Macarıstanda Təhsil ilə bağlı sual və cavablar

Kənd Təsərrüfatı sahəsində bakalavr təhsili alanlar üçün Macarıstanda təqaüd proqramı.

Azərbaycanda Kənd təsərrüfatı sahəsində bakalavr təhsil alanlar üçün və ya kənd təsərrüfatı sahəsində magistr təhsili almaq istəyənlər üçün Macarıstanın Kənd Təsərrüfatı Nazirliyinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir. 

Təqaüd proqramı haqda məlumat:

Təhsil səviyyəsi: Magistratura

Tədris dili: İngilis dili

İxtisaslar: 

  1. Qida təhlükəsizliyi və keyfiyyət mühəndisliyi
  2. Bağçılıq mühəndisliyi
  3. Heyvan qidası və yem təhlükəsizliyi.

Universitetlər:

  1. Szent István University
  2. Kaposvár University

Təhsil müddəti: 2 il

Maliyyələşməyə aiddir:  təhsil haqqı, yataqxana, yaşayış xərci, tibbi sığorta

Universitetlər haqda qısa məlumatı təqdim edək:

Kapoşvar Universiteti – Macarıstanın cənub regionunda Kapoşvar şəhərində yerləşən ən böyük universitetlərindən biridir. 

Kapoşvar Universiteti bir sıra müasir strukturu ilə tanınan universitetlrdəndir. Burada müasir Diaqnostik Vizualizasiya və Şualanma Onkologiya İnstitutunda dünya şöhrətli professor-tədqiqatçı bazasına malikdir. Burada heyvanların elmi tədqiqatında geniş şəkildə araşdırması, torpaq tədqiqatı, meşə-ağac sənayesi, geologiya, fizika, arxeologiya kimi dinamik şəkildə inkişaf edən fərqli sahələr üzrə araşdırmalar aparılır. İnstitutun tədqiqat sturkturu onun beynəlxalq arenada və beynəlxalq təhsil mühitində yaxşı imicə sahib olmasını təmin etmişdir.

Sent İştvan Universiteti – Macarıstanın ən böyük universitetlərdən biridir. Burada müxtəlif sahələr üzrə tədris aparılır. Xüsusilə texnologiya və kənd təsərrüfatı sahəsində geniş araşdırma praktikasına malik tədris olacağıdır.

Universitet Budapeştdən 30 km aralıda yerləşən Gödöllő şəhərində yerləşir.

Azərbaycan Kənd Təsərrüfatı sahəsində təhsil alan və ingilis dili bilikləri olan hər bir şəxs üçün böyük şansdır. Son dövürlər Azərbaycanda Kənd Təsərrüfatı sahəsində peşəkar kadrlara çox böyük təlabat vardır. Siz xaricdə məhz bu sahədə magistr təhsili almaqla Azərbaycana geri dönərək çox böyük iş imkanlarından yararlana bilər və sevdiyiniz oxuduğunuz peşə üzrə inkişaf edə bilərsiniz. 

Bu proqrama müraciət etmək istəyənlər və xaricdə kənd təsərrüfatı sahəsi üzrə magistr təhsili almaq arzusunda olan şəxslər keçiddə göstərilən ərizə forması ilə tələb olunan sənədləri REU-Scholarship@fao.org elektron poçt ünvanına göndərməlidirlər.

Son müraciət tarixi: 28.02.2020

Bu təqaüd proqramına yalnız 30 yaşadək namizədlər müraciət edə bilər.

Təqaüd proqramı ilə bağlı hər hansı sual yaranacağı təqdirdə namizədlərə REU-Scholarship@fao.org ünvanı ilə əlaqə saxlamaq tövsiyə edilir.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next