Albert Eynşteyn və dünyanın #6 nömrəli universiteti

Elmə nisbilik nəzəriyyəsi və xüsusilə, cisimlərin Kütlə və enerjinin ekvivalentliyi arasındakı məşhur E=mc² münasibətinə görə məşhur olan və 1921-ci ildə Nəzəri fizika elmində xidmətlərinə və ələxsus fotoelektrik effekt qanunun kəşfinə görə Nobel mükafatına layiq görülmüş Albert  Eynşteyn. Onun fizika elminə bəxş etdiyi digər töhfələr arasında xüsusi nisbilik nəzəriyyəsi, ümumi nisbilik nəzəriyyəsi, mexanikanın klassik problemləri və onların kvant fizikasına tətbiqi məsələləri, məhlullarda Broun hərəkətinin izahı, monatomik qazların kvant nəzəriyyəsi, aşağı radiasiya sıxlıqlarında işığın istilik xüsusiyyətləri (Foton nəzəriyyəsi) və digər elmi tədqiqat işlərini göstərmək olar.

Albert Eybşteyn və #6 nömrəli universiteti birləşdirən nədir?

 Albert Eynşteyn Münhendə təhsil aldıqdan sonra 1896-ci ildə İsveçrəyə təhsilini davam etdirmək üçün gedir və İsveçrə Federal Politexnik Məktəbində indiki İsveçrə Federal Texnologiya İnstitutunda fizika və riyaziyyat müəllimi ixtisası üzrə təhsilini davam etdirir daha sonra orada çalışmağa başlamışdır.

Böyük Britaniyanın  «Times Higher Education Supplement — QS World Universities Rankings» reytinqinə əsasən 2020-ci il üzrə dünynaın ən yaxşı universitetlərinin adları açıqlanıb. Bu siyahıda Avropanın hər zaman ilk 20-likdə  olan  universitetlərindən biri ilk 10-luqda, hətda 6-cı yerdə qərarlaşmışdır.Bu universitet İsveçrənin Sürix şəhərində yerləşən və “Əsrin adamı” və tanınmış fiziklər arasında keçirilmiş sorğulara görə isə bütün dövr və xalqların ən böyük fiziki adlarına layiq görül ən Albert Eynşteynin təhsil aldığı və çalışdığı (ETH Zurich — Swiss Federal Institute of Technology) İsveçrə Federal Texnologiya İnstitutudur.

Universitetin qısa tarixi

7 fevral 1854-cü ildə İsveçrə dövlətinin Federal parlamenti “Dəqiq, siyasi və humanitar elmlər məktəbi ilə birgə Federal politexnik məktəbin yaradılması haqqında” qanun qəbul edir. Federal politexnik məktəb 16 oktyabr 1855-ci ildən fəaliyyətə başlayır və Sürix şəhərindəki müxtəlif binalarda ilk dərslər keçirilir. Məktəbin əsas məqsədi milli infrastrukturun gələcəyini qurmaq, bütün sahələr üzrə ölkədə peşəkarlıq səviyyəsini və milli elitanın karyerasını inkişaf etdirməkdir. Məktəb yeni binaya köçmək üçün memarlar arasında müsabiqə təşkil edir və nəticədə memar Qotfrid Zemper qalib gəlir. 1858-1864-cü illərdə onun layihəsi əsasında ali məktəbin binaları tikilir.

1911-ci ildən Politexnik Məktəbi Federal Texnologiya İnstitutu adlanır. İnstitut rəhbərliyi Sürix şəhərində böyük tikinti layihələri həyata keçirir.

1908-ci ildə Federal Texnologiya İnstitutu tələbələrinə doktorluq dərəcəsi vermək hüququ qazanır və bir il sonra ilk dəfə olaraq altı kimyaçı tələbəyə bu dərəcə verilir.

I Dünya müharibəsindən sonra Federal Texnologiya İnstitutu fəaliyyətini daha da genişləndirir. 1929-cu ildə institutun nəzdində Hidravlik laboratoriya və İqtisadi Biznes İnstitutu, 1933-cü ildə Texniki Fizika İnstitutu, 1937-ci ildə Afif Sənaye Tədqiqatları Departamenti açılır. 1936-cı ildə institutun prezidenti Artur Ron “İnnovativ fəaliyyət siyasəti” proqramını hazırlayır, nəticədə 1942-ci ildə İsveçrə Milli Elm Fondu yaradılır.

