Koronavirusun gücü! Düynanın ən yaxşı səhiyyə sistemi və Azərbaycan!

2020-ci il bütün dünyada səhiyyə işçilərinin ili oldu desək yanılmarıq. Çünki Koronavirus (COVID-19) pandemiyası bütün dünyada səhiyyə sahəsinin nə qədər vacib və bu sahədə çalışan savadlı insanların ölkələr üçün nə qədər dəyərli olduğunu bilavasitə önə çıxardı. Bütün dünyada texnologiya və elmin inkişaf etməsinə baxmayaraq COVID-19 səhiyyə sahəsində çox geniş işlərin görülməsini və insanın təbiət qarşısında hələ də aciz qaldığını sübüt etdi. Biz bəşəriyyətin heç bir zaman görmədiyi inkişafı yaşadığımızı böyük fərəhlə ansaq da, bu xəstəlik bizim özümüzlə qürrələndiyimizə tələsdiyimizi göstərdi. Çünki illərdir bütün dünyanın yaratdığı hər bir şeyi bu xəstəliyin necə iflic etdiyini hamımız şahidi olduq. Bizi işimizdən, təhsilimizdən, hədəflərimizdən və hətda bir-birimizdən uzaqlaşdırdı… Bizi düşündürdü…

Lakin pandemiya bütün dünya ölkələrində ən çox səhiyyə sistemlərinin hansı vəziyyətdə olduğunu nümayiş etdirdi. Dünyanın supergücə sahib və çox inkişaf etmiş ölkələri belə bir həftədə 10 minlərlə xəstələri qəbul edib onları müalicə etməkdə çox çətinlik çəkdilər. Xəstəliyin dərmanı və ya bu xəstəliyə qarşı vaksindən hələ demirəm… Dərman və vaksinin tapılması, istehsalı və tətbiqi üçün illərlə vaxtın lazım olduğunu hamımız artıq bilirik…

Qeyd edilən böhranla bütün ölkələr kimi biz də rastlaşdıq. Bu onu göstərdi ki, səhiyyə sahəsində ölkəmizdə çox savadlı bilikli və təhsilli səhiyyə işçilərinə böyük zərurət vardır. Bu sahədə təhsil alanların və ya almaq istəyənlərin hədəfləri yüksək təhsil almaq və ölkədə bu sahədə çox böyük işlər görmək olmalıdır.

Səhiyyə sahəsində bir çox ölkələrdə yüksək təhsil alıb peşəkar həkim olmaq olar. Bunun üçün sadəcə təhsil almaq istəyinin olması kifayətdir. CELT Sizə dünyanın ƏN YAXŞI universitetlərində təhsil almanıza dəstək olur.

Dünyanın ən yaxşı səhiyyə sisteminin Azərbaycanda olmasını və bunu beynəlxalq reytinqlərdə görməyi çox istərdik. Azərbaycanda səhiyyə sistemi inkişaf etməkdədir. Bu inkişaf daha səmərəli və dayanıqlı olması üçün səhiyyə sahəsində çalışan çox bilikli və təhsilli insan kapitalının olması zəruridir. Bunun üçün gənclərimiz səhiyyə sahəsi üzrə yüksək keyfiyyətli təhsil almalı və daha sonra öyrəndikləri bilikləri ölkəmizdə tətbiq etməlidirlər ki, səhiyyə inkişaf etsin.

Biz sizə dünyanın ƏN YAXŞI səhiyyə sisteminə sahib ölkələri təqdim edirik. Unutmayaq ki, Azərbaycanın bu siyahıda olması tibb sahəsində çalışan çox istedadlı həkimlərimizdən və səhiyyə sahəsində təhsil almaq istəyən gənclərdən aslıdır.

Dünyanın ən yaxşı səhiyyə sisteminə malik ölkəsini araşdırarkən bir çox faktorlar analiz olunur. Bizim bu siyahımızda yer tutmuş ölkələr mükəmməl ictimai və şəxsi tibbi xidmətləri təqdim edir. Reytinqimizdə uzunömürlülük, səhiyyənin qiyməti və ümumi effektivlik göstəricisini formalaşdıran bir çox diqər faktorlar nəzərə alınıb. Bu siyahıda olan ölkələrin çoxu sizi təəcübləndirməsə də bir neçə gözlənilməzlik də olacaq.

Isveç

İsveç öz vətəndaşlarını yüksək səhiyyə xidməti ilə təmin edən ölkələrdən biridir. Sistem dövlət tərəfindən maliyyələşdirilir. Tibbi xərclərin 97% – i hökumət tərəfindən ödənildiyi halda qalan 3%-i vətəndaşların payına düşür. Stamotologiya dövlət səhiyyə sistemi tərəfindən maliyyələşdirilməsə də, bu sahəyə qismən maliyyə yardımı edilir, 0 – 19 yaş qrupuna isə tamamilə pulsuz tibbi xidmət göstərilir.

İsveçrə

Dünyanın ən gözəl ölkələrindən biri olan İsveçrə 2012-ci ildən bəri ən yüksək orta ömürlülük göstəricisinə malikdir: kişilər üçün yaş həddi 80.5 yaş, qadınlar üçün isə 85 yaş. Sözsüz ki, bunda ölkənin səhiyyə sisteminin də qismən əməyi vardır. Burada tibbi xidmətlər əsasən dövlət hesabına ödənilir, yalnız kişik hissə şəxsi tibbi sığorta vasitəsilə vətəndaşların özləri tərəfindən ödənilir. İsveçrə vətəndaşlarının hər biri tibbi polislərlə (sığorta vəsiqələri) təmin olmalıdırlar.

