ayında başlayır. Son müraciət tarixi 15 Yanvar 2014

Tələblərlər bağlı :

American University

Berea Colleges :

Bu təqaüd proqramı 4 illik bakalavr təhsilini əhatə edir. Proqramma 4 illik təhsil haqqı, əksər hallarda yaşayış və qalmaq xərcləridə daxil olur. Tələblərə Attestat qiymətləri minimum 3.5 olmalıdır, IELTS nəticə bütün bölmələrdən 5.0 olmalıdır.  Müraciət üçün son tarix  15 Yanvar 2014

Tələblərlə bağlı :

Berea Colleges

P.S : Növbəti yazılarımızda biz daha çox təqaüdlər barədə sizlərə məlumat verəcəyik

76 thoughts on “Amerikada Təqaüdlər”

    1. Salam. Pulsuz tibb təhsil üçün öncə bakalavr bitirmək lazımdır. ABŞda heç kim üçün bir başa tibb yoxdur. hamı öncə bakalavr sonra tibb oxuyur.

  1. Salam mənim ixtisasım hüquqşünaslıqdır. İxtisasım üzrə 5 ildir ki, hüquq mühafizə orqanlarında çalışıram. İşlədiyim dövr ərzində cənab nazir tərəfindən qazanılan medal və döş nişanlarının , ieltsdən toplayacağım 7.5 balın və universitet dövründə ortalama 75 +un amerikada təqaüd programına düşmə ehtimalı barədə maraqlanıram.

  2. Salam
    Mən 2016 məzunuyam və Amerikada ödənişsiz bakalavr təhsil almaq isdəyirəm.
    Attestat qiymətlərim də hamısı 5dir.
    Mən TOEFL və SATdan nə qədər toplamalıyam ki orada tam ödənişsiz və təqaüdlü təhsil alabilim?

    1. Salam. ABŞ da bütünü unilər ödənişlidir. Hər testdən 100 faiz toplasanız bəlkə hansısa uni təqaüd verə ama normalda təqaüd yoxdur.

    1. Əsas ixtisalardan aşağı olmasın və ortalama 4.5 dən aşağı olmasın. 3 çox olarsa təbii olaraq ortalama düşük olacaq bu da sizi zəif tələbə kimi göstərəcək. O halda necə iddia edə bilərsiniz ki siz super tələbəsinzi və təqaüdə layqisiniz.

    1. ABŞda 2 min universitet var. Ama qəbul şərtlər aşağı yuxarı hamı üçün eynidir. Yüksək attestat qiyməti, TOEFL balı və SAT I lazımdır.Unilərin hamısı çox zaman bunları tələb edir ama bəzi məşhurlar SAT II də tələb edir.

    1. Salam,

      Fulbright proqramı çox rəqabətli və daha çox magistr üçün istifadə olunan proqramdır. Əsas tələb TOEFL, GRE və ya GMAT imtahanları, yüksək GPA və mümkünsə könüllü iş təcrübəsi. Təbii ki, müsahibə zamanı və motivasiya məktubunuz da önəmlidir.

  3. Salam. 2020/2021- ci illərdə Berea College’ də bakalavr təhsili almaq istəyirəm. Hal- hazırda qiymət minimumları dəyişilib? Yalnız IELTS və SAT 1 imtahanlarına ehtiyac var? İndidən hansı hazırlıqları görməyə məsləhət görərdiniz?

    1. Salam. Berea vəya başqa yerlər üçün, Attestatnınız çox yaxşı olsun. SAT I, TOEFL və vaxtınız olsa SAT II imtahanlarını verin. O zaman bir çox qapı sizə açıq olacaqdır. Minimum ballar hər il rəqabətə görə dəyişir bunu inşallah 2020 də düşünmək lazımdır. Ama təbii ki yüksək bal daha çox şans deməkdir.

  4. 2020/2021 de Cornell universitetinde bakalavr tehsili almaq istəyirəm hara müraciət etməliyəm təqaüdlər haqqında harada danışıb məlumat ala bilərəm yada new york şəhərində əcnəbi vətəndaşlar üçün verdiyi təqaüdlər var?