xaricde tqdk ile nece tehsil almaq olar

TQDK balı ilə birbaşa xaricdə necə təhsil almaq olar?

Hər bir gənc xaricdə təhsil alıb təcrübə qazamaq üçün imkanlar axtarır, amma hamımız çox qəribə bir prosesdən keçirik Öncə hamımız var gücümüzlə tamamən test metodu olan TQDK proqramına hazırlaşırıq.

Sonra düşünürük ki, burdakı təhsil bizi məmnun etmir və başqa ölkələrdə xaricdə təhsil imkanlarını axtarırıq. Düşünün burda ikinci kursdan yenə gedib xaricdə təhsil almaq istəyirik və illərimiz gedir. Bu proses bütün tələbələr üçün böyük əziyyət olur və çoxumuz istəyimizə nail ola bilmirik. Həm universitet dərsləri, həm də xaricə hazırlaşmaq çox ağır yük olur.

 

İndi isə tələbələr TQDK balı çıxan kimi və çıxmadan öncə TQDK balı ilə necə başqa ölkələrdə təhsil almaq imkanlarını axtarır və ya heç TQDK balından məmnun qalmayanlar ümidlərinini xaricdəki universitetlərə bağlayırlar. Qısa zamanda valideynlərin və tələbələrin çarəsizliyini görüb ortaya atılan “Huliqan Şirkətlər” çox gəncin həyatını məhv edir və bir çox valideynin pullarını əllərindən alıb aradan “çıxırlar”.

 


TQDK balı ilə xaricdə necə təhsil ala bilərik?

Əslində TQDK balı xaricdə təhsil almaq üçün sizə lazım deyil. Yəni bu bal sizə heç bir universietə qəbul olmaq üçün kömək etmir. Doğrusu, attestatınız varsa  TQDK balınız olsa da olmasa da ,xaricdə təhsil ala bilərsiniz, amma təbii hər ölkənin dil tələbləri də var.

TQDK balı ilə və ya attesttatla Türkiyədə təhsil almaq necə mümkündür?

Burda çox qarışıq məlumat var, amma əsl reallıq belədir. Türk Təhsil Qanununa görə universitetə qəbul olmaq istəyən hər bir xarici vətəndaş giriş imtahanı verməlidir. Giriş imtahanı YÖS, SAT I, SAT II və ya TQDK ola bilər və bu əsasən dövlət universitetləri üçün keçərlidir. YÖS və SAT I demək olar ki, bütün universitetlərdə keçərlidir, amma bəzi dövlət uniləri SAT I istəməyə bilər. Məsələn, İstanbul universiteti, Dokuz Eylül universiteti, Ege universiteti SAT qəbul etmir. YÖS tələb edirlər. Bəzi universitetlər də var ki, YÖS qəbul etmir, SAT I ilə qəbul edirlər. Bura əsasən reytinqli universitetlər daxildir. Hacettepe, ODTÜ, Gazi, Mimar Sinan,İstanbul teknik və s. universitetlər. Universiteti seçmədən öncə bizim İçəri Şəhər ofisi ilə əlaqə saxlaya bilərsiniz. TQDK gəldikdə qanunən bu keçərli olsa da demək olar ki çox İstanbul, İzmir və Ankara universitetləri TQDK balını praktikada qəbul etmirlər. TQDK qəbul edən universitetlər bunlardır: ODTÜ, Yıldırım Beyazit, On dokuz mayıs.  Ona görə də YÖS və SAT I tələbələrinin şansı çox olur və qəbul üçün bu imtahanlardan birinə hazırlaşsanız məsləhətdir.

O zaman nə etməli?

Dövlət bakalavr təhsili üçün Türkçə oxuyacaqsınızsa YÖS və TÖMER, İngilis dilində oxuyacaqsınızsa, SAT I və TOEFL lazımdır. TOEFL yoxdursa hazırlıq keçəcəksiniz. Tibb üçün özəlliklə yüksək SAT I lazımdır. 1410 və yuxarı.

Türkiyənin Özəl universitetləri necə qəbul edir tələbələri?

heç bir imthahan olmadan xaricde tehsil almaqÖzəl Universitetlərin SAT I və ya YÖS kimi imtahanları tələb etməkdə sərbəstdirlər yəni edə və etməyə bilərlər. Köç və Sabancı (Sabancı üçün istisna hallı var. Bunun üçün Fərid m əlaqə saxlaın. 050 503 5939) SAT I  tələb edir özəl olsalar da. Amma qalan universitetlər üçün TQDK, YÖS və ya SAT I olmasının bir fərqi yoxdur. Attestatınız olsun yaxşı qiymətlərlə, proqram dilinə görə sertifikatınız olsun (TOEFL əgər ingilis dilindədirsə. Türkiyə IELTS qəbul etmir, Türkcə üçün TÖMER) Dil sertifikatınız yoxdursa hazırlıq keçə bilərsiniz.

Başqa hansı ölkələr TQDK balı və ya birbaşa qəbul edir?

Başqa demək olar ki dünyanın heç bir yerində TQDK qəbul olunmur və ya olması bir şey ifadə etmir. Xaricdə təhsil üçün ABŞ xaric bütün ölkələr üçün iki əsas kriteriya vardır.

  1. Attesat diplomunuz və mümkünsə yaxşı və yüksək qiymətlə
  2. Həmin ölkədə oxuyacağınız proqramının dili ilə bağlı sertifikat. Bura İngilis dili üçün əsasən IELTS və ya TOEFL. Başqa dillər üçün öz rəsmi sertifikatları.

ABŞ isə Türkiyə kimi SAT I və bəzən SAT II qəbul və tələb edir. Məsələn Columbia və ya Hardvard, Yale kimi universitetlərdə, yüksək SAT I və SAT II, TOEFL və əlavə bacarıqlar lazımdır. Amma yenə ABŞ-ın çoxlu yaxşı universiteti var ki attestat və TOEFL ilə qəbul edəcək. Amma burda SAT I balınız olsa daha çox təqaüd almaq imkanınız olacaq. Məsələn SAT I olan normalda 20 min dollar təhsil haqqıdırsa 10 min dollar və ya 20 min dollar təqaüd ala bilər. Yəni imkan və vaxtınız varsa SAT I və SAT II almağı kənara qoymayın. Sizə hər yerdə üstünlük verəcəkdir.

O zaman xaricə getmək üçün TQDK hazırlaşmaq lazım deyil?

təqaüdlə xaricde tehsil almaq ucun tqdk lazımdırXeyir, hazırlaşmaq lazım deyil: Əgər 100% faiz oxumaq istəyirsinizsə qərarınız qətidirsə, xaricdə oxumaq üçün maliyyə vəsaitiniz varsa, sadəcə attestat alın. TQDK əziyyətini çəkməyin. IELTS və ya TOEFL hazırlaşın. vaxtınız qalsa SAT 1 və II imtahnını keçin. Bunlar sizi dünyanın hər yerinə götürəcək. Və düşünün SAT I balınız var, TOEFL və ya IELTS balı var və çox fövqəladə bir şey oldu xaricə getməli olmadınız. O zaman TQDK olmadan Azərbaycanın bir neçə universitetində (ADA, Xəzər) rahat təhsil ala bilərsiniz. Yəni bütün zəhmətiniz bu yönə vermək sizi heç bir halda geriyə atmır. Sadəcə zamanınızı doğru planlayın.

Bəli, hazırlaşmaq lazımdır:  Əgər xaricdə oxumaq sizin üçün sadəcə 100% təqaüdlə mümkündürsə, hazırlaşmağa imkanınız yetməyəcəksə, ADA və ya Xəzər kimi universitetlərdə təhsil haqqını imkanında deyilsinizsə, TQDK sizin üçün vacibdir və bu yolda hazırlaşmalısınız. Gələcəyinizi riskə atmayın.

Ümid edirəm gənclərimizə lazım olan məlumatı verdim. Xahiş edirəm əgər sualınız varsa, aşağıda şərhlərinizi yazın. Cavablandıracağıq. Və ya bizim Xaricdə Təhsil Mütəxəsislərinə zəng edə bilərsiniz.


Türkiyə üçün: Fərid müəllim: 050 503 5939

Hollandiya, Macarıstan, İngiltərə, ABŞ:  Anar müəllim: 012 492 68 53

Hollandiya, İngiltərə, ABŞ, Almaniya, Avstriya: Həmidə xanım: 012 441 3665

Hollandiya, İngiltərə, ABŞ, İtaliy: Baba müəllim: 012 566 48 23

172 thoughts on “TQDK balı ilə birbaşa xaricdə necə təhsil almaq olar?”

  1. Salam .Mən hazırda Ici qurupa hazirlaşiram. London və New York da tehsil almaq üçun ne etmeliyem . Üniversitetler və maddi imkan haqqında biraz mlumat verə bilərsiniz

    1. Salam. Xaric üçün hansı qrupa hazırlaşmanız önəmli deyil. Onlar üçün ATTESTAT və IELTS və ya TOEFL balı lazımdır. ABŞ da bütün unilər ödənişlidir ən az 15 min dollardan başlayır illik və bu sadəcə təhsil haqqıdır. 12-14 min dollarda yayyışı düşünün. Ucuz ölkələr şərqi avropa macarıstan polşa, Türkiyə, Almaniya, norveç və sair.

  2. Salam dim balımla (əgər yüksək nəticədədirsə) Marmara və Mimar sinan güzel sanatlar Universitetlərində təqaüdlə təhsil alabilərəm ?

    1. Salam. TQDK ilə net bir təqaü yoxdur. Türkiyə bursları var onun üçün müsahibədən keçmək lazımdır. TQDK sadəcə qəbul üçün rol oynayor. İncəsənət uniləri üstəlik qabliyyət imtahanı istəyirlər.

  3. Salam. Bəli mümkündür. IELTS 6.5 (Türkiyədirsə TOEFL 80 olamlı) və Attestat. Attestatın nəsi yoxdur. Normal orta məktəbi bitirdiyinizdə standard Azərbaycan TN verdiyi attestatı alırsınız. hamısında eynidir.

  4. Məhəmməd Əkbərov

    Salam. Sualım budur ki bir başa Azərbaycandan imtahan verib xaricdə hər hansı bir pulsuz universitetə qəbul olmaq mümkündürmü? Yəni ki ielts,sat 1 və 2 və ya yös və.s imtahanlar ilə hər hansı bir pulsuz universitetə qəbul olmaq olar?

    1. TQDK balını sadəc Türkiyədə universitetlər tanıyır. Onların da hamısı deyil. Qalan ölkələrdə TQDK bir önəmi yoxdur. Atestat və IELTS balınız önəmlidir.

  5. Salam Men hal hazırda imtahan vermemisem Bilirsiz virusla elaqedar imtahanlar gecikdirilib Men sorusacaqdim ki men tqdk bali ile 600den yuxari bal toplasam Hacettepe üniversitesinde odenizssiz tehsil ala bileremmi ? Eğer mumkunduse men bunun ucun ne etmeliyem Ve birde zehmet olmasa teqaudun ne qeder olduğu baredede melumat vere bilersiz?

    1. TQDK balı tibb sahəsi üçün heç uyğun deyil. SAT YÖS olanlar daha önə çıxır və TQDK balı nəqədər olsa qəbul olma ehtimalınız azdır. Ümumiyyətlə Hacettepe çox rəqabətlidir və nə qədər balınız olsa tək onun ümidinə qalmaq yalnış seçimdir. Ama qəbul olan tələbələrimiz var. Biz heç kimə 100% hacettepe olacaq deyə qarantiya vermirik. Anacaq yalan insanlar elə söz verər. türkiyə dövlət unilər xaricilər üçün qvota qoyur tibb sahəsinə ona görə bəzən hər şey super olsa da qəbul olmaq olmur.

  6. Salam. Ege universitetine tqdk bal le qebul ola bileremmi? olursa ne qeder bal yigmaliyam. ve ya tekce attestatnan qebul mumkundurmu? zehmet olmasa melumat vererdzde

  7. Salam.Mən 8ci sinifdə oxuyuram və gələcəkdə birbaşa Cənubi Koreyada hüquq oxumaq istəyirəm.Bunun üçün hansı imatahanlardan keçməliyəm?Nələr etməliyəm?

  8. Salam. Mən tqdk(dim)dən 600+ və ya 650+ bal toplasam. Türkiyədə təqaüdlə təhsil ala bilərəm? Hansı üniversitetlərə qəbul ola bilərəm? Məsələn ingilis dili müəllimliyi üçün nələr lazımdı tqdk ball ilə təqaüdlü təhsil üçün. Zəhmət olmasa ətraflı məlumat verin:)

    1. Salam,

      Təqaüdlü yalnız Türkiyə bursları vasitəsilə ola bilər. O da bu il üçün müraciət bitib. Amma universitetlərin özünə direkt başvuru etmək olar, illik təhsil haqqı 500-1000 man arası olur. Ətraflı 055 503 59 39 nömrəsilə əlaqə saxlaya bilərsiz

  9. Salam menim oglum rus bolmesinde oxuyur.Tgdk hazirlasir ,amma azer.dili imtahani dan gorxurug,dili bilmediyi ucun.Atestatta butun giymetler 5 olur ise ve burda gebul ola bilmez ise,Turkiyede oxumag isteyir.Sualim ise bundan ibaretdir,atestatla gebul mumkunmu ingilizce tehsil almag ucun?,cunku turk dilinde oxuya bilmez.?Ve hansi dovlet ve geyri dovlet universitetlerde oxuya biler.Tehsil giymetleri onemli degil,sadece universitetlerin adlari .Tesekkur edire.

    1. Salam. Atestatla özəl universitetlərdə ingilis dilində oxuya bilər. Ya dilə hazırlaşmalı ofislərimizdə ya da burda bir il hazırlıq keçməli. Təxmini qiymətlər 5 min dollardan başlayır.

  10. Salam. Mən Azərbaycanda Dəyanət liseyində oxuyuram. Yalnız TQDK balı ilə hansı universitetlərdə oxuya bilərəm. Və Tömer imtahanını necə verə bilərəm.

    1. Salam,

      TQDK ilə bir çox universitetə verə bilərsiz. Hacettepe, ODTÜ, ANkara, Yıldırım Beyazit, Marmara, İstanbul, Sabancı və s. TÖMER həm unviversitetdə, həm də May ayında olan imtahana girə bilərsiz Bakıda

  11. salam xahiş edirəm DIM balı ilə tibb ixtisaslarına qəbul edən Türkiyə dövlət universitetlırinin adıarın yazın xüsusilə reytinqli universitetlırinin siyahısın

  12. Sadece TQDK balı və yaxşı atestat balım olsa TQDK 650+ Atestat hamısı 5 Türkiyə ODTÜ bilgisayar mühendisliği fakültesi gire bilerem ve illiyi neçəyə olacaq ? Bi de Koç Bilkent ya da Boğaziçi TQDK ilə goturur

    1. Salam. TQDK dan 600 dən yuxarı bal yığsam Türkiyə hansı ən yaxşı işlətmə yerlərinə düşə bilərəm? Birde TQDK ilə Özyeğin üniversitedine qəbul olmaq mümkündür?

      1. Salam. Bəli. Özyegin bizimlə yaxın əməkdaşdır. Fərid m (turkiye@celt.az) yazaraq qəbul prosesini başlada bilərsiniz.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next