1965-ci ildə Federal Texnologiya İnstitutu ərazisinin genişləndirilməsi, yeni korpusların, fakültələrin açılması və s. məqsədlərlə bağlı layihələr həyata keçirir. İnstitut bunun üçün dövlətdən 444 milyon frank məbləğində kredit alır.

Tarixə kompüter, qloballaşma dövrü kimi düşən XX əsrin sonlarında hər bir universitet müxtəlif layihələr həyata keçirməyə başlayır. Federal Texnologiya İnstitutu da baş verən yenilikləri, gedən prosesləri nəzərə alaraq, 1981-ci ildə İnformatika və materialşünaslıq, 1987-ci ildə isə Ekologiya elmləri departamentləri yaradır. 1989-cu ildə institut müxtəlif departament və idarələrə bölünür.

1990-cı illərin sonlarından başlayaraq institut Boloniya islahatları çərçivəsində iş aparır. 1993-cü illərdə Federal Texnologiya İnstitutunun departamentləri tədricən büdcə müstəqilliyi əldə edir. İnstitut qlobal şəbəkəyə qoşulur, informasiya texnologiyalarını modernləşdirir və elmi-texniki bazasını genişləndirir.

Hazırda Federal Texnologiya İnstitutu dünyanın ən sürətlə inkişaf edən təhsil mərkəzlərindən biridir. Əbəs yerə deyil ki, institut bura gələnləri aşağıdakı sözlərlə qarşılayır: “Sabahın dünyasına xoş gəlmisiniz!”

İsveçrə Federal Texnologiya İnstitutu iki kampusdan ibarətdir. Əsas kampus 1860-cı ildə Sürix şəhərinin mərkəzində yaradılıb. Memar Qotfrid Zemper tərəfindən inşa edilmiş bu kampusun binaları neoklassik üslubda tikilib. Yeni kampus isə 1964-1976-cı illərdə şəhərin kənarındakı Hönqerberq ərazisində yaradılıb. Kampusun ərazisinin sonuncu dəfə genişləndirilməsi 2003-cü ilə təsadüf edir və burada Materialşünaslıq, Memarlıq, İnşaat, Fizika, Biologiya və Kimya departamentləri yaradılır. Hönqerberq kampusunu “Elm şəhəri” də adlandırırlar.

İsveçrə Federal Texnologiya İnstitutunun nəzdində aşağıdakı departamentlər fəaliyyət göstərir:

  1. Memarlıq və inşaat elmləri departamentinə Memarlıq, Vətəndaş, Ekoloji və Geomatik mühəndislik məktəbləri daxildir.
  • Mühəndislik departamenti Biosistemlər, Kompüter elmləri, İnformasiya texnologiyaları və elektrotexnika, Mexanika və proses mühəndisliyi, Materialşünaslıq məktəblərindən ibarətdir.
  • Dəqiq elmlər və riyaziyyat departamentində Biologiya, Kimya və tətbiqi bioelmlər, Riyaziyyat, Fizika məktəbləri fəaliyyət göstərir.
  • Sistemli istiqamətləşdirilmiş elmlər departamentinə Kənd təsərrüfatı və sənaye, Yer elmləri, Environika məktəbləri daxildir.
  • Menecment və sosial elmlər departamenti İdarəetmə və informasiya texnologiyaları, İqtisadiyyat, Humanitar və sosial-siyasi elmlər məktəblərindən ibarətdir.

Federal Texnologiya İnstitutu sadalanan ixtisaslar üzrə bakalavr və magistr hazırlayır. Tədris Boloniya prosesinə, akademik nailiyyətlər isə kredit sisteminə əsasən aparılır.

Albert Eynşteynin təhsil aldığı bu universitetdə təhsil almaq istəyirsinizsə, o zaman bizə müraciət edin. CELT – Dünyanın Ən Yaxşı universitetlərinə yol buradan keçir…

İnstitut dünyanın bir sıra universitetləri ilə sıx əməkdaşlıq edir, bu ali məktəbin tələbələri təhsillərini dünyanın müxtəlif universitetlərində davam etdirmək imkanına malikdirlər. İnstitut tələbələrə, əlavə olaraq 15 master proqramı (Statistika, Müqayisəli incəsənət və beynəlxalq tədqiqatlar (MACIS), Maliyyə sahəsi, Kompüter elmləri, Mikro və Nanosistem və s. sahələr üzrə), 130 tədris kursu təklif edir. Burada, eyni zamanda müəllimlər, digər əməkdaşlar üçün kurs və proqramlar həyata keçirilir. Həmin proqramlar, əsasən, pedaqogika, yeni texnologiyalardan istifadə, informatika, xarici dillər, tədris və liderlik bacarıqlarının öyrədilməsi sahələrini əhatə edir.

ƏN BÖYÜK KİTABXANA …

    İsveçrənin ən böyük kitabxana sistemi Federal Texnologiya İnstitutunun kitabxanasıdır. Kitabxanaya 6,9 milyon kitab, əlyazma, jurnal, xəritə, audiovizual material, verilənlər bazası və s. daxildir. Sistem İnternet şəbəkəsinə qoşulub, oxucular “Sourcing” adlanan kataloq üzrə elmi ədəbiyyat toplusu ilə tanış olmaq imkanına malikdir. İnstitutun əsas kitabxanası olan Tökmə kitabxanada memarlıq, inşaat texnikası, sənaye, mexanika, elektronika, kompüter elmləri, kənd təsərrüfatı, maşınqayırması, kənd və meşə təsərrüfatı, yerşünaslıq, biologiya, kimya, əczaçılıq, fizika, riyaziyyat, bədən tərbiyəsi və idman, nəqliyyat, materialşünaslıq, environika və digər sahələrə aid kitablar mövcuddur.

   Federal Texnologiya İnstitutunun nəzdində əsas kitabxanadan əlavə, Enerji texnologiyaları, Kənd təsərrüfatı iqtisadiyyatı, İnşaat texnikası, İnşaat materialları, Avtomatika, Müqayisəli və beynəlxalq tədqiqatlar mərkəzi, Kimya, biologiya və əczaçılıq, Elektroenerji vericisi, Hidrodinamika, Geotexnika, Tarix, Ən yeni tarix arxivləri, Tomas Mann adına arxiv, Memarlığın tarixi və nəzəriyyəsi, Yeraltı sular və hidromexanika, Yüksək enerji fizikası, İnformasiya texnologiyaları və elektrotexnika, Kompüter elmləri, Kartoqrafiya, Kommunikasiya texnologiyaları, İntellektual mülkiyyət sahəsində perspektiv tədqiqatlar, Riyaziyyat, Fizika, Mexaniki sistemlər və texnologiya strukturu, Metal və metallurgiya tədqiqatları, Mikrobiologiya, Əməliyyat tədqiqatları, Kənd memarlığı, Sənaye, Menecment, Nəqliyyat planlaşdırması, Aerotermokimya və yanacaq sistemi, Hidravlika, hidrologiya və qlyasiologiya, Meşə, qar və landşaft tədqiqatları, WIF, Sant-Hallen, Paul Şerer, Lozanna, DES plazma və s. kitabxanalar fəaliyyət göstərir.

İsveçrənin mirvari gözü Sürix…

Sürix gölünün və Limmat çayının sahilində yerləşən, qarlı dağlarla əhatə olunan Sürix gözəl və təhlükəsiz şəhərdir. Federal Texnologiya İnstitutu İsveçrənin bölgələrindən, xarici ölkələrdən olan tələbələri, doktorantları, müəllimləri və s. əməkdaşları bu şəhərdə yaşayış yeri ilə təmin edir. Bunun üçün 8 gün öncə “Einwohnerkontrolle” və “Kreisbüro” adlanan, 1864-cü ildən fəaliyyət göstərən mənzil xidməti idarəsinə müraciət edilməli, İsveçrə Federal Texnologiya İnstitutunda təhsil almağı və ya işləməyi təsdiq edən sənəd təqdim olunmalıdır. Mənzil xidməti idarəsi isə onlara tələbə yataqxanaları, çoxmənzilli binalar və ayrıca evlər təklif edir, müraciət edən şəxslər isə istədiyi mənzili seçmək hüququna malik olurlar. Bu mənzillərdə 6 aylıq yaşayış haqqı 8.00 CHF (İsveçrə frankı) təşkil edir. Şəhərin ictimai nəqliyyatı olduqca rahat və sürətlidir, sərnişinlərə yüksək səviyyədə xidmət göstərir.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir