“İLK ADDIM” Celt Kids – Uşağınızın sağlam addımı!

Həyatda hər bir insan ilk addım atır. İnsanın həyatda  addımlardan asılı olaraq onun həyatı qurulur. Uşaq doğulanda, yeriməyə başlayanda, dil açanda, uşağın etdiyi hər bir ilk onun valideynlərinin, yaxınlarının çox böyük sevincinə səbəb olur. İnsanların hər biri,  ətrafında  hər gün böyüyən uşaqların inkişafına və həyatı öyrənməsinə yardımçı olur. Bu proses istəyərəkdən və istəməyərəkdən baş verir. Çünki uşaqlar doğulduğu andan etibarən dünyanı öyrənməyə başlayırlar.

Bu gün mən Sizlərə Celt College Şirkətinin uşaqlar üçün nəzərdə tutduğu CeltKids Mərkəzindən danışacağam.

Bir neçə gün əvvəl bloq yazmaq üçün həmin bu mərkəzlərin birinə baş çəkməyə qərar verdim. Qeyd edim ki, Celt Kids Mərkəzləri Bakıda iki ünvanda fəaliyyət göstərir.

Deməli  saat səhər 9 radələrində evdən çıxdım ki, hardasa saat 10 radələrində həmin Mərkəzdə olum. Qeyd edim ki, bu getdiyim Celt Kids Mərkəzi Nərimanov metrosu yaxınlığında, Təbriz küçəsi 100A ünvanında yerləşir. Metrodan çıxdıqdan sonra həmişə olduğu kimi GPS işə saldım ki, bu qeyd olunan ünvanın hansı istiqamətdə olduğunu öyrənim. Qeyd edim ki, GPS ilk olaraq məni düz istiqamətə yönləntmədi ki, metordan çıxarkən MetroPark istiqamətinə yollandım və yaxınlıqdakı iaşə obyektlərində çalışaninsanlardan buranın hansı ünvan olduğunu soruşduqda Təbriz 98, 99, 100 və sairə ünvanları dedilər ki, normalda düz istiqamət olduğunu hesab edərək yolumu davam etdim. Nəisə uzun sözün qısası, səhv istiqamətdə olduğumu anlayaraq əks istiqamətə ( MetroPark tərəfə yox, ona əks istiqamətə) hərəkət etməyə başladım. Bir neçə dəqiqə irəlilədikdən sonra qarşıdakı döngədə CeltKids Mərkəzini tapdım (Arçelik mağazasının yanı). Mərkəzin qarşısına yaxınlaşdıqda içəri daxil olmazdan öncə bir neçə saniyə dayanıb gülümsədim. Yadıma “Alisiya Nağıllar ölkəsində” filmi düşdü J Alisiya olmasamda, lakin bu Mərkəzi tapmağım və demək olarkı, Nərimanov adlnana bu ərazinin hər tərəfini gəzməyim və sonda qarşısında dayandığım, Mərkəzin daxilində çox gözəl nağıllara bənzər mənzərələri  görməyim, bu filmi mənə xatırlatdı ki, bura daxil olduqda nə görəcəyim və sairə suallar yavaş-yavaş yaranmağa başladı.

Nəzərnizə çatıdrmaq istərdim ki, Celt Kids Mərkəzi çox əlverişli ünvanda yerləşir. Lakin məndə küçələrdə ünvanların ardıcıl olmaması çaşqınlıq yaratmışdır. Qeyd edim ki, Nərimanov metrosundan MetroPark istiqamətinə əks istiqamətdə çıxaraq, 100-150 metr irəliyə irəlilədikdən sonra qarşınızdakı binanın sonunda sol tərəfə döngəyə baxdıqa (Arçelik mağazasının yanı)  CeltKids Mərkəzini  görəcəksiniz. Bu ərazi üçün əlverişli ünvanda yerləşən Mərkəz uşaqlarınızın təhsili və özünü ifadə etmə bacarıqlarının inkişafı üçün çalışır.

Mərkəzə daxil olan kimi çox xoş bir enerji hiss etdim. Çünki Mərkəzin çox gözəl dizaynı və gələn insanları qarşılayan xanımın çox gözəl aurası və münasibəti insanın çox gözəl bir yerdə olduğu təsəvürünü yardırdı. Mərkəzin daxili nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilmişdir. Çox təmiz, səliqəli və işıqlı olan bu Mərkəz doğurdan da məni nağıllar aləminə apardı J

Səhər olduğundan ofisdə dərslər yeni başlayırdı. Ofisin otaqlarını gəzərək hər yeri diqqətlə müşahidə edirdim. Mərkəzdə rəsm otağı, musiqi otağı, əyləncə otağı, dil kursları üçün nəzərdə tutulan otaqlar çox gözəl və əlverişli formada hazırlanmışdı ki, uşaqlar bu otaqlarda özlərini çox rahat və öz evlərində olduğu kimi hiss edə bilərlər. İlk olaraq ofisə daxil olub müəlliməyə uşağı təhvil verən valideyni gördükdə anladım ki, doğurdan da bura valideynlərin öz evləri kimi güvəniləcəyi bir yerdir.

Keçək ilk dərsimizə, deməli ilk olaraq mən rəsm dərsində müşahidələr apardım. Müşahidə etdiyim dərsdə iki balamız Ələkbər və Nuray adlı iki şirin bala iştirak ediridi ki, müəllimənin onlara qarşı çox gözəl doğma münasibəti, uşaqların hər ikisinin özlərini çox rahat doğma bir insanın yanında olduğu kimi hiss etmələri və sərbəst hərəkət etmələri çox gözəl idi. Burada uşaqlara rəsm çəkməklə yanaşı , dünyada olan və uşaqların qavramaq və öyrənmək məcburiyyətində olduqları vasitələri, amilləri, canlıları və ümumilikdə hər bir şeyi  olduğu kimi öyrədib çatdırılar. Bu da uşağın dünya görüşünün, biliyinin, həyatı və dünyanı analiz edib nəticə çıxarmaq bacarıqlarını inkişaf etdirir.

Qeyd edim ki, uşaqlara suallarımı ünvanladım. Onların hər ikisi çox sərbəst şəkildə suallarıma cavab verirdilər. Ələkbər polis olmaq istəyir, oğruları tutmaq üçün, Nuray isə rus dili müəlliməsi olmaq istəyir J Aydın məsəldir ki, onlar böyüdükcə istəkləri də hər na dəyişə bilər. Bu qaçılmazdır. Lakin uşağın rahat, sərbəst ünsiyyətə daxil olması və tanımadığı insana düzgün düşüncəli cavab verməsi bu çox gözəldir. Əminəm ki, məhz bu uşaqların bu formada inkişaf etmələrində bu Mərkəzin və bu Mərkəzdə fəaliyyət göstərən peşəkar müəlimmlərin çox böyük rolu vardır.

–      Şəkillərdə uşaqların rəsm dərsi ilə tanış ola bilərsiniz.

Daha sonra İngilis dili dərsinə daxil oldum. Qeyd edim ki, ilk olduğum dərs individual dərs idi. Burada da çox gözəl ortamda dərs keçirilidi. Müəllimə və şagird münasibətləri dərsin çox gözəl formada keçirilməsinə şərait yaratmışdı. Bu qeyd etdiyimi müəllim və tələbəyaxud şagird münasibətlərini mən Celt-in Baş Ofisində olan dərslərdə də müşahidə etmişdim. Görünür bu Celt-in əsas prinsiplərindəndir.

Müəlliməyə dərsliklər, dərs saatları və sairə dair suallarımı ünvanladım. Qeyd edim ki, İngilis dili dərsləri həftədə 3 gün, hər dərs 1 saat olmaqla keçirilir. Onu da nəzərnizə çatdırım ki, dərsin müddətinin məhz 1 saat olmasının səbəbi, uşaqların yorulmaması və keçirilən dərslərin uşaqların rahata qavramalarına şərait yaratmasına xidmət edir. Yəni bu 1 saat ərzində keçirilən hər hansı bir dərs çox asan və rahat yol ilə uşaqlara çatdırırlır ki, buda onların dili qavramaq qabiliyyətini inkişaf etdirir və dərsi öyrənməyə həm həvəs yaradır, həm də uşaqlar üçün öyrənmək rahat olur. Qeyd edim ki, dərslər böyük uşaqlar üçün yəni (10-11 yaş və daha yuxarı) Cambridge University Press-ə məxsus “Vocabulary in use” dərsliyindən tədris olunur. Daha kiçik uşaqlar üçün isə dərslər Oxford University Press-ə məxsus “FirstFriends” dərsliyindən tədris olunur. Dərslərin hər birində uşaqların danışıq, dinləmə, oxuma, yazma bacarıqlarını artırmaq üçün müxtəlif yüksək səviyyəli innovativ üsullardan istifadə olunur.

–      Yuxarıda qeyd etdiyim hər iki yaş həddinə aid dərslərin fotoşəkillərini Sizlərə təqdim edirəm.

Hələlik bu qədər….

Son olaraq onu qeyd etmək istəyirəm ki, əgər uşaqlarınızın, yaxud yaxınlarınızın, dostlarınızın uşaqlarının inkişafını, sağlam addım atmalarını istəyirsinizsə, o zaman uşaqlarınızı Celt Kids Mərkəzinə etibar edin. Çünki hal-hazırda informasiya çoxluğu və  çox təəsüf ki, bu informasiya çoxluğunda  yalnış və səhv informasiyaların mövcud olması uşaqların, yeniyetmələrin tərbiyəsinin, inkişafının səhv istiqamətlənməsinə səbəb olur. Odur ki, uşaqlarınızı düzgün informasiya axınına buraxıb, özlərini ifadə etmə bacarıqlarının, dil biliklərinin inkişaf etdirmək üçün Celt Kids Mərkəzinə gətirin.

Celt Kids – Uşağınızın sağlam addımı!

Uğurlar J

6 thoughts on ““İLK ADDIM” Celt Kids – Uşağınızın sağlam addımı!”

  1. Salam Buranın aylığ ödənişi nə qədərdi bu haqdada yazsaydız yaxşı olardı 2qız uşağı var 3yaşı olacağ oktyabırda onları bu mərkəzə yazdırmağ istəyirəm ama ödənişi bilsəm yaxşı olardı.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next