İtaliyada mühəndislik

Qloballaşan dünyamızda gündən günə texnologiyanın önəmi artmaqdadır və buda bir sıra tədris sahələrinə yiyələnməyi zəruri qılır. Bugünki yazımızda tələbələrə belə sahələrdən ən önəmlisi olan mühəndislik barəsində, daha dəqiq desək bu ixtisası harda daha keyfiyyətli və maddi cəhətdən sərfəli şərtlərlə tədris almaq barəsində tövsiyyə verməyə çalışacağıq.

İlkin olaraq universitet seçəndə hər bir tələbənin arzusudur ki, yüksək reytinqli təhsil müəssisəsində tədris alsın. Mühəndislik üçün tələbələrə ən çox məsləhət görülən universitetlərdən biri Politecnico di Milano dur.

Politecnico italiyan dilindən tərcümədə yalnız Mühəndislik, Arxitektura və Dizayn kimi proqramların tədris edildiyi dövlət universiteti deməkdir. Təxminən 40.000 dən çox tələbəsi olan Politecnico Di Milano İtaliyanın ən böyük Engineering(Mühəndislik) universiteti olub Avropada da bu sahə üzrə ən yüksək reytinqli təhsil ocaqları arasındadır.

Universitetin Milanla yanaşı bir neçə yaxın şəhərlərdədə kampusları mövcuddur. Ümumilikdə 12 şöbəsi olan bu universitetdə təhsillə bərabər bir çox araşdırma mərkəzləri də vardır.  

 

  • Niyə Politecnico Di Milano dedikdə başlıca 3 faktora nəzər yetirmək olar.
  1. Yüksək reytinq

Universitet ART&DESİGN sahəsinə görə Avropanın 7-ci ən reytinqli tədris müəssisi hesab edilir.

Məzunlarının işlə təmin olunmasına görə isə bütün dünya universitetləri arasında 39 cu yeri tutmaqdadır.

2) Münasib şərtlərlə təhsil almaq imkanı

Universitetin demək olar ki bütün fakultələri üçün təhsil haqqı 2500-3900 Avro arasında dəyişməkdədir ki, bu da ən yüksək pillələrdə qərarlaşan bir yer üçün kifayət qədər münasib edilir. Lakin qeyd etməyə dəyər ki bu tədris müəssisi bir çox İtaliyan universitetlərində olduğu kimi bəzi kriteriyalar əsas götürülməklə tam ödənişsiz təhsil imkani yaradır.

3) Milan

Çox qədim tarixi olan və Avropanın göbəyində yerləşən bu İtaliyan şəhəri qədim Roma dövründə yarandığından dünyanın inciləri hesab edilən tikililərin ev yiyəsidir. Məhz elə bu səbəbdən dolayı bu şəhərdə olan bir çox təhsil müəssisəsində Memarlıq və Mühəndislik fakultələri ön plana çıxır. Bununla yanaşı qeyd edilən şəhər Avropanın fashion(moda) mərkəzi sayılır.

Lakin qeyd etmək lazımdır ki, əsasən magistratura proqramları ingilis dilində tədris edildiyinə görə bakalavr dərəcəsi almaq üçün tələbələr əlavə olaraq italiyan dilini də bilməlidirlər.

             Universitetə müraciət edərkən seçərkən aşağıdakı 4 əsas sahənin fərqli ixtisaslarını seçə bilərsiniz.

  1. Memarlıq, Şəhər salma və Tikinti mühəndisliyi

2.  İnşaat , Ətraf mühit və Torpaq idarəetmə mühəndisliyi

3. Dizayn

4. Sənaye və informasiya mühəndisliyi

Qeyd edilən bu sahələr 38 fərqli alt kateqoriyaya bölünərək demək olar ki mühəndisliyin hər bir ixtisasında təhsil almağa şərait yaradır.

 

QƏBUL ŞƏRTLƏRİ

Qeyd etdiyimiz kimi Azərbaycanlı tələbələr arasında italiyan dilində təhsil almaq nisbətən daha çox çətinlik yaratdığından tədrisin ingilis dilində aparıldığı master proqramlarında tələb olunan ən başlıca 2 qəbul şərti aşağıdakılardır.

  • IELTS , TOEFL və CAE kimi beynəlalaq dil sertifikatları.
  • Müvafiq bakalavr sahəsi üzrə diplom və qiymət transkripti.

Gəlin onuda vurğulayaq ki, universitet dünya top reytinqli universitetlər arasında yuxarı pillələrda qərarlaşdığından sizdən tələb olunan bakalavr qiymətləri və dil imtahanı nəticəsi yüksək olmalıdır.

 

Ünvan:  Nərimanov rayonu, Təbriz küç. 100A

Tel:   (012) 566 48 23

         (050) 787 57 66

email:   baba.karimli@celt.az

6 thoughts on “İtaliyada mühəndislik”

  1. Salam. Men Polytechnico di torinoda magistr tehsil almaq isdeyirem “computer network engineering” uzre. bura qebul olmaq ucunde komeklik gosderirsiz? Qiymet ortalama 73-74 arasıdı

    1. Salam. Bəli. Əlbəttə. Zəhmət olmasa bizim Nərimanov ofisi ilə əlaqə saxlayın. Baba müəllim bu sahə üzrə məsuldur.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next