xaricde tqdk ile nece tehsil almaq olar

TQDK balı ilə birbaşa xaricdə necə təhsil almaq olar?

Hər bir gənc xaricdə təhsil alıb təcrübə qazamaq üçün imkanlar axtarır, amma hamımız çox qəribə bir prosesdən keçirik Öncə hamımız var gücümüzlə tamamən test metodu olan TQDK proqramına hazırlaşırıq.

Sonra düşünürük ki, burdakı təhsil bizi məmnun etmir və başqa ölkələrdə xaricdə təhsil imkanlarını axtarırıq. Düşünün burda ikinci kursdan yenə gedib xaricdə təhsil almaq istəyirik və illərimiz gedir. Bu proses bütün tələbələr üçün böyük əziyyət olur və çoxumuz istəyimizə nail ola bilmirik. Həm universitet dərsləri, həm də xaricə hazırlaşmaq çox ağır yük olur.

 

İndi isə tələbələr TQDK balı çıxan kimi və çıxmadan öncə TQDK balı ilə necə başqa ölkələrdə təhsil almaq imkanlarını axtarır və ya heç TQDK balından məmnun qalmayanlar ümidlərinini xaricdəki universitetlərə bağlayırlar. Qısa zamanda valideynlərin və tələbələrin çarəsizliyini görüb ortaya atılan “Huliqan Şirkətlər” çox gəncin həyatını məhv edir və bir çox valideynin pullarını əllərindən alıb aradan “çıxırlar”.

 


TQDK balı ilə xaricdə necə təhsil ala bilərik?

Əslində TQDK balı xaricdə təhsil almaq üçün sizə lazım deyil. Yəni bu bal sizə heç bir universietə qəbul olmaq üçün kömək etmir. Doğrusu, attestatınız varsa  TQDK balınız olsa da olmasa da ,xaricdə təhsil ala bilərsiniz, amma təbii hər ölkənin dil tələbləri də var.

TQDK balı ilə və ya attesttatla Türkiyədə təhsil almaq necə mümkündür?

Burda çox qarışıq məlumat var, amma əsl reallıq belədir. Türk Təhsil Qanununa görə universitetə qəbul olmaq istəyən hər bir xarici vətəndaş giriş imtahanı verməlidir. Giriş imtahanı YÖS, SAT I, SAT II və ya TQDK ola bilər və bu əsasən dövlət universitetləri üçün keçərlidir. YÖS və SAT I demək olar ki, bütün universitetlərdə keçərlidir, amma bəzi dövlət uniləri SAT I istəməyə bilər. Məsələn, İstanbul universiteti, Dokuz Eylül universiteti, Ege universiteti SAT qəbul etmir. YÖS tələb edirlər. Bəzi universitetlər də var ki, YÖS qəbul etmir, SAT I ilə qəbul edirlər. Bura əsasən reytinqli universitetlər daxildir. Hacettepe, ODTÜ, Gazi, Mimar Sinan,İstanbul teknik və s. universitetlər. Universiteti seçmədən öncə bizim İçəri Şəhər ofisi ilə əlaqə saxlaya bilərsiniz. TQDK gəldikdə qanunən bu keçərli olsa da demək olar ki çox İstanbul, İzmir və Ankara universitetləri TQDK balını praktikada qəbul etmirlər. TQDK qəbul edən universitetlər bunlardır: ODTÜ, Yıldırım Beyazit, On dokuz mayıs.  Ona görə də YÖS və SAT I tələbələrinin şansı çox olur və qəbul üçün bu imtahanlardan birinə hazırlaşsanız məsləhətdir.

O zaman nə etməli?

Dövlət bakalavr təhsili üçün Türkçə oxuyacaqsınızsa YÖS və TÖMER, İngilis dilində oxuyacaqsınızsa, SAT I və TOEFL lazımdır. TOEFL yoxdursa hazırlıq keçəcəksiniz. Tibb üçün özəlliklə yüksək SAT I lazımdır. 1410 və yuxarı.

Türkiyənin Özəl universitetləri necə qəbul edir tələbələri?

heç bir imthahan olmadan xaricde tehsil almaqÖzəl Universitetlərin SAT I və ya YÖS kimi imtahanları tələb etməkdə sərbəstdirlər yəni edə və etməyə bilərlər. Köç və Sabancı (Sabancı üçün istisna hallı var. Bunun üçün Fərid m əlaqə saxlaın. 050 503 5939) SAT I  tələb edir özəl olsalar da. Amma qalan universitetlər üçün TQDK, YÖS və ya SAT I olmasının bir fərqi yoxdur. Attestatınız olsun yaxşı qiymətlərlə, proqram dilinə görə sertifikatınız olsun (TOEFL əgər ingilis dilindədirsə. Türkiyə IELTS qəbul etmir, Türkcə üçün TÖMER) Dil sertifikatınız yoxdursa hazırlıq keçə bilərsiniz.

Başqa hansı ölkələr TQDK balı və ya birbaşa qəbul edir?

Başqa demək olar ki dünyanın heç bir yerində TQDK qəbul olunmur və ya olması bir şey ifadə etmir. Xaricdə təhsil üçün ABŞ xaric bütün ölkələr üçün iki əsas kriteriya vardır.

  1. Attesat diplomunuz və mümkünsə yaxşı və yüksək qiymətlə
  2. Həmin ölkədə oxuyacağınız proqramının dili ilə bağlı sertifikat. Bura İngilis dili üçün əsasən IELTS və ya TOEFL. Başqa dillər üçün öz rəsmi sertifikatları.

ABŞ isə Türkiyə kimi SAT I və bəzən SAT II qəbul və tələb edir. Məsələn Columbia və ya Hardvard, Yale kimi universitetlərdə, yüksək SAT I və SAT II, TOEFL və əlavə bacarıqlar lazımdır. Amma yenə ABŞ-ın çoxlu yaxşı universiteti var ki attestat və TOEFL ilə qəbul edəcək. Amma burda SAT I balınız olsa daha çox təqaüd almaq imkanınız olacaq. Məsələn SAT I olan normalda 20 min dollar təhsil haqqıdırsa 10 min dollar və ya 20 min dollar təqaüd ala bilər. Yəni imkan və vaxtınız varsa SAT I və SAT II almağı kənara qoymayın. Sizə hər yerdə üstünlük verəcəkdir.

O zaman xaricə getmək üçün TQDK hazırlaşmaq lazım deyil?

təqaüdlə xaricde tehsil almaq ucun tqdk lazımdırXeyir, hazırlaşmaq lazım deyil: Əgər 100% faiz oxumaq istəyirsinizsə qərarınız qətidirsə, xaricdə oxumaq üçün maliyyə vəsaitiniz varsa, sadəcə attestat alın. TQDK əziyyətini çəkməyin. IELTS və ya TOEFL hazırlaşın. vaxtınız qalsa SAT 1 və II imtahnını keçin. Bunlar sizi dünyanın hər yerinə götürəcək. Və düşünün SAT I balınız var, TOEFL və ya IELTS balı var və çox fövqəladə bir şey oldu xaricə getməli olmadınız. O zaman TQDK olmadan Azərbaycanın bir neçə universitetində (ADA, Xəzər) rahat təhsil ala bilərsiniz. Yəni bütün zəhmətiniz bu yönə vermək sizi heç bir halda geriyə atmır. Sadəcə zamanınızı doğru planlayın.

Bəli, hazırlaşmaq lazımdır:  Əgər xaricdə oxumaq sizin üçün sadəcə 100% təqaüdlə mümkündürsə, hazırlaşmağa imkanınız yetməyəcəksə, ADA və ya Xəzər kimi universitetlərdə təhsil haqqını imkanında deyilsinizsə, TQDK sizin üçün vacibdir və bu yolda hazırlaşmalısınız. Gələcəyinizi riskə atmayın.

Ümid edirəm gənclərimizə lazım olan məlumatı verdim. Xahiş edirəm əgər sualınız varsa, aşağıda şərhlərinizi yazın. Cavablandıracağıq. Və ya bizim Xaricdə Təhsil Mütəxəsislərinə zəng edə bilərsiniz.


Türkiyə üçün: Fərid müəllim: 050 503 5939

Hollandiya, Macarıstan, İngiltərə, ABŞ:  Anar müəllim: 012 492 68 53

Hollandiya, İngiltərə, ABŞ, Almaniya, Avstriya: Həmidə xanım: 012 441 3665

Hollandiya, İngiltərə, ABŞ, İtaliy: Baba müəllim: 012 566 48 23

172 thoughts on “TQDK balı ilə birbaşa xaricdə necə təhsil almaq olar?”

  1. Salam. Boğaziçi Universitesinde Matematik Ögretmenliyi bölmünü oxumaq isteyirem. Tehsil İngilizce amma. Bunun üçün dim imtahani keçerlidir? Keçerlidirse minm ne qeder bal lazimdi? Tehsil ücretsiz olsun isteyirem.)

  2. Salam. 11 ci sinifəm, DİM balı ilə türkiyədə hüquq oxuya bilərəm mi? Əgər oxuya bilərəmsə nə qədər bal toplamalıyam ki qəbul olum?və təhsil haqqı neçəyə başa gələr?

  3. Salam,mən bir söz soruşmaq istəyirdim.
    Hal-hazırda 11-ci sinifəm və istəyirəm ki,dim balı ilə Türkiyə universitetlərindən birinə daxil olum.
    Hüquq fakültəsini hansı universitetlər ,dim balını qəbul edir?Və ya tarix müəllimliyi?
    Ümumiyyətlə,dim balı yığdıqdan sonra ora qəbul etmək üçün nə etmək lazımdır?

  4. Slam men kompuyuter elmleri veya kompuyuter muhendisliyi oxumaq isteyirem turkiyede. Bu ixtisaslar ucun ne qeder DIM bali lazimdir?. Bu il 11 ci sinif olacam. Ve dim bali ile turkiye burslarini qazanmaq sansim ne qederdir? Sualimi cavablandirsaniz cox sevinerem

  5. Salam. ODTÜ universitetinə yerləşmək üçün nə etməliyik? 2022-ci il DİM qəbul imtahanında 675 bal toplamışam. Həmin universitetə yerləşə bilmək üçün nə etmək lazımdır? Zəhmət olmasa, məlumatlandıra bilərsinizmi?

    1. Salam. Bu il üçün universitetin müraciət vaxtına baxmaq lazımdır. Keçməyibsə bəli. Keçibsə növbəti il üçün müraciət etmək lazımdır. Tədris hansı dildə olsa o dildən imtahan vermək lazımdır

  6. salam TQDK imtahanı ilə imtahan verdikdə bal yüksək olsa belə tədris ödənişli olur?Arxeologiya Fakultəsi üçün neçə bal toplamaq lazımdır Azərbaycanda və Türkiyədə?Ümumiyyətlə bir neçə yerdə araşdırmışam lakin qarşıma arxeologiya ilə bağlı ətraflı məlumat verilməyib

  7. Salam Elgün müəllim bağışlayın narahat edirəm.535 TQDK balı,Bütün qiymətləri 5 olan Atestatt və C1 səviyyə Tömer sertifikatı ilə Yıldırım beyazıt və Eskişehir Osmangazi universitetlərində oxumaq olar?Rəsmi saytlarında 400/500 bal yazılıb

  8. Salam,mən 11-ci sinife keçirem.Türkiyede komputer mühendisliyini DİM balı ilə oxumaq isteyirem.SAT,TOEFL falan tehsili olmadan oxuya bilərəmmi?Türkiye dövlet universitetinde bu ixtisas üzre tehsil almaq üçün minimum nə qədər bal yiğmalıyam?Zəhmət olmasa məlumat vererdiniz.

    1. Salam. oxuya bilərsiniz. DIM 600+ yığmaq lazımdır ama hər istədiyinizə qəbul olacağınız anlamına da gəlmir. OTDÜ kimi unilər çətin ki DIM ilə qəbul etsin. Yəni müraciət edirsiniz sadəcə nəticə olmur ama illa ki qəbul edən unilər olacaq. və Türk dilindən imtahan lazım olacaq. TÖMƏR

      1. Salam.Mən 11ci sinifdə oxuyuram.TQDK neçə bal ilə Türkiyədə oqtisadiyyat fakultəsi üzrə təhsil ala bilərəm?Zəhmət olmasa cavablandırarsız

  9. bir sualım daha olacaqdı. hacettepeye dim lə qəbul necə həyata keçirilir? 11cə sinifə keçəcəm. Lakin bu il qəbul imtahanı iyulun sonlarına yaxın keçirilib. hacettepenin başvuru deadline nı isə iyulun başlanğıcına kimi idi.

    1. Öncədən müraciət olur. DİM çıxandan sonra verirsiniz. Ama tibb dim ilə çox çətin. SAT daha çox keçərli olur. başqa sahələr yaxşı DİM balı ilə problem olmaz

  10. salam, Hacettepe 600+ dim bali qəbul edir. orada tibb oxumaq üçün dim balının hansı qrup üzrə olduğu fərq edirmi? yoxsa yalnız 4-cü qrup dim balı keçərlidir?

  11. Salam. Mən 11dən çıxıb Türkiyədə təhsil almaq istəyirəm. Amma indiyəcən TQDK(DİM)imtahanlarına hazırlaşıram.Bəs mən 11ci sinifdə yüksək bal toplasam həmin balla Türkiyə universitetinə girə bilərəm?Yös Sat imtahanları vermədən

  12. Salam. İstanbulda:
    1)Ödənişsiz tibb üzrə oxumaq üçün dim üzrə minimum neçə bal yığmalıyam?
    2)Ödənişli tibb üzrə oxumaq üçün təhsil haqqı nə qədərdən başlayır və ödənişli təhsillə ödənişsizin balları arasında fərq olurmu?
    Zəhmət olmasa.

    1. Salam. Ödənişsiz üçün Turkiye burslarından keçmək lazımdır. Bunun üçün yaxşı SAT balı, TOEFL lazımdır. Ödənişli 10 min manatdan başlayır dövlətlər və qəbul eyni şeylər lazımdır.

      1. Ödənişsiz ancaq Turkiye bursları ilə mümkündür. Onun üçün təcili şəkildə SAT və TOEFL sertifikatımız olmalı yüksək bal. Və sonra müsahibə olur.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next