ELAN! Dövlət Proqramı çərçivəsində Xaricdə Doktorantura Təhsili

Bu proqramın əsas hədəfi Azərbaycan ali təhsil müəssisələrinin akademik imkanlarının gücləndirilməsi məqsədilə dünyanın ən reytinqli universitetlərində doktorantların hazırlığını təmin etməkdir.

Bu proqrama cəlb olunacaq hədəf qrupları prioritet elm sahələri üzrə yüksək tədqiqat bacarıqlarına malik gənc tədqiqatçılardır.

Prioritet ixtisas istiqamətləri aşağıdakılardır:

1. Təbiət ixtisasları istiqaməti:

1.1. riyaziyyat;

1.2. mexanika;

1.3. astronomiya;

1.4. fizika;

1.5. kimya;

1.6. biologiya elmləri;

1.7. yer elmləri;

1.8. coğrafiya.

2. Kənd təsərrüfatı ixtisasları istiqaməti:

2.1. aqrar elmlər.

3. Səhiyyə və rifah ixtisasları istiqaməti:

3.1. tibb elmləri;

3.2. əczaçılıq elmləri;

3.3. səhiyyənin idarə edilməsi.

4. Texniki və texnoloji ixtisaslar istiqaməti:

4.1. texnika elmləri.

5. İqtisadiyyat və idarəetmə ixtisasları istiqaməti:

5.1. iqtisad elmləri.

6. Təhsil ixtisasları istiqaməti:

6.1. pedaqogika;

6.2. psixologiya;

6.3. təhsilin idarə edilməsi.

7. Humanitar və sosial ixtisaslar istiqaməti:

7.1. tarix;

7.2. sosiologiya;

7.3. hüquq elmləri.

Bu proqrama cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə 500-cü yerdən aşağı olmayan sırada yer alan universitetlərə qəbul olan şəxslər müraciət edə bilər.

Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi aşağıdakı xərcləri əhatə edir:

Namizədin xarici ölkənin ali təhsil müəssisəsində doktorantura səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisas istiqamətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 241 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları”na uyğunolması;

  • namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması;
  • namizədin bakalavr və ya magistr ali təhsil dərəcəsinəmalik olması;
  • namizədin təhsil almaq istədiyi və ya təhsil aldığı xarici ali təhsil müəssisəsinin (təhsil iki və ya daha artıq sayda xarici ali təhsil müəssisəsində aparıldığı halda, onların hamısının) beynəlxalq reytinqlərin (“Times Higher Education World University Rankings”, “Academic Ranking of World Universities”) hər hansı birində cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə 500 yerdən aşağı olmayan sırada yer alması:

Dünyanın ƏN YAXŞI universitetlərinə magistr və doktorantura pilləsinə qəbul olmaq istərdinmi? O zaman bizə müraciət et. Doktorluq (Phd) dərəcəsinə yol CELT -dən keçir… Ətraflı məlumat üçün bizə yazın.

Azərbaycan Respublikası ali təhsil müəssisəsinin xarici ali təhsil müəssisəsində təhsili başa çatdıqdan sonra namizədin pedaqoji fəaliyyətə cəlb edilməsi üçün onunla əmək müqaviləsi bağlamağa razılığının olması;

  • namizədin həqiqi hərbi xidmət keçməsi, yaxud xarici ali təhsil müəssisəsində təhsili başlayanadək çağırışa möhlətinin olması və ya çağırışdan azadedilməsi;
    Ətraflı: Müvafiq seçim qaydalarının 2-ci maddəsi.

Diqqət! Aşağıdakı hallarda namizəd müsahibəyə buraxılmır :

  • Müvafiq seçim qaydalarının 3.2-ci bəndinə uyğun olaraq tələb olunan sənədlər natamam təqdim edildikdə və ya həmin sənədlərdə uyğunsuzluqlar aşkar edildikdə;
  • Müvafiq seçim qaydalarının 2.2-ci bəndində göstərilən qaydada aparılmış qiymətləndirmə nəticəsində namizədin seçim meyarlarına uyğun olmadığı müəyyən edildikdə.

Son müraciət tarixi: 2 Avqust 2020 -ci il

Müaricət qaydası:

  1. Müraciət elektron ərizə sistemi vasitəsi ilə həyata keçirilir: Elektron ərizə sisteminə buradan keçid edə bilərsiniz.
  2. Elektron ərizəni doldurmağa keçmədən öncə müvafiq təhsil səviyyəsi üzrə tələb olunan bütün sənədlərin elektron surətlərini hazırlamağınız tövsiyə olunur;

8 thoughts on “ELAN! Dövlət Proqramı çərçivəsində Xaricdə Doktorantura Təhsili”

  1. Salam Mənim ixtisasım Beynəlxalq münasibətlər və diplomatiya üzrədir. Doktorantura təhsili maraqlanıram. Bu ixtisasda doktor təhsili yoxdu. Ancaq tarix üzrə verə bilərəm? Bir də ki mən hardan maraqlana bilərəm hansı unidə distant təhsil var?

  2. Salam,
    1. Mən bu il magisturaturaya qebul olmuşam 2023 cu ilin iyun ayında qismət olsa məzun olacam. hemin ilde TN-nin teqaud proqramı bitmiş olacaq?
    2. Menim ixtisasim artificial intelligence, machine learning dir. TN-i bu elm sahesini maliyelesdirer?

  3. Salam. Mən texnika elmləri sahəsində doktorantura ilə maraqlanıram. İstədiyim ölkə İngiltərə, ABŞ. Mümkünmü? Bunun üçün Sizin köməkliyinizlə nələrə nail olmalıyam? İELTS sertifikatı alsam burda sizdə, sonra qəbul necə baş verəcək?

  4. Salam.Mən doktora tehsili ile maraqlaniram.qebul almaq uchun neynemeliyem.dil sertifikatim yoxdu aldiqdan soram qebul nece olacaq.xaricde tehsil almamiwam hec universtetlere qebul haqda melumatim yoxdu chox.Stomatologiya ixtisasim.

    1. Salam. Tibb sahəsində PhD yoxdur. Rezidentura var. Siz rezidenturaya qəbul olmalısınız. Hər ölkənin öz imtaanı var və gərək dilini biləsiniz. Məsələn Türkiyə üçün TUS imtahanı var.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next