İsveçrədə Turizm təhsili – International Management Institute Switzerland (IMI Switzerland)

IMI Switzerland, 1991-ci ildə İsveçrənin Lüzern şəhəri yaxınlıxında yaradılmışdır. Universitetin əsasını qoyan Heinz Bürki, Tom Maher and Rudolf Fischer ilk başlarda 10 işçidən ibarət  heyətlə faəliyyətə başlamış və ilk başlarda 55 tələbə qəbul etmişdirlər. Hal-hazırda 60 nəfərlik ixtisaslı işçi heyətinə sahib olan IMI Switzerland hər semester dünyanın fərqli bölgələrindən olan 200-dən çox tələbə qəbul etməkdədir.

İsveçrənin və dünyanın ən yaxşı Turizm və Qonaqpərvərlik universitetlərindən biri olan IMI tələbələrinə bu sahədə Bakalavr və Magistr pillələri üzrə üstün və keyfiyyətli təhsil təklif edir. Universitetin təhsil proqramları içərisində aşağıdakı ixtisaslar üzrə proqramlar yer almaqdadır:

– International Hospitality Management

– International Culinary Arts

– International Hospitality & Events Management

– International Hotel & Events Management

– Global Business

Marketing Management

Universitetin təhsil proqramları Manchester Metropolitan University UK, Oxford Brookes University UK, CTH (Confederation of Tourism and Hospitality), Canton of Luzern tərəfindən təsdiqlənmişdir və universiteti bitirən tələbələr bu universitetlər və assosiasiyalar tərəfindən də dərəcə əldə etmiş olurlar. Tələbələr təhsil aldıqları müddətdə hər təhsil ilində bir semesterlik ödənişli təcrübə proqramları keçirlər.

Hal-hazırda Turizm və Qonaqpərvərlik üzrə dünyanın ən yaxşı 11-ci universiteti olan IMI Switzerland məzunlarına dünyanın bir çox tanınmış və nüfuzlu şirkətlərində işləmək şansı verir. Belə ki, universitetin tələbələri təhsil müddətində ödənişli təcrübə proqramlarında iştirak etməklə yanaşı, məzun olduqdan sonra da nüfuzlu otel və ya şirkətlərdə iş imkanı əldə edə bilirlər.

Qəbul tarixləri və şərtləri:

Bakalavr pilləsi üçün ildə 4 dəfə: Fevral, May, Avqust və Noyabr aylarında tələbə qəbul edilir və qəbul üçün əsas tələblər aşağıdakılardır:

– Minimum 18 yaş (bəzi hallarda 17 yaşlı tələbələr də qəbul edilir)
– Attestat
– IELTS üzrə minimum 5.0 göstərici

Magistr pilləsi üçün isə tələbə qəbulu ildə 2 dəfə: Fevral və Avqust aylarındadır. Bu pillə üçün əsas tələblər aşağıdakı kimidir:

– Bakalavr dərəcəsi
– IELTS üzrə minimum 6.0, bəzi proqramlar üçün isə minimum 6.5 göstərici
– 2-3 illik iş təcrübəsi (bəzi proqramlar üçün)

*Viza prosesi orta hesabla 2-3 ay müddətini əhatə etdiyi üçün universitet tələbələrə bu müddəti nəzərə alaraq müraciət etmələrini məsləhət görür.

Təhsil haqqı və yaşam xərcləri

Universitetin illik təhsil haqqı ödənişi bakalavr proqramları üçün 28.250 – 32.250 İsveçrə Frankı, magistr proqramları üçün isə 30.250 – 39.250 İsveçrə Frankı təşkil edir. Bu ödənişə universitetin illik təhsil haqqı, universitet tərəfindən həyata keçirilən qeydiyyat ödənişi, yataqxana, yemək və digər ödənişlər daxildir.

Həmçinin IMI Switzerland tələbələr üçün endirim imkanları da təklif edir. Bu endirim bakalavr proqramları üçün ilk təhsil ilində 5.000 İsveçrə Frankı, davam edən digər təhsil illərinin hər biri üçün isə 2.000 İsveçrə Frankından ibarətdir. Magistr proqramları isə bir il davam etdiyi üçün bu endirim 5.000 İsveçrə Frankı məbləğində olur.

IMI Switzerland Yay Proqramı

IMI Switzerland yeniyetmələr və gənclər üçün 2 və 3 həftə müddətini əhatə edən yay proqramlarında iştirak etmək imkanı da verir. Proqram iyul və avqust aylarını əhatə edir və iştirak edə bilmək üçün minimum 15 yaş tələb olunur. Yay proqramının üstünlükləri:

– Həftədə 15 saat ingilis dili və ya alman dili kursu
– Həftədə 5 saat kulinariya, qonaqpərvərlik və ya biznes təhsili üzrə dərslər
– Müxtəlif gəzinti və əyləncə proqramları

Yay proqramını bitirən tələbələr sertifikatla təltif olunur və universitetin təhsil proqramları üçün endirim də əldə edə bilirlər.

Xaricdə təhsillə bağlı bağlı yeniliklərdən mütəmadi olaraq xəbərdar olmaq istəyirsinizsə, yan tərəfdə qeyd olunmuş keçidə daxil olaraq formumuza abunə ola bilərsiniz: bit.ly/3gtu2IV

Ətraflı məlumat və müraciət üçün:

CELT Colleges Sahil

Tel: (+994 12) 493 48 18
Mob: (+994 51) 492 02 89
sahil@celt.az
elgunk12.sg-host.com
Ünvan: 113 Həzi Aslanov küçəsi, Bakı, Azərbaycan AZ1095

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next