YÖS yoxsa SAT: Türkiyəyə Qəbul

Xarici Universitetlərdə oxumaq Azərbaycanlı tələbələr üçün müxtəlif imtahanlardan yüksək nəticələr toplamaqla mümkündür. Bu  gün Azərbaycanlı tələbələrin ən çox istiqamət aldığı və onların maraq dairəsində olan ölkə Türkiyədən danışmaq istərdik.

Türkiyə ilə təhsil sahəsində əməkdaşlıq neçə illərdir ki, davam edir. Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir çox gənclər Türkiyəyə göndərilmiş və orada  təhsil almışdılar.

Azərbaycanın müstəqillik dövründə bu sahədə daha geniş əlaqələr qurulmuş və bu əlaqələr hal-hazırda davam etməkdədir. 1992-ci ildə Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq barədə imzalanan müqavilə ilə təhsil sahəsində daha da geniş əlaqələr yarandı. Bu müavilədən sonra minlərlə tələbə Türkiyəyə təhsil almağa göndərildi.

Türkiyə ilə yaradılmış səmərəli təhsil əlaqələrinin nəticəsidir ki, bu gün 2500-dən çox azərbaycanlı tələbə Türkiyədə təhsil alır ki, onlardan 600 nəfəri dövlət xətti ilə təhsil alanlardır. Eyni zamanda Azərbaycanın ali təhsil müəssisələrində 4500 Türkiyəli tələbə təhsil almaqdadır.

Türkiyənin təhsil naziri Nimət Çubukçu  isə  müsahibələrin birində qeyd edib ki, 1992-1993-cü ildən başlayaraq  bu günə qədər Türkiyənin “Böyük tələbə layihəsi” çərçivəsində Azərbaycan üçün Türkiyə ali məktəblərində 5118 yer ayrılıb ki, onlardan 3936 yer istifadə olunub və 1476 tələbə məzun olub.

Həmçinin qeyd edib ki, 2010/2011-ci tədris ilində Azərbaycan üçün norma 156 yer təşkil edir. Ötən tədris ilində bu göstərici 125 yer olub.

Niyə Türkiyə?

Hər kəsə məlumdur ki, hal – hazırda  Türkiyə dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Bu inkişaf təhsil sahəsində də özünü büruzə verir. Türkiyə təhsili formalaşmış bir təhsildir. Bütün bu xüsusiyyətlərə  görə Azərbaycanlı tələbələr təhsil almaq üçün Türkiyə universitetlərini seçirlər.Həmçinin bu ölkə yaxın məsafədə yerləşdiyi üçün gəlib-getmək daha rahat və münasib olur tələbələr üçün.

CELT Colleges Xaricdə Təhsil şöbəsinin statistikasına görə valideynlərin öz övladlarını ən çox göndərmək istədiyi ölkə Türkiyədir. Belə ki seçilən ixtisaslar isə əsasən tibb, menecment, hüquq sahələridir. Başqa bir prizmadan baxsaq iki ölkənin dillərinin yaxın olması və yaxud da mədəniyyətlərimiz sahəsində yaxınlığın olması gənclərin burada təhsil almasına səbəb olur.

İndi Türkiyəyə qəbul necə aparılır?

YÖS imtahanın beynəlxalq tələbələri yerləşdirmə sisteminin ləğv edilməsindən sonra hər bir universitet öz imtahanını seçməkdə azad olsalar da onların ümümi qəbul edəcəyi bir sistem qəbul edilib. Bu gün demək olar ki, əksər Türk universitetlərinin qəbul etdiyi sistem SAT imtahanıdır. İndi bu imtahan  bütün YÖS imtahanını əvəzləyir. Lakin SAT iki test sistemindən ibarət olduğundan biz hələlik yalnız SAT I, yəni Türkiyəyə qəbul imtahanın tələb etdiyi variantdan danışacağıq.

Türkiyəyə qəbul qaydaları dəyişildikdən sonra SAT imtahanına da tələbat çoxalıb. İndi Türkiyədə oxumaq istəyən tələbələr SAT imtahanı verirlər. Digər imtahanlardan fərqli olaraq  SAT imtahanı İngilis dili biliyi ilə bərabər riyaziyyat biliyindən də  yoxlanılmasıdır. Başqa imtahanlarda yalnız ingilis dili biliyi yoxlanılır. Bu imtahanda isə hər ikisi – riyaziyyat və ingilis dili biliklərindən tələbələr test edilir.

Hal-hazırda Azərbaycanda bir neşə SAT test mərkəzi vardir və orada artıq yerlər dolubdur.

SAT imtahanında hər bölmə üzrə minium bal 500, maksimum bal isə 800 baldır ( yəni toplam maksimal 1600). Yüksək səviyyəli universitetlərə qəbul olmaq üçün hər komponent üzrə ən azı 700 – 750 və ya daha çox  bal toplamaq lazımdır.

SAT imtahını  iki istiqamətdə aparılır.

1)      Riyaziyyat (mathematics). Burada adından da göründüyü kimi riyaziyyat biliyi bacarıqları test edilir. Bu istiqamət üzrə siz 500 – 800 arası bal əldə edə bilərsiniz.

2)      İngilis dili. Bu bölümdə sizin ingilis dili bacarıqlarınız test ediləcək. Bu bölümdə minium 500, maksimum 800 bal yığa bilərsiz

İmtahanın etibarlılıq müddəti 5 ildir. Lakin Tükrkiyə universitetləri bu müddətin iki ildən çox olmasını istəmirlər. Əgər gələcəkdə Türkiyə universitetlərinə getmək istəyirsinizsə, o zaman SAT I imtahanı haqqında düşünün.

