Amerikada Təqaüdlər

Bu dəfəki blogumuz dünyanın ən güclü təhsil sisteminə malik olan Amerikada pulsuz təhsillə bağlıdır. Amerikada pulsuz təhsildən yararlanmaq istəyən beynəlxalq tələbələr üçün xüsusi təqaüd proqramları təklif edilir. Təqaüdlər bakalavr və magistr təhsili üçün keçərlidir. Bu Təqaüdlər 2 yerə bölünür :

              • Amerika Dövlətinin təqdim etdiyi təqaüd proqramları
              • Amerika Universitetlərinin təqdim etdiyi təqaüd Proqramları

Bir çoxlarımızın haqqında eşitdiyi Foreign Fullbright Proqramı:

Bu Proqram Amerika Dövləti tərəfindən magistr və doktorluğu oxumaq istəyən tələbələr  üçün təqaüd proqramıdır. Təqaüdə illik təhsil haqqı, yaşayış və gediş-gəliş xərci daxildir. Proqramma dünyanın bir çox ölkələrindən, həmçinin Azərbaycanlı tələbələrdə müraciət edə bilər. Ümumilikdə hər il 1800 tələbə bu təqaüdü qazanır. Son müraciət tarixi 15 İyul 2014

Tələblər bağlı :

FullBright

American University Schoolarship:

Bu təqaüd Proqrammı Amerikan Universitetinə Attestatla qəbul olmaq istəyənlər üçün nəzərdə tutulub. Belə ki, proqrama qoşulmaq üçün tələbənin Attestat qiymətləri minimum 4 olmalıdır. IELTS 6.5 və ya TOEFL 90 olmalıdır. Təqaüdə yol pulu və sağlamlıq sığortası istisna olmaqla, illik təhsil haqqı, yaşayış və yemək xərcləri daxildir. Dərslər Avqust ayında başlayır. Son müraciət tarixi 15 Yanvar 2014

Tələblərlər bağlı :

American University

Berea Colleges :

Bu təqaüd proqramı 4 illik bakalavr təhsilini əhatə edir. Proqramma 4 illik təhsil haqqı, əksər hallarda yaşayış və qalmaq xərcləridə daxil olur. Tələblərə Attestat qiymətləri minimum 3.5 olmalıdır, IELTS nəticə bütün bölmələrdən 5.0 olmalıdır.  Müraciət üçün son tarix  15 Yanvar 2014

Tələblərlə bağlı :

Berea Colleges

P.S : Növbəti yazılarımızda biz daha çox təqaüdlər barədə sizlərə məlumat verəcəyik

76 thoughts on “Amerikada Təqaüdlər”

  1. Salam Amerikada bakalavr pilləsinə qəbul olsam hansi tehsil kreditlərindən yararlana bilərəm? bu tehsil kreditlərini nə qədər müddətə geri qaytarılmalıdır faizi nə qədər olur?

    1. Salam. Müraciət etdiyiniz universitet sizə buna bənzər bir neçə seçim təklif edəcək və şərtlər müxtəlif olur.

  2. Salam orta məktəbi qırmızı diplomla bitirmişəm sonra ali məktəbə interyer fakültəsinə daxil oldum lakin müəyyən səbəblərdən 3cu kursda təhsilimi dayandırmalı oldum mən amerikada IELTS 6.5le təqaüdü təhsil ala bilərəm?və bununcun CELTden kiminlə əlaqə qura bilərəm?

    1. Salam. ABŞ-da IELTS görə təqaüd vermilər. Ümumiyyətlə kimsə IELTS görə təqaüd vermir. O sadəcə dil imtahanıdır. Full deyil ama müəyyən təqaüd almaq olar. Bakalavr üçün SAT imtahanı master üçün GRE imtahanı ilə mümkündür.

  3. Salam.oglumun 1410 sat,7 ielts nəticəsi var.oktyabrin 3-u sat math subject imtahani verib.sertifikaarida var(sahmat,futbol,hippo olimpiadasi,speaking publicden)bu nəticələrlə Amerikada pulsuz bajalavr təhsili ala bilərmi?coxsagolun.

  4. Salam Amerikada hecbir universitetde teqaudlu tehsil yoxdu magistr ucun? Men amerikada teqaudnen magistr seviyyesinde tehsil almaq ucun neler etmeliyem?

    1. Xeyir. Olması üçün Super TOEFl, Süper GRE vəh ya GMAT və təcrübə və əlavə keyfiyyətlər. bunlar olarsa bəzi unilər verir. Məsələn NYU master qəbul ola bilsəniz avtomaik 25 min dollar təqaüd verir ama qəbul olmaq da asan deyil.

  5. Fulbright programı hele de kecerlidir?Bir de Azerbaycan vətəndaşı olub Türkiyədə bakalavr oxuyub Fulbright e müraciət edə bilərəm Amerikada Computer Science ucun ve ya computer engineering bi de Fulbright ucun şərtlər nədir?

    1. Təssüf ki xeyir. Bakı üçün işə yaramır. Full bright exchangedir və bildiyim qədər Bakıdan o təqaüdü vermir. Türkiyədən bakı vətəndaşı edə bilməzsiniz. Ama hər şeydən öncə ilk şərtləriniz TOEFL və GRE olmalıdır. Bunlar varsa zaten bəzi unilər sizə təqaüd verir və təbii çok yüksəksə