İnformasiya Texnologiyaları (İT) sahəsi üzrə təhsil haqqı təqaüdü imkanı

Belarus Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində informasiya texnologiyaları sahəsi üzrə 2020/21-ci tədris ili üçün təhsil haqqı təqaüdü elan edir.

İlk öncə təqaüd proqramına müraciət edəcək iddiaçılar Azərbaycan Respublikası Təhsil

Nazirliyinin Azərbaycan Respublikası vətəndaşlarının xaricdə Hökumətlərarası Təqaüd Proqramları (HTP)  elektron ərizə sisteminə müraciət etməlidirlər. Bu sistemə bu linkdən keçid edə bilərsiniz.

Təhsil səviyyəsi: bakalavriat

Təqaüd qazancaq şəxsin sayı: 5

Tədris dili: rus və ya belarus.

Son müraciət tarixi: 31.03.2020

Maliyyələşmə: yalnız təhsil haqqı

Məlumat üçün bildirək ki, digər xərclər qalib namizəd tərəfindən qarşılanmalıdır.

Təqaüd proqramına müraciət proseduru:

  • Hökumətlərarası Təqaüd Proqramları (HTP)  elektron ərizə sistemində elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.

Qeyd: Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron sistem vasitəsi ilə bildiriləcəkdir;

  • Elektron sistemə yüklənmiş sənədlərin notarial qaydada təsdiqini mütləq qaydada müsahibə zamanı əlaqədar şəxsə təqdim etməyiniz xahiş olunur;
  • Müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən şəxslər müsahibəyə buraxılmayacaqdır;
  • Hər bir namizədlə keçiriləcək müsahibə 10-15 dəqiqə ərzində davam edir, müsahibədə audio-video çəkiliş aparılır;
  • Seçim nəticələrinə dair apellyasiya şikayəti verilməsi nəzərdə tutulmur;
  • Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin adları diplomatic kanallarla qarşı tərəfə təqdim ediləcəkdir;
  • Həmin namizədlərlə “skype” vasitəsilə qarşı tərəfdən də müvafiq müsahibə aparılacaqdır;
  • Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2020-ci ilin yay ayları ərzində təqdim olunması gözlənilir.

“Dünyanın ƏN YAXŞI universitetlərində təhsil almaq istəyirsiniz? O zaman CELT-in Xaricdə Təhsil Proqramına müraciət edin.

Müsahibə mərhələsində iştirak etmək üçün əsas meyarlar

  • Namizədlər yalnız aşağıdakı tələblərə cavab verdikləri təqdirdə fərdi müsahibə mərhələsində iştirak hüququ əldə edəcəklər:
  • Namizədlər ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 300, digər sahələr üzrə ən azı 350 bal toplamalıdırlar;
  • 2019/20-ci tədris ili üzrə ümumtəhsil müəssisələrindən məzun olacaq Dövlət İmtahan Mərkəzi (DİM) (əvvəlki TQDK) imtahanlarında iştirak etməyən iddiaçıların (əvvəlki illərin məzunları da daxil olmaqla) akademik göstəricilərini sübut edən beynəlxalq səviyyədə tanınan imtahan və ya beynəlxalq olimpiada nəticələri (SAT, qızıl/gümüş/bürünc medal sahibi və s.) həmin sahə üzrə mümkün olan ən yüksək göstəricinin 65%-indən az olmamalıdır;
  • DİM imtahanlarında iştirak etməyən əvvəlki illərin məzunu olan iddiaçıların öncəki bənddə tələb olunan göstərici ilə yanaşı, attestat üzrə cari müvəffəqiyyət dərəcəsinin orta balı 100 ballıq sistem üzrə isə 75 (və ya bunun ekvivalentindən misal üçün 5 ballıq sistem üzrə 3.75-dən) baldan aşağı olmamalıdır. DİM imtahanlarında iştirak etmiş orta ixtisas diplomu olan şəxslərə də bu qayda aid edilir;
  • Ölkənin yerli ali təhsil müəssisələrində bakalavriat səviyyəsində təhsil alan şəxslər təhsillərinin 50%-dən çoxunu tamamlamamış olmalıdır;
  • Namizəd rus dilində akademik səviyyədə təhsil almaq bacarıqlarına malik olmalıdır;
  •  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almış, lakin Təhsil Nazirliyi ilə imzaladığı müqaviləyə əsasən, 5 il ərzində ölkədə işləmək öhdəliyini yerinə yetirməmiş məzunların sənədləri qəbul edilməyəcəkdir;

Qeyd: Azərbaycan Respublikası  “Təhsil haqqında”  Qanununun 5.4-cü bəndinə əsasən (…dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir), Azərbaycan ali təhsil müəssisələrində yaxud xaricdə dövlət hesabına (“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və hökumətlərarası müqavilələr yolu ilə) təhsil almış şəxslər eyni təhsil səviyyəsi üzrə yenidən müraciət edə bilməzlər.

Namizədlər, bir akademik ildə ilkin seçimi Təhsil Nazirliyi tərəfindən aparılan yalnız bir ölkənin təqaüd proqramına müraciət edə bilərlər. Bu qayda yalnız müvafiq təqaüd proqramının müsahibə mərhələsinə buraxılmış şəxslərə şamil edilir.

Namizədlərdən tələb olunan sənədlər:

  • CV (rus və ya belarus dillərində, maksimum 2-3 səhifə)
  • Ümumtəhsil müəssisəsindən xasiyyətnamə rus və ya belarus dilində tərcümə-təsdiq olunmuş sürəti (əgər oxuyursa);
  • Ümumvətəndaş pasportunun ilk 3 səhifəsinin surəti;
  • Sağlamlıq haqqında arayış (HİV sertifikatı da daxil olmaqla)
  • Attestat və ya orta ixtisas diplomunun rus və ya belarus tərcümə-təsdiq olunmuş surəti;
  • Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilmiş təhsil aldığınıza dair arayış və ən son tarixli transkript/fənlər üzrə akademik göstəricilərin rus və ya belarus dilinə tərcümə-təsdiq olunmuş surəti;
  • Motivasiya məktubu (250-500 sözlük, rus və ya belarus dilində);
  • Rus və ya belarus dilini bildiyinə dair sertifikat və ya arayış.

Qeyd: Belarusun müvafiq ali təhsil müəssisələri və təklif edilən ixtisaslar, tədris olunacaq proqram, təqaüd veriləcək təhsil haqqı məbləğləri və digər məlumatlarla bu linkdən tanış olmağınız tövsiyə edilir.

Əgər Siz Belarusda yox Avropanın və Amerikanın ən qabaqcıl TOP universitetlərində təhsil almaq istəyirsinizsə CELT -in Xaricdə Təhsil Proqramına müraciət edin.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.