Cənubi İspaniya sahillərində Biznes təhsili – Schellhammer Business School

Schellhammer Business School, 2009-cu ildə Cənubi İspaniyada yerləşən Estepano şəhərində fəaliyyətinə başlamışdır. Universitet Cənubi İspaniyada ingilis dilində təhsil verən ilk biznes universitetidir və Accreditation Service for International Schools, Colleges and Universities (ASIC) tərəfindən akkreditasiya edilmişdir. Bu səbəbdən də Avropada yerləşən bir çox assosiasiya tərəfindən tanınmaqdadır. Bundan əlavə SBS, Marketing və Management sahələri üzrə bir neçə dəfə mükafata layiq görülmüşdür. Universitet 2017-ci ildə hal-hazırda fəaliyyət göstərdiyi 60 hektarlıq ərazini əhatə edən kampusa köçürülmüşdür ki, bu kampus daxilindəki yataqxanası 4 ulduzla qiymətləndirilmişdir.

SBS, hər bir tələbəyə iş dünyasının gələcəkdə qarşılaşacağı problemlərlə əlaqəli, onlara gələcək həyatlarında uğur qazanmaları üçün təməl mahiyyətini daşıyacaq təhsil proqramlarını təklif edir. Schellhammer Business School tələbələri ən qiymətli məqsədlərini gerçəkləşdirə bilmələri üçün bütün vasitələrlə, bilik və bacarıqla təmin olunurlar. Schellhammer Business School, beynəlxalq tələbələr üçün tamamilə ingilis dilində tədris olunan Bakalavr, Magistr və MBA proqramları təklif edir. Tələbələr seçimlərindən asılı olaraq kampus təhsili və ya online şəkildə təhsil ala bilərlər. Bundan əlavə təhsil proqramlarına müxtəlif dil kursları (ispan dili, fransız dili, rus dili, italyan dili, alman dili və s. dil kursları) da daxildir.

SBS, aşağıdakı ixitisaslar üzrə kampusda tədris olunan bakalavr və magistr proqramları təklif edir:

Bakalavr Proqramları:

– Business Administration
– International Marketing
– Hospitality Management
– Psychology
– Humanities

Magistr Proqramları:

– Business Administration
– International Marketing
– Global Hospitality Management
– Global Leadership
– Psychology
– Humanities

Universitet distant təhsil almaq istəyən tələbələr üçün isə aşağıda qeyd olunmuş online proqramları təklif edir:

Online Bakalavr Proqramları:

IT and Computing
Sales and Marketing
Business Management
Accounting and Finance
Human Resource Management
Leadership and Team Working
Hotel and Hospitality

Online Magistr Proqramları:

– Business and Administrative Management
– Business Administarion (MBA)

SBS, həmçinin, bakalavr pilləsi üzrə təhsilə birbaşa qəbul ola bilməyən tələbələr üçün həm kampusda, həm də online şəkildə tədris olunan Foundation (Hazırlıq) proqramı təklif edir. Belə ki, tələbələr bir il müddətini əhatə edən proqramı bitirdikdən sonra istər Schellhammer Business School’da, istərsə də başqa bir universitetdə təhsillərini davam etdirə bilərlər.

Qəbul şərtləri və Müraciət tarixləri

Schellhammer Business School’a bakalvr pilləsi üzrə qəbul olmaq istəyən tələbələrin ən azı 18 yaşı olmalıdır. Bu o deməkdir ki, 11 illik məktəb təhsilini bitirən tələbələr bu təhsilə əlavə olaraq bir il də akademik təhsil almalı və ya universitetin təklif etdiyi Foundation (Hazırlıq) proqramı üzrə 1 il təhsil almalıdırlar.

Bakalavr pilləsi üzrə ümumi tələblər aşağıdakı kimidir:

Minimum 18 yaş
– 11 illik məktəb təhsili + 1 il akademik təhsil / 1 il Foundation (Hazırlıq)
– IELTS 6.0+

Magistr təhsili üçün ümumi tələblər isə belədir:

– Uyğun sahə üzrə bakalavr təhsili
– IELTS 6.5+

Universitetə müraciət etmək istəyən tələbələr üçün son müraciət tarixi yoxdur. Tələbələr bütün il boyu müraciət edə bilərlər. Sadəcə vizaya ehtiyacı olan beynəlxalq tələbələr 3-4 ay əvvəlcədən müraciət etməlidirlər ki, vizalarını əldə edə bilmək üçün kifayət qədər vaxtları olsun və təhsillərinə vaxtında başlaya bilsinlər.

Təhsil haqqı və yaşam xərcləri

Schellhammer Business School’da Foundation (Hazırlıq) proqramı üzrə təhsil almaq istəyən tələbələr üçün 1 il müddətini əhatə edən proqramın ödənişi 14.500 avro olaraq müəyyən edilmişdir.

Universitetin kampusda tədris olunan bakalavr proqramları 3 il müddətini əhatə edir və hər bir il üçün nəzərdə tutulmuş təhsil haqqı 16.500 avro təşkil edir. Magistr proqramları üzrə təhsil haqqı isə 18.500 avrodan ibarətdir. Online şəkildə tədris olunan Foundation proqramı üçün təhsil haqqı 7.250 avro, Bakalavr proqramları üçün 8.250 avro, Magistr proqramları üçün isə 9.250 avro təşkil edir.

Tələbələri ən çox maraqlandıran bir digər sual isə gedəcəkləri ölkədə yaşam xərcləri üçün kifayət edəcək minimum məbləğdir. Schellhammer Business School’da təhsil almaq istəyən tələbələr üçün illik yaşam xərcləri minimum 10-12 min avrodan ibarətdir ki, bura yataqxana (və ya ev), qida, əyləncə, gəzinti və digər bu kimi xərclər daxildir.
Universitet tələbələr üçün həm kampus daxilində, həm də xaricində yataqxana imkanları təklif etməkdədir. SBS’in kampus daxili yataqxanası 4 ulduzla qiymətləndirilmişdir və tələbələr üçün lazım olan bütün müasir şaraitlə təmin olunmuşdur. Yataqxana üçün nəzərdə tutulmuş ödənişlər seçimdən asılı olaraq dəyişir və minimum ödəniş 400 avro’dan başlayır.

Xaricdə təhsillə bağlı bağlı yeniliklərdən mütəmadi olaraq xəbərdar olmaq istəyirsinizsə, yan tərəfdə qeyd olunmuş keçidə daxil olaraq formumuza abunə ola bilərsiniz: bit.ly/3gtu2IV

Ətraflı məlumat və müraciət üçün:

CELT Colleges Sahil
Tel: (+994 12) 493 48 18
Mob: (+994 51) 492 02 89
sahil@celt.az
elgunk12.sg-host.com
Ünvan: 113 Həzi Aslanov küçəsi, Bakı, Azərbaycan AZ1095

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next