Valideynlər diqqətli olmalıdırlar

Tələbə olmaq arzusu hər kəsin arzusudur. Bu adi qazanmaq üçün bir çox şəxslər çoxlu əziyyət çəkirlər ki, bu ada layiq bilinsinlər. Bir qismi bu adı qazanır, bir qismi də qazanmır. Valideynlər övladlarını tələbə kimi görmək üçün hər sey edirlər. Hər il Azərbaycan universitetlərinə xeyli sayda tələbələr qəbul olunurlar. Azərrbaycanla bərabər xarici universitetlərə də qəbul olunanlar vardır. Bu yazıda artıq son illərdə qanunsuz olaraq bir sıra xarici universitetlərə qəbul aparan qurumlar haqqında danışacayıq.

Statistikalar çox aşağıdır

Azərbaycanda iyul ayı universitetlərə qəbul olmaq üçün imtahanların olduğu vaxtdır. Hal – hazırda bir neçə qrup üzrə imtahanlar keçirilib və digərləri də keçirilməkdədir.İmtahanlar keçirildikdən sonra TQDK sədri bu barədə statistik açıqlamalar verib.  Çox təəssüflə demək lazımdır ki, III qrup üzrə abtiruyentlərin 4331 nəfəri 0-100 bal arası bal toplayıb. Bu çox aşağı göstəricidir. Əlbəttə ki, bu aşağı göstəricidir. TQDK sədri digər əsas vacib məsələlərə də toxunub.Belə ki, M.Abbasazadə qeyd edib ki, xaricə qanunsuz yollarla qəbul olunan abtriyentlərin valideynlərinə xəbərdarlıəq edib.

Qanunsuz yolla xarici universitetlərə qəbul olunan abitruyentlər Azərbaycan universitetlərinə transfer edilməyəcəklər

Xarici universitetlərə qanunusuz yolla qəbul aparanlara TQDK sədrindən sərt xəbərdarlıq edilib. O valideynləri bu işdə diqqətli olmağa çağırıb.

“Azərbaycanda hər bir valideyn bilir ki, uşağının biliyi varsa, ali məktəbə qəbul olacaq. Bir neçə gün əvvəl isə mən küçələrdə ingilis, rus dillərində Rusiya, Türkiyə, Ukrayna universitetlərində təhsil almaqla bağlı reklam xarakterli yazılar görmüşəm. Belə reklamlar imtahan keçirilən binaların qarşısında da paylanılır. Mən bununla bağlı müvafiq dövlət qurumlarına müraciət edəcəyəm. İnsanlar belə dələduzların əməllərinə uymamalıdır. Valideynlərlə maarifləndirmə işləri aparmaq lazımdır ki, buna getməsinlər. Bunun nəticəsi olmayacaq”.

Təbiidir ki, son zamanlar Azərbaycanda xaricdə təhsillə bağlı müxtəlif qurumlar vardır. Hər biri bir çox universitetlərə qəbul aparır. Amma həm valideynlər, həm də şagirdlər-tələbələr xarici universitetə qəbul olarkən diqqətli olmaları lazımdır. Belə ki, onlara gələnə qəbul haqqında kağızın rəsmi olub olmamağın yoxlamalı, orijinallığına fiokir verməli və digər məsələləri nəzərdən keçirməlidir. Bütün bunlar həm valideynlıərin çəkdiyi əziyyəti boşa çıxarmaz,həm də qanuni xaricdə təhsillə məşğul olan qurumların işinə xələl gətirməz.Son zamanlar bir sıra şirkətlər vardır ki, Sovet ittifaqı ölkələrimnə qəbul aparırlar və orada 1 il təhsil aldıqdan sonra azərbaycanın müxtəlif özəl ali məktəblərinə transfer edirlər. Bu kimi vədlərlə valideynləri aldadaraq yalandan söz verirlər. Elə TQDK sədri M.Abbaszadə də əminliklə qeyd edib ki, qanunsuz yolla xarici universitetlərə qəbul olunan tələbələr Azərbaycan universitetlərinə transfer oluna bilməyəcəklər.

Bu kimi şirkətlər bir sıra digər xaricdəki özəl ali məktəblərlə partniyorluq edərək abitruyentləri ora qanunsuz qəbul elətdirir və sonradan valideynlərin bu kimi işlərdən xəbəri olduqda gec olur.

Biz də CELT Colleges Xaricdə Təhsil mərkəzi olaraq bildirmək istəyirik ki, bu kimi hallar biz tərəfimizdən də qətiyyətlə  pislənilir. Bizim mərkəzdə qeyd olunan ölkələrə qəbul aparılmır. Türkiyə istisna olmaqla. Biz yalnız Avropa,Amerika kimi bölgələrdə yerləşən universitetlərə qəbul apararaq onların orada təhsil alması üçün şərait yaradırıq. Tələbələrin xaricdə rahat şəkildə təhsil alması üçün maksimum dərəcədə çalışırıq. Bizim vasitəmizlə xaricdə 100 çox tələbə vardır. Bir tələbəmiz də artıq məzun olub Azərbaycana qayıdıb. Bütün bunlar bizim işlərimizin keyfiyyətli olmasının göstərir. İşimizin keyfiyyətli olması üçün maksimum dərəcədə çalışırıq.

CELT Bakı Soveti (Baş Ofis)
Məmməd Əfəndiyev küç. 6
İçəri şəhər metrosu ( Axundov Bağı)
Tel: 012 492 68 53

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next