Koronavirus hansı ölkə tələbələrinin xaricdə oxumaq arzusunu məhv etdi?

Koronavirus xəstəliyi son 2 ayda çinlilərin bütün dünyada reputasiyasını çox aşağı endirib. Belə ki, müxtəlif ölkələrdə yaşayan və ya oxuyan çindən olan şəxslərə qarşı insanlarda çox böyük aqressiya və diskriminasiya yaranıb. Bir çox Avropa ölkəsində problem o həddə çatıb ki, hətda hər hansı çinlinin yolda getdiyini gördükdə insanlar öz yollarını belə dəyişirlər. Bu hal-hazırda Amerikada da  çox müşahidə edilən haldır. Əlbətdəki insanları anlamaq olar. Lakin bu cür davranma və diskriminasiya yalnız adi vətəndaşlar arasında deyil bir çox şirkətlərdə də müşahidə edilir. Hətda xəbərlərdə bir sıra şirkətlərdə çindən olan vətəndaşların işdən çıxarılması xəbərləri də yayılmaqdadır.

Yuxarıda qeyd etdiyimiz problemlərlə yanaşı çinlilər, daha doğrusu Çindən olan tələbələr xaricdə təhsil ilə bağlı çox böyük əngəllərlə rastlaşıblar. Belə desək xaricdə təhsil almaq arzusunda olan çinlilərin arzuları puç olub. 14 Mart tarixində Amerikada Kolleclər Şurasının (The College Board) keçirəcəyi SAT (Scholastic Assessment Test) imtahanı bütün Çindən olan və Çinə səyahət edən tələbələr üçün ləğv edib.  Bundan əlavə mart ayında baş tutması planlaşdırılan aspirantlar üçün RE, GMAT imtahanları və hətda ingilis dilindən beynəlxalq sertifikat imtahanları olan IELTS və TOEFL imtahanlarının keçirilməsi də ləğv edilmişdir. Bu haqda məlumatı Çinin Milli İmtahanların İdarə edilməsi Mərkəzi açıqlama verib. Qeyd edilən ləğvlər səbəbindən minləlrə çinli tələbə xaricdə təhsil almaq şansından məhrum olub. 

Bu proses xaricdə fəaliyyət göstərən universitetlərə də çox böyük problemlər yaradır. Beləki hər  ir çox Avropa ölkələrinin və digər dünya ölkələrinin TOP universistetləri, xüsusilə Amerikada, İngiltərədə, Avstraliyada fəaliyyət göstərən universitetlərin çox hissəsi məhz Çindən gələn gəlirlərdən aslıdırlar. Çünki adı çəkilən ölkələrdə çinli tələbələr çoxluq təşkil edir.

Qlobal problemə çevrilən Koronavirus ümümdünya iqtisadiyyatına  çox böyük mənfi təsirlərini uzun müddət də göstərəcək. Bunun təsiri təhsildən də yan keçməyəcək. Çin bazarında yaranan geriləmə bütün dünyaya öz təsirini göstərəcək. Hər il minlərlə tələbə təhsil almaq üçün xarici ölkələrə gedirlər. Onların sayında da çox böyük azalma müşahidə ediləcək. Bundan başqa Koronavirusla bağlı çinlilərə qarşı yaranan diskriminasiya da müxtəlif gərginliklər yaradacaq ki, bu da dünyada baş verən proseslərə öz təsirini göstərəcəkdir.

Korovirus səbəbilə universitetlərin qəbul prosesində çinlilər üçün müxtəlif problemlərin yaranacağı qaçılmazdır. Lakin hələ ki, bu sahədə durğunluq var. 

Koronovirus Çinlə yanaşı virusun yayıldığı digər Avropa ölkələrində, xüsusilə İtaliyada bir çox problemlər yaradacaq. 

Bu haqda qarşıdakı yazılarımızda….

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next