Qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub. İmtahanlar hansı şəhər və rayonlarda keçiriləcəkdir?

13 və 14 avqust 2020-ci il tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə qrafikdə tanış ola bilərsiniz

İmtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək. İmtahanlarda kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə hər ixtisas qrupu üzrə imtahan aşağıdakı qrafikə uyğun 2 gün ərzində keçiriləcək.

Cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun imtahan mərkəzində imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun imtahan mərkəzində imtahan verirlər.

CELT Beynəlxalq Məktəbinə QƏBUL DAVAM EDİR! Harvard Universitetinə İMTAHANSIZ qəbul olmaq şansını qaçırma. Elə indi bizə yaz və ətraflı məlumat əldə et!

13-14 avqust 2020-ci il tarixlərində:

  • cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları;
  • I və IV ixtisas qrupları üzrə:
  • ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;
  • qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) imtahanları keçiriləcək.

I və IV ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin blok imtahanları (həmçinin II və III ixtisas qrupu üzrə sənəd verənlərin əlavə  xarici dil imtahanları ) tarixləri haqqında növbəti həftə məlumat veriləcək.

Tarix/İmtahan*13.08.2020 İmtahan mərkəzləri (cəlb olunan rayonlar)14.08.2020 İmtahan mərkəzləri (cəlb olunan rayonlar)
  Cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları  Nəsimi Səbail Nizami Yasamal Xətai Xəzər Sumqayıt (Sumqayıt, Xızı)  Binəqədi Pirallahı Suraxanı Nərimanov Sabunçu Qaradağ Abşeron Mingəçevir (Mingəçevir, Yevlax, Ağdaş)
 Gəncə (Gəncə, Daşkəsən, Göygöl, Samux, Goranboy, Naftalan) Qazax-Ağstafa (Qazax, Ağstafa, Tovuz) Bərdə (Bərdə, Beyləqan, Tərtər, Xocavənd) Göyçay (Göyçay, İsmayıllı, Ucar) Lənkəran (Lənkəran, Astara, Lerik) Salyan (Salyan, Neftçala, Biləsuvar (Mehdili istisna)) Sabirabad (Sabirabad, Mehdili kəndi, İmişli, Füzuli) Şəki (Şəki, Oğuz, Qəbələ) Xaçmaz (Xaçmaz, Şabran, Siyəzən)Şəmkir (Şəmkir, Gədəbəy) Ağcabədi (Ağcabədi, Ağdam) Kürdəmir (Kürdəmir, Zərdab, Ağsu) Masallı (Masallı, Yardımlı) Cəlilabad (Cəlilabad) Şirvan (Şirvan, Hacıqabul, Saatlı) Zaqatala (Balakən, Zaqatala, Qax) Quba (Quba, Qusar) Şamaxı (Şamaxı, Qobustan) Naxçıvan
I və IV ixtisas qrupları üzrə:   ali və ya orta ixtisas təhsili müəssisələrinin      müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;   qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili). Xarici dilini və ya bölməsini dəyişən abituriyentlər bu imtahanlarını avqustun 14-də Bakı, Gəncə və ya Naxçıvan şəhərlərində verirlər. Abituriyentlər imtahandan bir neçə gün əvvəl çap edəcəkləri imtahana buraxılış vərəqəsində imtahan yeri ilə tanış olmalıdırlar

Qeydlər:

  • Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi rayona müvafiq imtahan mərkəzində imtahan verirlər.
  • Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin

imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə  onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next