SAT haqqında nə düşünürsünüz? SAT imtahanı nədir?   bloq yazımızda tanış ola bilərsiniz. 

SAT imtahanı ilə yoxsa YÖS imtahanı ilə Türkiyənin hansı universitetlərinə qəbul barəsində çətinlik yaşayırsınızsa o zaman digər bloq yazımızla tanış ola bilərsiniz. Ətraflı məlumat üçün link 

SAT imtahanına hazırlıq kursları və Türkiyə universitetlərində qəbul üçün ofisimizlə əlaqə saxlaya bilərsiniz.


CELT Colleges İçərişəhər

İstiqlaliyyət 59 İqtisad Universiteti ilə üzbəüz.

Tel: 012 492 68 53
Mobil: 050 503 59 39

204 thoughts on “YÖS yoxsa SAT: Türkiyəyə Qəbul”

  1. salam.man azerbaycanda universitetde oxuyuram.2 ci kursdan,yos sinavi ile turkiyede oxumaq istiyirem mene dovlet mohlet vere biler.sat le de getmekde istiyirem,herbi mohlet vere biler ???

  2. salam.men universitetde oxuyuram. 2 ci kursdan Turkiyede pulsuz oxuya bilerem? ve eger mumkunse bu nece olar? evvelceden tewekkur

  3. Salam.Men SATle bir az mesqul olmusam.Riyaziyyati cetin deyil,amma ingilis dili cox cetindir.Men sizden imtahana giren usaqlarin neticelerini texmini sorusmaq isteyirdim.Bilirsiniz ki,Turkiye universitetleri 1100 baldan yuxari isteyirler.Bu baraji kecen olur mu sizin telebelerden?

    1. Merhaba evet dediginiz dosgru gecis bali 1100 istiyorlar ama universiteden ve bolumden asili
      riyaziyat dediginiz gibi asant sadece fonksyon olasilik ve 3 bolutlu cisimler
      ingilis dili cetin onun icin 3 5 ay calismak lazim
      bu arada 1100 baraji gecemiyen ogrenciler zaten basarili ogrenci sayilmiyor cok
      ve bizim ogrencilerden calisipta o bali gecemeyen nerdeyse yoktur

  4. salam men seçdiyim ixtisası türk dilində keçəcəmsə ingilis dilindən niyə imtahan verməliyəm ki? sat keçirilən yer hardadı Bakıda? aylıq ödəniş nə qədərdi? müddət nə qədərdi? və yerlərə qəbul nə vaxtdan başlayır ki, çox öncədən dolmuşdu yer?xahiş edirəm hamısını cavablandırın

  5. yos baglanib ??? chox adam deyir baglanib axi taniw usaqlar bu il yose imtahan verib …. deqiq melumat verin zehmet olmasa >….. twk..

    1. Fərid Kərimov (Admin)

      Rəsmi olaraq bağlanıb. Amma ola bilər hansısa universitet hələ qəbul edir belə bir imtahanı və keçirir. Amma rəsmi olaraq bağlandığı elan olunub

  6. Salam mən Türkiyədə təhsil almaq istəyirəm.Dünən sizin kurslarınızın bir filialına gəlmişdim ancaq ətraflı məlumat ala bilmədim.Mən indi 9-cu sinifdə oxuyuram.Ola bilərmi ki mən 1 ilə hazırlaşım imtahana.Birdə qəbul olmaq ehtimalı nə qədərdir.Mən dövlət hesabına oxumaq istəyirəm.Orada dövlət mənə necə yardım göstərəcək.Xahiş edirəm mənə ətraflı məlumat verin.

    1. Fərid Kərimov (Admin)

      Salam. Zəhmət olmasa, bu ünvana yaxınlaşın.

      CELT İçəri Şəhər (Baş Ofis)

      Məmməd Əfəndiyev küç. 6

      İçəri şəhər metrosu ( Axundov Bağı)

      Tel: (012) 492 6853

  7. Salam. Men Eger Sat Imtahani ve yaxudda Yos imtahani versem.qebul olsam men dovlet vesaiti ile oxuyacam yoxsa oz gucumuze? 🙂
    11ci sinifi qurtarmamis vermek olur imtahan?

    Xaish edirem cvb yazin!

    1. Fərid Kərimov (Admin)

      Salam. Dövlət hesabına da oxuya bilərsiz, öz hesabınıza da. Dövlət sizə maliyyə ayrarsa ouya bilərsiniz. Bəzli 11-ci sinfi qurtarmamış imtahan verə bilərsiniz

  8. Salam.Mənim SAT ilə əlaqədər suallarım var 1) SAT imtahanında ayın neçəsi və necə iştirak edə bilərəm (mən 10 cu sinif şagirdiyəm və riyaziyyatla ingilis dilini yüksək səviyyədə bilirəm) 2) Dövlət universtitetinə daxil ola bilərəm mi? Və daxil olsam tədris pullu olacaq yoxsa pulsuz?
    3) Mən indi 10 cu sinifdə Türkyəyə imtahan verib getsəm mənim attestatımı almaq üçün qayidıb imtahan verməyim mümkündür mü?

    1. Fərid Kərimov (Admin)

      Salam. İlk öncə Türkiyə universitetlərində təhsil almaq üçün gərək 11-ci sinfi bitirəsiniz. Sonra Türkiyədə təhsil ala bilərsiniz

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir