2021-ci ilin payızından etibarən Bavariya Federal Vilayətinin bir sıra məktəblərində islam dərsləri keçirələcək.
Bu dərslər digər – etika və dinşünaslıq seçim fənnləri kimi mütləq xarakter daşıyacaq. İslam fənninin 350 məktəbdə alman dilində tədrisi nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, bundan əvvəl islam dərsləri məktəb proqramına daxil edilsə də, mütləq fənn olaraq keçirilmirdi. Vilayətin Mədəniyyət Nazirliyinin verdiyi məlumata görə, Bavariyada 160 min müsəlman-məktəbli təhsil alır. Bu isə şagirdlərin ümumi sayının 10%-ni təşkil edir.