İş yerindən ayrılmadan xaricdə təhsil al

Dünyada  informasiya  və  texnologiyaların  inkişaf etdikcə, ona olan tələbat  da çoxalır. Gündən – günə genişlənən informasiya və texnologiya sahəsi təhsilə öz yeniliklərini gətirir.  Artıq hər kəsin həyatının bir hissəsinə çevrilən internet insanlar üçün ən əlverişli informasiya vasitəsidir.  Bununla bərabər, internet vasitəsilə Distant Təhsil almaq imkanı da vardır. Bu təhsil sistemi  vasitəsilə evdə oturaraq dünyanın müxtəlif universitetlərində virtual təhsil ala bilərsiniz. Siz bu təhsil vasitəsilə həm bakalavr təhsili, həm də magistr təhsili alabilərsiniz.Distant təhsil dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bütün ölkələrində tətbiq olunur.

Distant Təhsil nədir?

Distant Təhsil – müəyyən məsafədən keçirilən təhsil  sistemidir.Bu təhsil növünün kifayət qədər tarixçəsi vardır. Qısası, ilk dəfə  İngiltərədə  yaranıb. Daha sonralar ABŞ , Almaniya və digər ölkələrdə geniş yayılmışdır. Distant Təhsil qiyabi təhsil formasının daha da çox üstünlüklər ilə olan formasıdır. Bir çox insanlar qiyabi təhsillə bu təhsil növünü eyniləşdirirlər. Lakin bu qiyabi təhsildən fərqlənir. Qlobal İnternet şəbəkəsinin bir çox müsbət xassələri olduğundan, İnternetdə e-poçt, çat sistemləri, saytlar və digər proqramlar vasitəsilə  Distant Təhsil keçirilir.  Siz bu təhsili harda olmağınızdan asılı olmayaraq ala bilərsiniz. Yəni sizin harada internetə çıxışınız varsa, siz onlayn dərslərə qoşula bilərsiniz. Dərslər sizə verilən elektron materiallar, video dərsliklər və s. materiallarla tədris edilir.

Distant təhsilin əsas prinsipləri

Distant Təhsildə hər kəs vaxt itirmədən xarici universitetlərdə oxuya bilər. Burada tələbənin sərbəst öyrənmə prinsipi vardır. Təhsil  sahəsi elə qurulub ki təhsil alan,  müəllimdən vaxt və ya məsafə ilə ayrılıb, eyni vaxtda da onlar həmçinin istədiyi vaxt telekommunikasiya vasitələri ilə əlaqə saxlaya bilərlər. İstənilən  təhsil porqramı sahəsində distant təhsil almaq mümkündür. Distant Təhsildə müəllim tapşırıqları, testləri və əlavə materialları tələbəyə göndərir, tələbə də bütün testləri, çalışmaları yerinə yetirərək müəllimə göndərir. Bu prisiplə tədris ilinin sonuna kimi dərslər davam edir.

Distant Təhsilin üstünlükləri

Dünyada geniş yayılmış Distant Təhsil ölkəmizdə hələ də maraq dairəsində deyil. Bunu səbəbi insanların bu haqda məlumatlarının olmamasıdır. Əslində bu təhsilin bir çox üstünlükləri vardır:

  • Evdə oturaraq xarici universitetlərdə təhsil almaq
  • Həm oxuyub, həm də işləmək imkanı
  • Daha əlverişli və sərfəli təhsil
  • Sərbəst təhsil alma sistemi
  • Ödənişin kredit sistemi ilə ödəmə şansı
  • İşdən sonra və evdə oxuma imkanı

Distant Təhsili necə əldə etmək olar?

Azərbaycanda Distant təhsil bəzi universitetlərimiz tərəfindən təsdiqlənsə də lakin hələ də inkişaf etməyib. Artıq siz evdə oturaraq, xaricə getmədən də xarici universitetlərdə təhsil ala bilərsiniz. Bunu üçün artıq 10 ildir Azərbaycanda fəaliyyət göstərən CELT Colleges sizin üçün bu  şəraiti yaradır. Şirkətin  əsas proritet sahələrindən biri də  Xaricdə təhsildir. İldən – ildən ilə xaricdə təhsil imkanlarını genişləndirən  CELT bu il yeni proyektlə – Distant Təhsillə  insanların xidmətindədir.  Siz CELT – ə gələrək Distant təhsillə bağlı ətraflə məlumat ala bilərsiniz. Belə bir proyekt Azərbaycanda ilk dəfə tətbiq olunur. Sizdə əgər vaxt itirmədən, daha sərfəli qiymətlərlə xaricdə təhsil almaq istəyirsinizsə, Distant təhsil sistemininin imkanlarından yararlana bilərsiniz.

Bakalavr və Magistr Dərcələri üçün buradan baxın

82 thoughts on “İş yerindən ayrılmadan xaricdə təhsil al”

  1. Salam. İxtisasım ibtidai sinf müəllimidir. Türkiyədə hüquq fakültəsi , vəkillik peşəsi üzrə oxumaq istəyirəm. Diplomu Azərbaycanda tannirimi. Hansı universitetlər də mümkündür? Hara müraciət edə bilərəm

  2. salam. İxtisasım Azərbaycan dili və Ədəbiyyat muelimliyidir. Turkiyede ingilis dili və ya turlşk dili üzrə magistr distant təhsil ala bileremmi?

  3. Salam.Turkiyede qiyabi magistr oxumaq isteyirem.İmtahansiz bakalavr balı ile ortalama ne qeder olmalıdır ve qiyabi magistraturya diplomu Azerbaycan’da tanınır?

  4. Salam .Kanada ve ya Almaniyada (Neft senayesi uzre ixtisasla) universitetde ditance tehsilin illik xerci ne qederdir? ve odeniwsiz distance tehsil mumkundurmu? təşəkkürlər

  5. Salam. Mən ADUda ingilis dili üzrə bakalavr təhsil almışam. Magistr üzrə də bu il oxuyuram. Həmçinin, xarici universitetdə İT üzrə təhsil ala bilərəmmi? Distant və ya həmin ölkəyə gedərək?

  6. Salam Ali təhsilliyəm hazırda çalışdığımdan xaricə getmək imkanım yoxdur, lakin Kanada və ya İngiltərə Universitetlərinin birində distant ikinci ali təhsil almaq istərdim. Bu istiqamətdə mənə müvafiq məlumatları versəydiniz sizə minnətdar olardım. Təşəkkürlər.

  7. Salam
    Turkiyede ve ya ingilis dili teleb etmeyen her hansi bir olkede distant tehsil almaq olar? Zehmet olmasa etrafli melumat vererdiniz.
    Qeyd: Ali tehsili yoxdur.

    Tesekkurler

    1. Salam.ingilis dili üzrə hansı ölkələrdə distant təhsil var?Ali təhsilliyəm ancaq ingilis dili müəllimliyi üzrə ikinci təhsil istəyirəm.

  8. Salam, men ingilis dili öğrenmek istirem.

    Daha evvel kurslara gettim ama öğrenebilmedim men zeyif kurs istemirem uzman bir muellim mene öğretebiler diye fikirleşirem..

    Kurslara gedirem baxıram hamsı javan muellimler özleride hecneden anlamır bele istemirem..

    Mene kömek edebilersiniz mi?

    1. Fərid Kərimov (Admin)

      Salam. Buyurun gəlin ofisimizə biz sizə öyrədək ingilis dilini. RƏşid Behbudov 56, Xarici dillər universitetinin yanında. 012 441 36 65

  9. Gulsha