Müəllimlər və özünü inkişaf etdirmək istəyən hər kəs üçün faydalı internet platformalar!

Müəllimlər dərsi izah edərkən çox zaman mövzuları daha  maraqlı və yararlı etmək  üçün bir çox internet saytı və tətbiqlərdən faydalanırlar:

Sizə müəllim və şagirdlərin eləcə də özünü inkişaf etdirmək istəyən hər kəsin işinə yaraya biləcək internet saytlarını təqdim edir:

1.Gənclər: Scholastic Kids

Bu saytda şagirdlər(tələbələr) kitab təhlili və rəyləri yaza, təkliflər oxuya, izlədikləri materiallarla  əlaqəli oyunlar yarada və  müəllifləri tanıdan videolar  izləyə bilərlər.

2.Kitablar: Book Wizard

Book Wizardda müəllimlər uşaqlara dərs izah edərkən istifadə edə biləcəkləri lazımi kitabları tapa və şagirdlərinin səviyyəsinə uyğun kitablardan istifadə edə bilərlər.

3.Yaradıcı layihələr : Crayola For Educators

Bu saytda, sinifdə tətbiq edə biləcəyiniz hər yaşa və səviyyəyə görə bir-birindən əyləncəli və rəngli fəaliyyətlər tapa bilərsiniz.

4.Günə yaxşı bir başlanğıc: Daily Starters

Gün başlayarkən yeni, əyləncəli məlumatlar üçün bu sayta baxa bilərsiniz.Həm əyləncəli məlumatlarla sizə ilham verir, həm də saytda verilən bəzi fikirləri sinifinizdə tətbiq edə bilərsiniz.

5.Məqalə: Education Northwest

Bu saytda həyata keçirdiyiniz təlim proqramı üçün materiallar, dərs planları və yazı təklifləri tapa bilərsiniz. Şagirdlərinizi qiymətləndirmək üçün xüsusi  nümunələri  də tapa bilərsiniz.

6.Lüğət: Wordsmyth

Bu saytda həm müəllimlər, həm də tələbələr (şagirdlər) internetə qoşulmadan xarici dildə bilmədikləri sözləri axtara, ana dilimizdə qarşılığını tapa  bilərlər.

7.Riyaziyyat oyunları: National Library of Virtual Manipulatives

Burada hər yaş və səviyyəyə uyğun  məzmun tapa bilərsiniz. Bir çox mövzuda hər hansı bir riyaziyyat teoremi haqqında oyunları kəşf edə və şagirdlərinizə oynamaq mümkündür.

8.Coğrafiya: Google Earth

Google Earth ilə sinifdəki tələbələrinizə coğrafi yerləri göstərə bilərsiniz. Saxara səhrasına gedə və oradan da Eyfel qülləsinə baş çəkə bilərsiniz.

9.Tarix: EDSITEment

Bu linki ziyarət edərək izah edəcəyiniz mövzu ilə bağlı bir çox mənbələr, video və fotolar tapa bilərsiniz.

10.Elm: National Science Teachers Association

Geologiya və astronomiya müəllimləri üçün çox sayda məqalə və düşüncənin yer aldığı bu sayt müəllimlərə mövzuları izah edərkən bir çox fərqli istiqamətdən faydalı materiallar təqdim edir.

11.Cari hadisələr : Scholastic News

Mövcud hadisələri tələbələrə(şagirdlərə) çatdırmaq üçün istifadə edə biləcəyiniz bu saytda, günümüzdə  baş verən bir çox mühüm hadisə ilə bağlı video, foto və xəbər başlıqları yer alır.

12.Orta məktəb: Underlined

Bu saytda gənc yazarlar üçün müzakirə və tədqiqat mühiti mövcuddur və gənc yazarlara əsərlərini bölüşmək imkanı verilir.

13.Virtual səyahət: Smithsonian Education

Bu saytda, tələbələrinizə(şagirdlərinizə) izah etdiyiniz  bir mövzu üçün ən son təşkil edilmiş sərgilərə baş çəkə və kitablardan oxuduğunuz müharibələri izlədə  bilərsiniz.

14.Multimediya: Glogster

Glogster-də tədris zamanı istifadə edə biləcəyiniz çox sayda foto, video, animasiya və yazılı məzmun var. Bu saytdan istifadə edərək daha interaktiv və yaradıcı sinif mühiti yarada bilərsiniz.

15.İnteraktiv lövhə: SMART Exchange

Burada digər müəllimlərin tövsiyələrindən yararlana və ya öz yaradıcı fikirlərinizi onlarla bölüşə bilərsiniz.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next