school, classroom, boys

Müddətsiz əmək müqaviləsi əsasında işləmək istəyən müəllimlər üçün MÜSABİQƏ BAŞLAYIR…

Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərin müddətsiz əsaslarla işə qəbulu müsabiqəsinə start verilir.

Belə ki, Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsabiqədə iştirak etmək istəyən namizədlər cari ilin 2-6 mart tarixlərində Təhsil Nazirliyinin müvafiq saytında bu linkə keçid edərək qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməyən və yaxud qeydiyyatı tamamlamayan şəxslər müsabiqədə iştirak etməyəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər qeydiyyatdan necə keçəcəklər?

Müsabiqədə iştirak etmək istəyən namizədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Müddətli müqavilə ilə işləyən müəllimlərin müddətsiz əsaslarla işə qəbulu”  saytında şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş təhlükəsizlik kodunu daxil edərək qeydiyyatdan keçməlidirlər. Sayta bu linkdən keçid edib qeydiyyatdan keçin. 

Qeydiyyatın başlayacağı tarix : 2 Mart 2020 – ci il

Qeydiyyatın bitəcəyi tarix: 6 Mart 2020 – ci il.

Müsabiqədə 2018-2019-cu və 2019-2020-ci tədris illəri üçün  keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər  üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə  işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər. 

Qeyd edək ki, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə musiqi, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə keçid balı 42, digər fənlər üzrə 48, həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə musiqi və təsviri incəsənət fənləri üzrə 30, digər fənlər üzrə 36 bal müəyyən edilib. Bu qeyd edilən ballardan aşağı bal toplayan şəxslərin müddətsiz əmək müqaviləsi əsasında işləmək üçün müsabiqədə iştirak etmək hüququ yoxdur.

Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdiriləcək. 

Bundan əlavə biz Sizə ötən yazıda “Müddətli müqavilə ilə işləmək istəyən müəllimlər nə etməlidir?” adlı yazıda bu haqda məlumatlar təqdim etmişik. Yazıya bu linkdən keçid edərək oxuya bilərsiniz. Məlumat üçün bildirək ki, Azərbaycan və rus dili bölmələri üzrə müsabiqədə düşəcək mövzular barədə də yaxın günlərdə sizlərə yazılar təqdim edəcəyik.

Bizi izləməyə davam edin.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next