Dünya universitetlərində təhsil olmaq üçün müxtəlif beynəlxalq imtahanlar tələb olunur. Bu imtahanlar ölkədən – ölkəyə, universitetdən – universitetə dəyişə bilər. TOEFL və IELTS dünyanın bir çox universitetləri tərəfindən qəbul olunan beynəlxalq ingilis dilini təsdiq edən imtahandır. Bu imtahanları bir çox dünya universitetləri qəbul etsə də, bəzi universitetlərdə mövcud olan ixtisaslar var ki, onlar özünəməxsus spesifik imtahanlar tələb edirlər. Bu imtahanlar xüsusi dərəcələrə və universitet reytinqinə görə dəyişə bilər. Belə ölkələrə Amerika Bişləşmiş Ştatlarında olan universitetləri nümunə göstərmək olar. Burada Bakalavr oxumaq üçün çox vaxt SAT imtahanı tələb olunur. Bu imtahan bir növ Azərbaycanın TQDK imtahanın əvəzedicisinə bənzəyir, amma çoxlu fərqləri var.
Bundan başqa magistr və doktorantura təhsili almaq üçün GRE və GMAT imtahanları vermək tələb olunur. Bu imtahanlar tələbənin ingilis dili biliyi ilə yanaşı, digər elmi biliklərini testdən keçirir. Misal üçün, SAT imtahanında tənqidi oxuma adlı bölmə var ki, tələbələr bundan imtahan verərəkən,təkcə, ingilis dili oxuma bacarıqları ilə yanaşı, müxtəlif mövzulara tənqidi münasibət formalaşdırır. Bu cəhətdən bu kimi imtahanların tələbələrin intelektli bir şəxs kimi formalaşmasında mühüm rol oynayacıqdır.
Bəzən GRE, GMAT kimi imtahanların TOEFL və IELTS kimi beynəlxalq imtahanlarından daha çətin olduğunu qeyd edirlər. GRE və GMAT imtahanlarının çətinliyi ondan ibarətdir ki, burda əsasən ingilis dili səviyyəsi deyil, məntiqi yanaşmalar və ümumi bilik bacarıqları yoxlanılır. Həmçinin digər fənlərdən də tələbələr sınaqdan keçirilir. Əvvəlki yazılarda TOEFL və IELTS imtahanları haqqında oxuculara məlumat vermişdik. Bu yazıda isə siz GRE,GMAT və SAT imtahanları haqqında məlumat ala bilərsiniz.
GMAT nədir?
GMAT (Graduate Management Admission Test) Amerika Birləşmiş Ştatlarında magistr (MBA) və iqtisadiyyat üzrə doktorantura dərəcələrində təhsil almaq istəyənlər bu imtahandan keçməlidir. Belə ki, Amerika universitetlərinə magistr dərəcəsi və yaxud da doktorantura üçün müraciət etdikdə sizdən GMAT imtahanı tələb olunacaq. Bu bütün universitetləri əhatə etmir. Bəzi dəqiq elmlər var ki, onlar üzrə magistr təhsili almaq istəyəndə bu imtahan tələb olunur. Bu imtahan dünyanın müxtəlif yerlərində keçirilir. Həmçinin bu imtahana hazırlıqlar da bir çox ölkələrdə mövcuddur. GMAT üç əsas bölümdən ibarətdir:
- Oxuma (verbal)biliklər
- Riyazi (quantitative) biliklər
- Analitik yazı (analytical writing) biliklər
GMAT imtahanı da TOEFL imtahanı kimi kompyuter vasitəsilə keçirilir. Lakin dünyanın bəzi ölkələri var ki, orada kompyuterlə imtahan vermək mümkün olmadıqda yazılı olaraq GMAT imtahanı vermək mümkündür. Qeyd etdiyim kimi GMAT imtahanında ingilis dili səviyyəsi ilə yanaşı, digər vacib olan ixtisaslardan da səviyyə yoxlanılır.
GMAT imtahanı hal-hazırda yalnız MBA proqramı üçün daha da məşhurdur və dünyanın ən reytinqli universitetləri MBA üçün bu imtahandan yüksək nəticə tələb edirlər. Təkcə Amerika deyil, eyni zamanda bir çox ölkələrin güclü universiteteləri bunu tələb edir.
SAT nədir?
SAT (Scholastic Aptitude Test) Amerika Birləşmiş Ştatlarında bakalavr təhsili almaq istəyənlər üçün tələb olunur. Amerikada bütün şagirdlər universitetə qəbul olunmaq üçün SAT imtahanı verirlər.SAT imtahanı iki qrupa ayrılır:
- SAT I – Reasoning Test
- SAT II – Subject Test
Bu imtahanlar The College Board tərəfindən keçirilir. SAT imtahanı iki qrupda olmasına baxmayaraq bir çox universitetlər əsasən SAT I tələb edirlər. Reytinqli universitetlər isə hər iki SAT imtahanını tələb edirlər. SAT imtahanında hər bölmə üzrə minium bal 200, maksimum bal isə 800 baldır( yəni toplam maksimal 2400). Yüksək səviyyəli universitetlərə qəbul olmaq üçün hər kmponent üzrə ən azı 600 – 700 bal toplamaq lazımdır. SAT üç növü vardır: Yazı (writing), tənqidi oxuma (critical reading), Riyaziyyat (mathematics). Müddəti 5 ildir.
