Newcastle Universiteti tələbələri foundation ( baza təhsili ) üçün təqaüd proqrammı qazanmağa dəvət edir. Universitet tələbələr üçün 10 təqaüd ayırıb. Bu təqaüdlərdən 6-sı 2014-cü ilin Sentyabr başlanğıcı üçün, 4-ü isə 2015-ci ilin Yanvar başlanğıcı üçündür. Qeyd edək ki, foundation proqramı bakalavra qəbuldan əvvəl hazırlıq formasıdır.
Foundation proqramı aşağıdakı ixtisaslar üzrədir :
– Arcitecture
– Bussiness and Management
– Social Sciences
– Physical Sciences and Engineering
– Bilogical and Biomedical Sciences
Bu təqaüdə müraciət etmək üçün sizdən tələb olunan sənədlərə sizin minimum 5.5 IELTS nəticəniz olmalıdır. Bu təqaüd üçün xüsusi ərizə formasının doldurulması, hansı ki məzmunca sizin niyə həmin Universitetdə oxumağınız haqqında suallardan ibarətdir. Və motivation Letter ( 200 sözdən az olmamaq şərtilə ) .
Təqaüdün büdcəsi £15,900 -dur. Uğur qazanməş tələbələr 1 illik baza təhsili üçün illik təhsil haqqından azad olunmuş sayılırlar.
Təqaüdü üçün son müraciət tarixi Sentyabr qəbulu üçün 1-ci tarix 4 iyul 2014, 2-co müraciət tarixi 1 Avqust 2014
Yanvar ayı üçün son müraciət tarixi 7 Noyabr 2014-cü il.
Təqaüdün rəsmi səhifəsi və Ərizə forması üçün burdan məlumat ala bilərsiz: