İngilis dili dərslərində psixoloji durumlar

Bütün dünyada olduğu kimi Azərbaycanda da İngilis dilini öyrənmək istəyənlərin sayı günü-gündən artmaqdadır. Beləliklə, bu sahəyə olan tələbat insanları bu dili öyrənəməyə yönəldir. Hər kəs artıq başa düşür ki, ingilis dilini bilmədən intelektini, təhsilini professional şəkildə mənimsəyə bilməz. Odur ki, həm şagirdlər, həm tələbələr, həm də digər peşə sahibləri bu dili öyrənməkdə maraqlıdırlar.

Əslində insan nə qədər çox dil bilərsə, bir o qədər də yaxşıdır. Amma təbii ki, bir insan on dili professional şəkildə bilməsi mümkün deyil. Hal-hazırda dünyada iki- üç əsas dil bilsən kifayət  edər. Bunların ən əhəmiyyətlisi isə ingilis dilidir. Bəzi insanlar hələ də dünya dilinin rus dili olduğunu sübut etmək istəyirlər. Amma təəssüf ki, bu belə deyil. Əgər biz rus dilinin əhatə dairəsinə baxsaq görərik, elə də böyük bir coğrafiyanı əhatə eləmir. Amma ingilis dilinin əhatə etdiyi coğrafiyaya baxanda  dünyanın bir çox yerini əhatə edir. Hal-hazırda rus dilinin dövlət dili olduğu ölkə demək olar ki, yoxdur, amma dövlət dili ingilis dili olan ölkələr vardır. Bütün bunlardan başqa dünyanın aparıcı təşkilatlarında, beynəlxalq konfranslarında aparıcı dil ingilis dilidir.Bu dil insan həyatından sanki, qapı rolunu oynayır. Əgər bu dili bilirsənsə, həyatda qapılar üzünə açıqdır, əgər bilmirsənsə, qapılar üzünə bağlanıb.

Hnası sahədə çalışmayından asılı olmayaraq bu dil səni beynəlxalq məkana yolunu açır. Artıq Azərbaycanda çoxlu insanlar var ki, onlar ingilis dilini normal səviyyədə bilirlər. Başqa bir tərəfdən də dili mənimsəməkdə bir çox insanlar var ki, çətinlik çəkirlər.

İngilis dilini öyrənmək ilk baxışda kimsəyə asan, kimsəyə də  çətin gələ bilər. Bu suala kimdən soruşanda müxtəlif cavablar almaq mükündür. Çünki hər bir kəsin inkişaf etdiyi bir mərhələ var və bu dili öyrənmək  kimsə üçün  asan, kimsə üçün də çətin ola bilər.Yəni hər kəsin bir psixologiyası var. Bəzən ingilis dilini  öyrənməkdə çətinlik çəkən şəxslər bir sıra psixoloji durumlarla üzləşirlər. Hər şeyə küskünlüyün yaranması, özlərini zəif hiss etmələri və s. Psixoloji vəziyyətlər olur. Bu kimi hallar öyrəncinin dili öyrənməsinə daha da mənfi təsir edir. Belə vaxtlarda öyrənci hər dərsə gələndə dərslərə hazırlıqsız, həvəssiz gəlir.

Belə hallar çox olur. Amma bu işdə əsas məsuliyyət öyrəncinin üzərinə düşür. Təkcə öyrəncinin üzərinə deyil, həm də müəllimin üzərinə məsuliyyət düşür. Bu hallarda müəllim:

  1. Öyrənci ilə davranışlarına bir qədər mülayim yanaşmalıdır.
  2. Öyrəncini öyrənməyə həvəsləndirməyə çalışmalıdır.
  3. Müəllim öyrəncinin psixologiyasına uyğun tədris metodu seçməlidir.
  4. Uşaqğın yaşı nəzərə alınmalıdır

Bütün bunlar başqa digər faktorlar da vardır ki, bu kimi məqamlarda onlara riayət olunması vacibdir. Əslində bütün bunlar üçün müəllimin psixoloji biliyi olmalı, yaş prinsiplərinə uyğun olaraq metodikalardan istifadə etməyi bacarmalı, Pedoqoji biliklərə yiyələnməlidir. Bu səbədən də deyirlər ki, müəllim təkcə, öz ixtisasını yüksək səviyyədə bilən şəxslərə deyilmir. Müəllim odur ki, yuxarıda adlarını sadaladığım faktorları özündə cəmləşdirməyi və tətbiq etməyi bacarsın. Təbii ki, bütün bunları öyrənmək və tətbiq etmək heç də asan deyil, amma çalışmaq lazımdır ki, bu kimi məqamları mənimsəyəsən.

Əslində demək istədiyim odur ki, öyrəncinin psixoloji durumlara düşdüyü vaxtlarda müəllim öyrənciyə nə kimi kömək edə bilər? Zənnimcə, müəllim kifayət qədər tələbəyə stimul verməyə çalışmalı və bunu məncə, edə bilər. Nəinki, stimul verə bilər, həm də onu müxtəlif məsləhətlər, istiqamətləndirə bilər. Psixoloji durumlarda bu kimi faktorların çox əhəmiyyəti vardır.

Azərbaycanda ingilis diliini öyrətmək üçün çoxlu kurslar vardır. Amma bu sahədə 10 illik bir təcrübəyə malik olan CELT Colleges sizin üçün ən əlverişli məkandır. Siz beynəlxalq TEFL/TESOL sertifikatı olan müəllimlərlə birlikdə ingilis dilini ən əlverişli metodlarla öyrənmək imkanınız olacaq. Odur ki, vaxt itirmədən bu dili öyrənməyə başlayın.

 

CELT Gənclik

Atatwrk prospekti 3. MedClub yanı.

Gənclik metrosunun yaxınlığında

Tel: 012 415 99 40

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next