Son zamanlar Azərbaycanlılar üçün önəmli ölkə olan Türkiyə universitetləri də YÖS imtahanını ləğv edərək SAT imtahanı tələb edirlər. Belə ki, yaxşı Türkiyə universitetlərinə qəbul olmaq üçün SAT və üstəgəl TOEFL imtahanı vermək tələb olunur. Bu daha çox ingilisdilli proqramlara aid olur. Bununla yanaşı proqram Türk dilində olarsa, o zaman TÖMER və ya ALES imtahanı verməlisiniz. Əks halda bakalavr dərəcəsinə başlamazdan əvvəl bir il türk və ya ingilis dilini oxumaq lazımdır.
GRE nədir?
GRE (Graduate Record Examination) Amerika Birləşmiş Ştatlarında magistr və doktorantura təhsili almaq üçün verilən imtahandır. Dünyanın bir çox məşhur universiteteləri də humanitar fənlər üzrə (iqtisadiyyatdan başqa) GRE imtahanını tələb edirlər. Əsasən dəqiq fənlər üzrə təhsil almaq istəyənlər üçün nəzərdə tutulub. İki qrup ayrılır:
- GRE General Test
- GRE Subject Test
GRE General Test imtahanını magistr və doktorantura oxumaq istəyən hər kəs veməlidir. GRE Subject Test isə bəzi universitetlər tələb edir. Bir çox universitet birinci GRE imtahanını tələb edir.
Bu imtahanların hər üçü Azərbaycanda keçirilir. Və təbii ki, Türkiyənin belə bir tələbindən sonra SAT imtahanına maraq iki qat artır.
Professional müəllim və suallarınız üçün bizə şərh yazın və ya zəng edin.
CELT Elmlər Akademiyası
Ələsgər Ələkbərov küç. 51
Elmlər Akademiyası metrosu
Tel: 012 408 4320
salam.toefl ile turkiye universitetlerinde magistr oumaq mumkundurmu?
Ozel universitetlerinde tehsil ala bilersiniz
sizde SaT kurslari varmi? ingilis dili ucun? ve ne zaman baslayir ? qiymetini falan yazsaniz ela olar.
Beli var. Bizim elmler ofisinde olur. Bu nomreye zeng vurun (012) 510 83 35
tskler……
Ales imtahani hada melumat vere bilersiz cox xahis edirem
Bu nomreye zeng vurun (012) 510 83 35 melumat ala bilersiniz
birde gre ile magistraturaya nece qebul ola bilerem turkiyede?
GRE imtahanini her universitet qebul etmir. hansi universitet qebul edirse o universitete qebul ola bilersiniz
salam kolleci bitirdikden sonra sat imtahani vasitesile turkiye imtahanlarina qebul ola bilerem?
Xeyr
Salam,Turkiyede tibb oxumaq ucun minimum ve maksimum ballar ne qederdi?xahis edirem mumkunse email adresime yazin.
Bu Universitetdən universitetə fərqlənir. Minimum 1800, maksimum nə qədər çox olarsa o qədər yaxşıdır
salam SAT 1 imtahani ile turkiyede tibb tehsili ala bilerem?
Bəli
Sat II -de hansi subjectlerden imtahan vermeliyik??? Birde mumkunduse Sat II haqqinda melumat vere bilersiniz?????????
salam bagislayin sizi narahat etdiyime gore lakin size vacib sualim var bu sual ozude meni narahat edir men sat imtahaniyla turkiyeye qebul olmaq isteyirem ve inwallah oktyabrda imtahan verecem lakin meni maraqlandiran suallar var birincisi tqdk teleb olunurmu cunki men buna hazirlawmamiwam ikincisi men 9 cu sinife qeder baki ozel turk liseyinde oxumuwam sonra maliyye problemlerine gore ordan cixib rayon mektebine yazilmiwam onu demek isteyirem ki men bu il attestat imtahani vereceyem turkiyede bu attestat kecerli midir?
SAT imtahanlari ne vaxt olur? En yaxin zamanda ne vaxt kecirilecek?
SAT imtahanlari hal-hazirda yoxdur.Sentyabr ayinda baslayacaq. Vaxtlari o zaman elan olunacaq
elgun muellim size bezi suallarim var siz celtin hansi sobesinde isleyirsiniz sizle sexsen sohbet etmek olar? turkiyede tehsille bagli?
CELT Bakı Soveti (Baş Ofis)
Məmməd Əfəndiyev küç. 6
İçəri şəhər metrosu ( Axundov Bağı)
Tel: 012 492 6853
Bu unvana gele bilersiniz. Olar
slm.men 3cu kursda oxuyuram.turkiye universitetlerinde magistratura oxumaq isteyrm.ne etmeliyem?sentybrdan hazrlassam zmn bes eder mene??
Salam. Türkiyədə oxumaq üçün əgər ingilisdilli proqramda oxumaq istəyirsinizsə SAT imtahani verməniz lazımdır. Türkdilli proqramla da təhsil ala bilərsiniz. Bu zaman TÖMƏR və yaxud da ALES imtahanlarından birini verməlisiz.Zaman məsələsi sizin özünüzdən asılı olan bir şeydi.
ALES imtahani haqqindan daha genish melumat vere bilersiniz?
ALES türkiyədə türkdilli proqramla təhsil almaq istəyənlər bu imtahanı verməlidir. Açıqlaması belədir: Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı
İldə iki dəfə olur yaz və payız ayları.
Salam men Amerikada Harvard universitetine qebul olmaq ucun ne qeder bal yigmaliyam. Birdeki eger sat imtahanindan lazim olan bali yigdiqdan sonra menim orda tehsilm dovlet hesabina olacaq?
Harvard universitetine butun ballar maksimum olmalidir. Cetindir ora qebul olmaq. Bizim merkezde ora qebul aparilmir
turkiyede bursla nece tehsil ala bilerem