ingilis dilinde inşa yazırları

Danışıq yoxsa qrammatika?

Dünya dili olan ingilis dilini öyrənmək hər kəsin arzusudur. Təbii ki, istisna hallar da ola bilər. Bu dili öyrənmək istəyənlər müxtəlif metodlarla öyrənirlər.Dünya dili olduğundan bu dillə bağlı çoxlu tədqiqatlar aparılmış, kitablar yazılmış və s. Bu səbəbdən də dili öyrənmək istəyənlər üçün geniş imkanlar var və çoxlu dərs vəsaitləri vardır. Yəni öyrəncinin öyrənməsi əlverişli şərait vardır. Amma nə qədər əlverişli şərait olsa da bu dili öyrənmək bir sıra insanlar üçün əlçatmaz kimi görünür. Düzdü ilk əvvəl bir qədər çətin gəlir,amma bir qədər oxuduqdan sonra normal olaraq davam edir.

Beləliklə, İngilis dilin öyrənərkən öyrəncilər bəzi məqamlarda çətinlik çəkirlər. Bildiyimiz kimi ingilis dilini öyrənərkən dörd əsas bölmə əsas götürülür. Bunlar: Danışıq(Speaking),Yazı (Writing), Oxu(Reading), Dinləmə (Listening).Bu komponenetlər rarsında sıx əlaqə vardır və  ingilis dilinin özəyini təşkil edirlər.Bu kimi faktorlardan biri də ingilis dilini öyrənərkən danışığı, yoxsa qrammatikanı öyrənməkdir. Bəzi öyrəncilər bu iki faktor arasında seçim etməkdə problem yaranır. Əslində yuxarıda qeyd etdiyim kimi bu iki komponenet bir-birilə sıx bağlıdır. Ona görə də bunları ayrı-ayrılıqda təsvir etmək məqsədə uyğun deyil. Amma bir-birilə sıx əlaqəsi olsa da bəzən elə öyrəncilər olur ki, qrammatikanı bilmədən danışmağı bacarır və yaxud da əksinə olur. Bu yazıda bu kimi məqamlara aydınlıq gətirməyə çalışacayıq.İlk öncə bu iki faktorı ayrı-ayrılıqda şərh etməyə başlayaq.

İngilis dilini öyrənərkən bütün komponentlərlə bərabər danışıq(Speaking) öyrənmək vacib məsələlərdən biridir.Bir çox insanlar dili öyrənərkən sadəcə danışığı öyrənirlər. Əslində hər birimiz dili öyrənərkən həmin dildə danışmaq üçün öyrənirik. Amma sadəcə danışığı bilməklə o dili yaxşı bilmək səviyyəsinə gəlməz. Beləliklə, ingilis dilini öyrənərkən başqa komponentləri öyrənib danışığı öyrənməmək mümkün deyil. Çünki bu bölmələr hər biri bir-birilə bağlıdır. Bəzən insanlar var ki, danışğı sərbəst bildiyi halda qrammatikanı və digər bölmələri çox aşağı səviyyədə bilir. Amma bəzi məqamlarda danışıq, bəzi məqamlarda isə qrammatikanı lazım olur. Məsələn, sadəcə xarici ölkəyə getmək, xarici vətəndaşlarla ünsiyyətdə olmaq istəyirsinizsə, bu halda danışığı yaxşı bilmək daha yaxşıdır. Çünki bu kimi hallarda  qrammatikaya elə də ehtiyac olmur. Danışığı bilmək o deməkdir ki, ingilis dilini sadəcə vərdiş edərək öyrənmisən. Heç bir qayda-qanun bilmirsən. Əslində baxsaq görərik ki, qrammatikanı bilən kifayət qədər danışığı da bilir. Və yaxud da danışığı yaxşı bilən qrammatikanı da kifayət qədər bilir. Bu ilk öncə həmin öyrəncinin dili hansı metodla öyrənməsindən asılıdır. Məsələn, hər hansısa bir şəxs gedib 1-2 il ingilisdilli ölkədə yaşayır və ingilis dilində danışığı öyrənir.

Qrammatika ingilis dili dərslərində öyrədilən əsas bölmələrdən biridir. Əslində istənilən dili başlayarkən qrammatikı ilə başlayırlar. Deməli qrammatikasız dili öyrənmək həm çətin, həm də qəlizdir. Çünki ən azından sözlərin hansı formada işlənmə məqamlarını bilmək lazımdır ki, dili etməyi biləsən. Ümumiyyətlə qrammatika dili öyrənməyin başlanğıcıdır. Bu danışıq kimi deyil ki, vərdiş edib öyrənəsən.  Amma təbii ki, bir sıra insanlar var ki, qrammatika bilmədən də dili öyrənmək bacarığına malikdirlər.  Bu həm fitri istedad ola bilər, həm də yaddaşları güclü olan insanlar bu kimi metodlarla dili öyrənirlər.

Qısaca olaraq onu demək mükündür ki, ingilis dilində olan dörd komponentdən hər hansısa birini ən azından aşağı səviyyədə də olsa bilməlisən. Təbii ki, hansı metodla olursa olsun, əsas odur ki, dili mənimsəməyi bacarasan.

Əgər siz fərq etməz dannışıq bacarıqlarınızı, qrammatik biliklərinizi, yazı bacarıqlarınızı, oxuma,dinləmə bacarıqlarınızı daha səlisləşdirmək istəyirsinizsə, o zaman bu sahədə çoxillik təcrübəyə malik olan CELT Colleges təhsil mərkəzi sizə kömək edə bilər. Həm yerli müəllimlərdən,həm də xarici müəllimlərdən dərs almaq imkanınız olacaq. Odur ki, vaxtınızdan səmərəli istifadə etməyə başlayın.

CELT 28 May

Rəşid Behbudov küç. 56

Azərbaycan Xarici Dillər Universitetinin yanı

Tel: 012 441 3665, 012 4180867

39 thoughts on “Danışıq yoxsa qrammatika?”

  1. Salam Elgun bey men ingilis dilini 0 dan oyrenmek isteyirem nece komek ede bilersz meni xais edirem reyimi cavablandirasiz

  2. Elgün muellim salam.İngilis dili biliyimi deyirsinizse,demek olarki yoxdur.Mene sadece danismaq lazımdır.men ferdi şekilde isteyirem.Ferdi şekilde hazırlık varmı?Sizce ferdi halda hansi muddete oyrene bilerem?

    1. Salam. Fərdi şəkildə hazırlıq var. Sadəcə danışmaq deyəndə çox vaxt yalnış anlaşılır. Danışmaq üçün dinləməni bilməniz lazımdır. Anlamadan danışmaq mümküdür ama sadəcə danışarsınız ana kimsəni başa düşmədən onun da mənası yoxdur. Danışmaq üçün oxumaq lazımdır. Bir şeyi oxumaqdan necə danışmaq effektiv olar. Və sonda danışmaq üçün yazmaq da bəzən lazımdır. Mən sizin nə demək istədiyinizi anlayıram ama dil bu 4 bölümdən ibarətdir. Yəni ikisi mekanik bölüm (dinləmə və oxuma) və ikisi yaradıcı bölüm (danışma və yazma). Mekanik bölüm olmadan yaradıcı bölüm də effektiv olmur. Tək başına danışığı öyrənmək üçün gərək gedib İngiltərədə bir yaşlı uşaqlarla bərabər yaşayasınız ki sadəcə oxumanı yazmanı bilmədən dinləyib danışasınız. Yada ki həyat yoldaşınız və illərlə yanınızda biri daima ingilis dilində danışmalıdır.
      Yalnış anlamayın sizə qarşı deyil sadəcə ümumi olaraq proses belədir. Mən bir dilçi olaraq bunu söyləyirəm. Ama ola bilər ki danışığınız o biri bölümlərə nisbətən daha effektiv olsun. Bu mümkündür. Bizim ofislər TQDK hazırlığı keçmir. Yəni bizim keçdiyimiz ingilis dili praktiki və hər tərəflidir. Dərsləri həm müəllim ilə keçirsiniz həm dnaışıq klubu ilə. Tək danışıq klubuna gəlmək effektiv olmur. Ordakı tələbələr hazır gəlir siz hazır olmayınca mövzuda ayaqlaşmaq çətin olur.
      Müddətə gəldikdə sıfır ingilis dili ilə bir səviyyə və ya level 2.5 aydır (qrup) və fərdi isə 1.5 aydır. İstədyiniz səviyyəyə görə hesablaya bilərsiniz. İngilis dili 6 səviyyədən ibarətdir. Normal orta danışıq üçün 4 səviyyə yetərlidir. Ama hər kəs istəyinə görə gələ bilər.
      Qiymət dediyim kimi ofislərə zəng və ya face-dən yazmanız lazımdır. Üzrlü hesab edin şərhlərdə əvvəl də yazdığım kimi qiymət yazmağa icazə yoxdur. Anlayışınız üçün təşəkkürlər.

  3. Salam.Men yalnız danışmanı oyrenmek isteyirem.Zehmet olmasa mene qiymetin ve heftede nece gün gelmeyimi deyin.Birde hansi muddete oyrene bilecem?

    1. Salam. Bizim programlar communication üzərində qurulub. Şərhlərdə qiymət yaza bilmirik. Sonra illər keçdikdə dəyişiklər olur ama şərhdə qalır və bu da qarışıqlığa səbəb olur. Dəqiq qiymət üçün ofisimizə zəng edin vəya face-dən yazın zəhmət olmasa. Anlayınız üçün təşəkkürlər. Müddət hazırkı biliyinizdən və kurs növünü seçməyinizdən asılıdır.

    1. Salam. Şərhlərdə qiymət yazmırıq çünki qiymətlər dəyişəndə şərhlərdə köhnə qiymətlər qalır. Bunun üçün rusdili.az və ya ofislərimizə zəng edə bilərsiniz.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next