İmtahan öncəsi sınaqlar

İndi hal-hazırda bir sıra beynəlxalq imtahanlar mövcuddur. Bunlara nümunə olaraq TOEFL, IELTS, SAT,GRE, GMAT və s. Bu imtahanlar hər biri ayr-ayrı funksiyanı yerinə yetirsə də ortaq  məxrəcləri də vardır. Ortaq məxrəclərindən biri bu imtahanlar xaricdə təhsil alan tələbələr üçün nəzərdə tutulmasıdır. Məsələn,TOEFL və IETLS hər ikisi beynəlxalq ingilis dili imtahanlarıdı və dünyanın bir çox universitetləri tərəfindən tanınır. SAT imatahanı  Türkiyədə təhsil almaq  universitetlər tərəfindən tələb olunan imtahandır. Öyrəncilər bu imtahanları verməmişdən əvvəl  sınaq edirlər özlərini,yəni test edirlər.

İmtahan öncəsi sınaqların əhəmiyyəti

Hər bir abitruyent öyrəndiklərini yoxlamaq üçün sınaq imtahanlarında mütəmadi olaraq istifadə edirlər. Bu təhsilin bir çox sahələrində tətbiq olunur. Amma yuxarıda  qeyd olunan imtahanları verməmişdən əvvəl sınağa girmək vacibdir. Gəlin imtahan öncəsi sınaqların bəzi əhəmiyyətli funksiyalarına nəzər yetirək:

  • Özünə inamın yaranması
  • Hansı mövzuda zəif olduğunu bilmək
  • Bilmədiklərini öyrənmək
  • İmtahana kifayət qədər hazırlıqlı olmaq
  • İmtahanı verərkən  həyəcanın olmaması

Bütün bunlar buna aid olan funksiyaların bir qismidir. Birinci funksiyada qeyd etdim ki, “özünə inamın yaranması”. Bu o demək deyil ki, sınaqda yüksək nəticə əldə etdikdən sonra özünə əmin olub heç bir dərs oxumayasan. Əksinə imtahan öncəsi  sınaq hansı mövzuda zəif olduğunu ortaya çıxartmaq, zəif nöqtələrini gücləndirmək üçün nəzərdə tutulmuşdur. Məsələn, TOEFL imtahanı  üçün sınaq imtahanı verərkən burada writing (yazı) və reading (oxu) bölmələrindən yüksək bal topladın, amma digər bölmələrdən az. Deməli bundan nəticə çıxardıb həmin bölmələri yenidən nəzərdən keçirtmək və nədə səhv etdiyini bilmək vacibdir.Bu rakursdan baxdıqda  sınaq imtahanlarının bu sahədə böyük əhəmiyyəti vardır.

Gəlin başqa bir funksiyaya bir qədər aydınlıq gətirək. “İmtahana kifayət qədər hazır olmaq”. Təbii ki, imtahana tam hazırlıqlı olmaq nadir hallarda mümkün olur. Hər bir  öyrəncinin bilmədiyi nəsə vardır. Artıq bir çox öyrəncilər imtahandan öncə özlərini bir neçə dəfə test edirlər.Əgər tələbə sınaqlarda  yaxşı nəticələr əldə edirsə, artıq imtahanda həm həyəcandan xilas olur, həm də bir qədər əminlik olur. Amma tələbənin özünə tamamilə, əmin olması  heç də yaxşı əlamət deyil. İstənilən nöqteyi-nəzərdən baxsaq sınaqlar tələbəyə geniş imkanlar yaradır.

Sınaq imtahanın bundan başqa digər bir əhəmiyyətindən danışacam. Əlbəttə ki, yaşadığımız dünyada informasiya texnologiyalarının üstünlük təşkil etdiyi başqa sahələrdəki kimi artıq beynəlxalq  imtahanlarda da geniş  tətbiq olunur. TOEFL imtahanı tamamilə, kompyuter vasitəsilə keçirilir. Təkcə ,TOEFL deyil, SAT,GRE,GMAT imtahanları da tamamilə kompyuter vasitəsilə keçirilir. Əlbəttə ki, kompyuterdən sərbəst istifadə etməyən bir şəxs bu imtahanlardan birini verəndə bu sahədə çox çətinlik çəkir. İmtahan zamanı müxtəlif  yanlışlıqlara yol verdiklərindən aşağı nəticə toplayırlar. Lakin imtahandan əvvəl üç-dörd dəfə sınaqda olan öyrənci artıq imtahanda tam sərbəst şəkildə imthan verir.Deməli bu baxımdan da baxsaq sınaqların rolu öyrəncilərin biliklərini test etmək üçün ən yaxşı vasitədir.