Cənubi Koreya

Bəlkə də siz bu barədə bilmirsiniz, ancaq Cənubi Koreya mükəmməl tibbi sistemiylə dünyada tanınır. Cənubi Koreya hökumətinin maraq dairəsində olan ən əsas səhiyyə problemlərindən biri yerli əhalinin əziyyət çəkdiyi xəstəliklərin artmasına səbəb olan ətraf mühitin çirklənməsi məsələsidir. Vəziyyəti yaxşılaşdırmaq üçün vətəndaşları bərabər və ədalətli tibbi xidmətlər və 100% imtiyazla təmin edən vahid səhiyyə sistemi tətbiq olunmuşdur.

Avstraliya

Gözəl hava və sakit həyat tərzinə görə Avstraliya yaşayış üçün ən yaxşı ölkələrdən biridir. Digər səbəb isə ölkənin olduqca effektiv səhiyyə sisteminə malik olmasıdır. Federal hökümət universal səhiyyə sistemiylə vətəndaşların 75% tibbi xərcini öz üzərinə götürür, yerdə qalan 25% isə şəxsi tibbi sığorta vasitəsilə ödənilir. Stomatologiya, optometriya və təcili yardım xidmətləri dövlət tərəfindən ödənilən xidmətlər siyahısına daxil olmasa da, aşağı gəlirə malik vətəndaşlar subsidiyalar sayəsində bu xidmətlərdən faydalana bilirlər.

İtaliya

İtaliya səhiyyə sistemi ilə dünyada seçilən səhiyyə sistemlərindəndir. Koronavirus səbəbi ilə çox böyük böhranla üzləşsə də bu ölkədə həm dövlət həm də özəl səhiyyə sistemi fəaliyyət göstərir. Burada orta ömür göstəricisi 82 ildir. İtaliyada bütün cərrahi əməliyyatlar dövlət müəssisələrində olduğu kimi, özəl müəssisələrdə də pulsuzdur. Təxirəsalınmaz tibbi yardım bütün ölkə sakinləri, hətta ölkə ərazisində qeyri leqal yaşayan şəxslər üçün də tamamilə pulsuzdur.

İspaniya

Koronavirus pandemiyası səbəbindən ən çox zərər görmüş ölkələrdən biridir. Lakin buna baxmayaraq  İspaniya bilikli həkimləri, yaxşı təlim keçmiş tibb bacıları, ən yaxşı tibbi avadanlıqlarıyla seçilir. Ölkədə resept əsasında buraxılan dərmanlar xüsusi ödəniş sistemiylə ödənilir, belə ki, az qismi vətəndaşlar tərəfindən, böyük qismi isə dövlət tərəfindən ödənilir.

İsrail

Effektivliyinə görə dünyada 4-cü yeri tutan İsrail səhiyyə sistemi ölkə vətəndaşlarının fundamental hüququ sayılır. İsrailin universal səhiyyə sistemi bütün vətəndaşlardan əlavə tibbi sığorta tələb edir. Hökumət tərəfindən tənzimlənən sistem özünün müasir avadanlıq, yaxşı təlim keçmış həkim və tibb bacıları ilə dünyada texnoloji baxımdan inkişaf etmiş sistemlərdən biri sayılır. Səhiyyə turizmi yönündə İsrail geniş istiqamət alır.

Yaponiya

Bütün effektiv səhiyyə sistemlərində olduğu kimi Yaponiya da, vətəndaşları tibbi xərclərinin çox hissəsini ödəyən universal tibbi sığortayla təmin edir. Adətən burada işəgötürənlər tərəfindən işçilərə əlavə şəxsi sığortalar verilir. Yaponiya hökuməti işsiz və kasıb təbəqələrə xüsusi diqqət ayırır. Hökumət tərəfindən subsidiya alan aşağı gəlirli və evsiz şəxslər bütün tibbi xərclərdən azad edilir.

Sinqapur

Sinqapurun səhiyyə sistemini bu siyahıya daxil etməmək mümkün deyil. O, həm maliyyələşmə, həm də effektivliyinə görə seçilir – bu nadir kombinasiya dünyanın ən yaxşı səhiyyə sistemi üçün xarakterikdir. Dövlətin tibbi xidmətindən əlavə Sinqapurun özəl tibb xidməti sektoru da effektivliyi ilə seçilir. Bu yolla, Sinqapur vətəndaşları həm dövlət, həm də özəl sektordan lazımi, üstün xidmətlərlə faydalana bilirlər.

Dünyanın ən mükkəmməl səhiyyə sistemi – Honkonq

Ümumilikdə, Honkonq dünyada ən yaxşı səhiyyə sisteminə malikdir, bunda çox inkişaf etmiş tibb sisteminin də qismən payı var. Dünya üzrə uzunömürlülüyün ən yüksək olduğu Honkonqda körpə ölümü göstəricisi ən aşağı səviyyədədir. Sinqapurda olduğu kimi Honkonqda da tibbi xidmətlər həm dövlət, həm də özəl sektorlarda göstərilir.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir