Peşə təhsili və peşə təhsilində yeni ixtisaslar hansılardır?

Aəzrbaycan müxtəlif peşə təhsil ocaqlarının fəaliyyəti haqda məlumatınız var. Lakin hal-hazırda peşə təhsili sahəsində müxtəlif yeniliklər vardır. Bunlardan biri yeni ixtisasların yaradılmasıdır. 

İlkin olaraq məlumat vermək istərdim ki, Peşə Təhsil Mərkəzləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindədir.

Bu orqan Prezidentin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 20 aprel 2016-cı il tarixli 869 nömrəli  Fərmanına əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmış və həmin Agentliyin Əsasnaməsi təsdiq olunmuşdur.

Hal-hazırda Azərbaycan Respublikası ərazisində şəhər və rayonlarda fəaliyyət göstərən müxtəlif Peşə Məkətblərində yeni ixtisaslar yaradılıb. Bu ixtisaslar müasir dövrün tələblərinə uyğun yeni sahələri əhatə edir.

Gəlin bu ixtisaslarla və onların tədris olunduğu Peşə Məktəbləri ilə tanış olaq.

  • Kargüzar – Bu peşə üzrə ixtisas üzrə aşağıdakı Peşə Məktəblərində tədris olunur.
  • Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
  • İmişli Peşə Məktəbi
  • Xalça və xalça məmulatının bərpaçısı – Bu ixtisas üzrə tədris iki peşə məktəbində aparılır.
  • Şəmkir Peşə Liseyi
  • Qazax Peşə Liseyi
  • Reklam işçisi – Bu ixtisas üzrə tədris 4 peşə məktəbində aparılır.
  • Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
  • Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
  • İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
  • Quba xüsusi Peşə Məktəbi
  • İnteryer və eksteryerin bədii tərtibatçısı – Bu ixtisas  hal-hazırda yalnız Bakı şəhərində yerləşən peşə məktəbində tədis olunur.
  • Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
  • Zərgər – Bu ixtisas üzrə tədris yalnız Bakı şəhərində yerləşən 2 peşə məktəbində aparılır.
  • Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
  • Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
  • Bədii tikmə ustası – Bu ixtisas üzrə təhsil iki peşə məktəbində aparılır.
  • Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
  • 2 nömrəli Füzuli Peşə Məktəbi
  • Ağac üzərində naxış rəssamı – Bu peşə üzrə tədris yalnız Bakı şəhərində fəaliyyət göstərən 1 peşə məktəbində aparılır. 
  • Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
  • Xalçaçı – Bu peşə üzrə tədris Bakı ilə yanaşı ümumilikdə 7 rayonda fəaliyyət göstərən peşə məktəblərində aparılır.
  • Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
  • Şəmkir Peşə Liseyi
  • Gədəbəy Peşə Liseyi
  • Quba Peşə Liseyi
  • Göyçay Peşə Liseyi
  • Lerik Peşə Məktəbi
  • İsmayıllı Peşə Tədris Mərkəzi
  • 2 nömrəli Ağdam Peşə Məktəbi

Gördüyünüz kimi yeni ixtisaslar müxtəlif incəsənət sahəsini əhatə etməklə yanaşı emal və reklam sahəsini də əhatə edir. Odur ki, orta və ya ali ixtisas təhsili almayanlar peşə məktəblərində müxtəlif peşələrə sahib ola bilərlər. Bunun üçün sadəcə oxumaq və hər hansı peşəyə sahib olmaq həvəsi və istəyi olmalıdır. 

Özünüzü inkişaf etdirmək üçün Bakıya və ya xaricə getmək lazım deyil. Olduğunuz və yaşadığınız yerdə belə istədiyiniz biliyə sahib ola bilərsiniz. Peşə məktəblərinin əsas hədəfi ixtisaslı kadrların hazırlanmasını və onların rəqabət qabiliyyətinin artırılmasını təmin etməkdir. 

Odur ki, özünüzə bir peşə seçin və bu peşənin peşəkarı olun. Unutmayın ki, insanın həyatına maraq qatan ən birinci amil məhz o insanın peşəsidir. Sevdiyiniz peşəni seçin!

3 thoughts on “Peşə təhsili və peşə təhsilində yeni ixtisaslar hansılardır?”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next