Bu sahədə başqa bir məqamı vurğulamaq istərdim. Bəzi tələbələr var ki, sınaqda yüksək bal yığdığı halda, imtahanda aşağı nəticə əldə edir. Əgər sınaqda yüksək nəticə əldə edirsə, deməli bu tələbənin biliyi var, sadəcə olaraq bunu tətbiq edə bilmir, yəni imtahan zamanı istifadə edə bilmir. Bu təbii ki, imtahan zamanı olan həyəcan və digər psixoloji təsirlərdən baş verə bilər. Fikrimcə, bu kimi tələbələr nə qədər çox sınaq imtahanlarına getsələr bir o qədər əhəmiyyətli olar onlar üçün.

Əvvəllər Azərbaycanda beynəlxalq imtahanların sınaqları az olmasına baxmayaraq hal-hazırda çoxdur. İlk dəfə IELTS sınaq imtahanını Azərbaycanda tətbiq edən CELT Colleges bu gün bütün imtahanların sınaqlarını təşkil edir. Bu imtahanlara TOEFL,IELTS,SAT və digər imtahanlar sınaqları daxildir. Əgər sizdə imtahanda yüksək nəticə əldə etmək, özünüzün imtahanda sərbəst olmağınızı  istəyirsinizsə, CELT Colleges təhsil mərkəzinin sizlər üçün təşkil etdiyi  beynəlxalq imtahanların sınaq imtahanlarından  istifadə edə bilərsiniz.

CELT  Elmlər Akademiyası

Ələsgər Ələkbərov  küç. 535/27

Vergilər Nazirliyinin yanı

Tel: 012 408 4320

 

 

104 thoughts on “İmtahan öncəsi sınaqlar”

  1. Salam. Yaxin 1 ayda İELTS uzre sinaq imtahani kecirilecek? Kecirilecekse, vaxt ,qeydiyyat ve prossedurla bagli melumat vere bilersiniz?

    1. Fərid Kərimov (Admin)

      IELTS sinagina istediyiniz vaxt gelib yazila bilersiniz. gelib yazildiqdan sonra 2-3 gun sonra sizincun vaxt teyin olunur ve imtahan veririsiniz

    2. wow. it took some courage to write this. and its sad that you had to go thogurh a lot for her. this shows that she has plenty of issues. i mean you did do a lot for this girl. and yeah your friends do have a point. seems like shes just taking advantage of you.(although you didn’t mention this I’m guessing they were thinking this) heart breaks do suck but i bet if you keep yourself occupied you’ll manage. go out and have fun with your friends, or pick up a hobby. and best advice i can give is to stay away from her. that is until you can be around her and think of her as just a friend.cheer up someday you’ll find someone else. that would treat you better than her.

  2. salam men 1ci kurs tibb telebesiyem.tehsilimi turkiyede davam elemek isteyirem.bunun ucun ancag sat imtahani vermek lazimdi? ve imtahan suallari hansi fenlerden dusur? gebul olmag ucun minimum ne gder toplamag lazimdi? telebe sayinda mehdudiyyet varmi yoxsa kecid balini yigan her bir telebe tehsil ala biler? birde ki men odenisli oxuyuram eger gebul olsam odenis hagginda bir deyisiklik olmayacag ki?

    1. Fərid Kərimov (Admin)

      Salam. Twrkiyede davam ede bilersiniz amma orada 1-cu kirsdan baslayacaqsiniz cunki onlar bizim tibb derslerini tanimirlar. SAT imtahani kifayetdi. iki fen olur rizaziyyat ve ingilis dili. minium 1500 bal lazimdir. orada odenisli oxuyacaqssiniz amma dovlet size teqaud vere biler

  3. salam.men bu il tibb universitetinin mualice isi fakultesine qebul olmusam.ikinci kursdan xaricde tehsil almaq isteyirem.691 bal toplamisam ve prezident teqaudcusuyem.lakin ingilis dili bilmirem.turkiyede tehsil almaq ucun dil bilmek vacibdirmi?siz ingilis dilini ne qeder muddete oyrede bilersiz?

    1. Fərid Kərimov (Admistrator)

      Salam. Xaricdə təhsil almaq üçün dil bilmək vacib şərtlərdəndir. İngilis dilini 1 il müddətində tamamilə öyrədə bilərik əgər tələbə də maraq göstərərsə

  4. eger imtahan verib kecsek xaricde tehsil alanda dovlet hesabina olanda teqaud verirler? ve ya universitetlerin ozunde telebeye teqaud verirlermi?

      1. I love castles, too! My finace and I visited the UK in September and castles were a big part of our itinerary we saw the Tower of London, Edinburgh castle, Lindisfarne castle, and my favourite, Alnwick castle. Alnwick was spectacular (and was used for the Quidditch lesson scenes in the first Harry Potter movie )

    1. Fərid Kərimov (Admistrator)

      Salam. Ən yüksəviyyəyə çatdırmaq üçün təbii ki, çox çalışmanız lazımdır. Siz bizim kurslara gələrək ingilis dilini ən aşağı səviyyədən yüksək səviyyəyə qədər öyrənə bilərsiniz. Məsləhət o ola bilər məqsədiniz olsun.Məqsəd olduqdan sonra öyrənəcəksiniz.

  5. Salam, xaricde tehsille bagli etrafli melumat almaq ucun muraciet etsem lazim olan melumati vereceksinizmi? cox kurslara muraciet etmiwem etrafli melumat ala bilmemiwem. Teqaud proqramlari ile maraqlaniram. dovlet hesabina istemirem, oz hesabima da pulum yoxdur. Bir meslehet vere bilersiniz? Ixtisasim hidroloqdur. BDU-nu bitirmiwem.

    1. Fərid Kərimov (Admistrator)

      Salam Günay xanım.Məsləhət verərik,amma siz dövlət təqaüdün istəmirsinizsə, hardan təqaüd almaq fikriniz var? Düzdü bəzən universitetlərin özündə və yaxud da hər hansısa proqramla getmək olur. Amma o da çox az hallarda olur. Biz sizə sadəcə təhsil haqqı olmayan universitetləri təklif edə bilərik. yaşayaınızı özünüz təmin etməlisiz

    1. Fərid Kərimov (Admistrator)

      Əgər sınaq imtahanlarını nəzərdə tutursunuzsa, istənilən vaxt keçə bilərsiz sınaq imtahanından. Bu ünvanda keçə bilərsiz

      CELT İçəri Şəhər (Baş Ofis)

      Məmməd Əfəndiyev küç. 6

      İçəri şəhər metrosu ( Axundov Bağı)

      Tel: (012) 492 6853

    1. Fərid Kərimov (Admistrator)

      Tural, bunun ciddiyətə heç bir bağlılığı yoxdur. Sadəcə olaraq hər gün bura 40-50 şərh gəlir və bunların hamısın cavablandırmağa çalışırıq. Ola bilər hansı sualı görməmişik cavablandırmamışıq. Elə olduğu halda sualı yenidən yazın və cavab verəcəyik. Biz maksimum dərəcədə çalışırıq ki, insanlara məlumat verək.

  6. salam, biz isteyirik 4 neferlik qrup yaradilsin ingilis dilinden (75 azn) hazirlawmaq ucun artiq 2 nefer var ve 2 nefere ehtiyac var, bawlamaq isteyen varsa yaxin zamanda, burdan elaqe saxlarsa sevinerik.. admin bunu elan kimi bu sayda yerlewdire bileceyimiz yer olar ??? tewekkurler..

    1. Fərid Kərimov (Admistrator)

      Sizin ən optimal variant budur. Siz gəlib yazılın kurslara sonra başqa tələbələr olur yazılan,sonra 2 nəfər yazılarsa biz xəbər edərik

  7. Salam. Bezi kurslarda sinaq imtahanlarinda TOEFL uzre materiallar muxtelif kitablarin (kaplan, cambridge ve s.) CB versiyasi uzre dushur. Sizin materiallar neye esaslanir?

    1. Sınaq imtahanını istənilən vaxt verə bilərsiniz. Bu ünvana gəlib verə bilərsiz

      CELT İçəri Şəhər (Baş Ofis)

      Məmməd Əfəndiyev küç. 6

      İçəri şəhər metrosu ( Axundov Bağı)

      Tel: (012) 492 6853

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next