Almaniyada təhsil müddətində və sonrasında iş imkanları

Almaniya xaricdə təhsil üçün ən münasib və iqtisadi stabilliyi səbəbilə iş imkanlarının çoxluğuna görə ən çox müraciət olunan ölkələrdən biridir.

Almaniya universitetindən uğurla məzun olmaq xarici tələbələr üçün Alman iş bazarında bir çox imkanlar yaradır. Burada təhsil müddətində iş tapmaq və gəlir əldə etmək üçün bir çox imkanlar vardır. Alman dili biliyinin olması yarım günlük iş tapma  şansınızı əhəmiyyətli dərəcədə artıracaqdır.

Tələbələr üçün təhsili və yaşamı maliyələşdirməyin ən yaxşı üsulu universitetin kafedra, kitabxana və ya fərqli bir bölümündə iş tapmaqdır. İş axtarmağa universitetin məlumat lövhələrində olan elanları nəzərdən keçirməklə başlaya bilərsiniz.

Nə qədər gəlir əldə edəcəyiniz sizin akademik göstəricilərinizdən, praktiki biliklərinizdən və işləmək istədiyiniz region və şəhərdən asılıdır. Daha dəqiq desək, Münhen, Hamburq və ya Köln kimi daha bahalı şəhərlərdə daha çox gəlir əldə etmək imkanınız var. Lakin bunu da unutmamaq lazımdır ki bu kimi bahalı şəhərlərdə kirayə və yaşam xərcləri üçün daha çox maliyyə sərf etməli olursunuz.

Almaniyada təhsil müddətində sizin işləmək üçün 120 tam gün və ya 240 yarım gün icazəniz olacaqdır. Əgər siz təhsil aldığınız müəssisədə tələbə assistenti və ya elmi assistant kimi işləyirsinizsə siz həmin 120 gün limitini keçə bilərsiniz. Bu halda müvafiq ququmları bu barədə məlumatlandırmaq mütləqdir. Beynəlxalq tələbələrlə bağlı məşğulluq qanunları çox sərtdir. Əgər bu qanunları pozsanız, siz ölkədən qovulacaqsınız!

Semestr fasiləsi zamanı təcrübə keçirsinizsə, bu “normal” iş hesab olunur – əməkhaqqı əldə etməsəniz belə. Stajın hər günü sizin 120 günlük kredit balansından çıxılır. Bununla belə, sizin təcrübə proqramınız (məcburi staj) təhsil proqramının bir hissəsi olaraq tələb olunarsa, staj müntəzəm məşğulluq hesab edilməyəcəkdir.

Bir çox şirkətlər və müəssisələr universitetlərlə əməkdaşlıq edir və tələbələr iş tapmaq üçün imkanlar yaradır. Almaniyada kimya, mühəndislik, elektronika, İT, maşınqayırma, nəqliyyat, qida, tekstil kimi sahələr daha çox xarici işçilər tələb olunan sahələrdir. Son dövrlərdə inkişaf edən telekommunikasiya, yüksək texnologiyalı istehsal məhsulları, avtomobil sənayesi, bank və turizm kimi sahələrə də yönəlmək mümkündür.

Doğru sahədə kvalifikasiyaya sahib olmaq Almaniyada yüksək gəlirli iş əldə etmənin ən önəmli faktorudur.

 

Almaniyada ən yüksək gəlirli işlər və onlara sahib olmaq üçün zəruri olan Magistr proqramları barədə məlumatla tanış olun:

Satış üzrə ekspert – 116,820 EUR/illik

  • Almaniyada Marketinq üzrə Magistr

Həkim və ya Tibb işçisi  (tibb bacıları da daxil olmaqla) – 58,000 EUR/ illik

  • Almaniyada Tibb üzrə təhsil

Elmi tədqiqatçı – 50, 336 EUR/illik

  • Almaniyada Biotexnologiya üzrə Magistr

İKT eksperti – 47,279 EUR/illik

  • Almaniyada Komputer Elmləri üzrə Magistr

Mühəndis – 46,126 EUR/illik

  • Almaniyada Elektrik Mühəndisliyi üzrə Magistr
  • Almaniyada Mexanika Mühəndisliyi üzrə Magistr
  • Almaniyada Enerji və Enerji Mühəndisliyi üzrə Magistr

Maliyyə və mühasibat eksperti – 44,328 EUR/illik

  • Almaniyada Maliyyə üzrə Magistr
  • Almaniyada İqtisadiyyat üzrə Magistr

Müəllim – 40,574 EUR/year

  • Almaniyada Təhsil/ Pedaqogika üzrə Magistr

İnzibati iş – 32,268 EUR/ illik

  • Almaniyada MBA üzrə Magistr
  • Almaniyada Siyasi Elmlər üzrə Magistr

Turizm sahəsində ekspert – 25,260 EUR/illik

  • Almaniyada Turizm üzrə Magistr

 

Almaniyada məzunları ən çox əmək haqqı əldə edən universitetlər:

Goethe University Frankfurt – 140,000 EUR/ illik

University of Cologne – 130,000 EUR/ illik

Frankfurt School of Finance and Management – 105,000 EUR/ illik

Ludwig Maximilian University of Munich – 95,000 EUR/ illik

Mannheim University – 85,000 EUR/ illik

Technical University of Munich – 81,000 EUR/ illik

 

Alman qanunları xarici tələbələrə iş axtarmaq məqsədilə ölkədə əlavə 18 ay müddətində qalmağa icazə verdiyi üçün məzun olduqdan sonra bu ölkədə qalıb rahatlıqla iş tapa bilərsiniz.

18 ay, yekun imtahan nəticələrini aldıqdan sonra başlayır, belə ki, son semestr ərzində iş axtarmağa başlamağınız məsləhətdir. Bu 18 ayda, özünüzü dəstəkləmək üçün istənilən qədər işləyə bilərsiniz.

Sizə uyğun olan və istədiyiniz işi tapan kimi, Almaniya yaşayış icazəsi və ya Aİ Mavi Karta müraciət edə bilərsiniz. Müraciətinizin nəticəsini gözləyərkən siz Almaniyada qala bilərsiniz.

Mavi Kartı əldə edə bilmək üçün namizəd kollec və ya universitet təhsilinə sahib olmalı və Alman şirkəti ilə bağlanmış illik 49,600 EUR (2016) əməkhaqqı ödəniləcəyini təsdiq edən imzalı müqavilə təqdim etməlidir. İxtisaslı kadrların azlığından əziyət cəkən bəzi sahələr üçün tələb olunan əməkhaqqı illik 38,688 EUR (2016) olacaqdır.

 

Almaniyada təhsillə bağlı ətraflı məlumat və müraciət üçün:

CELT Colleges 28 May

Tel: (+994 12) 441 36 65

Mob: (+994 70) 270 75 57

28-may@celt.az

elgunk12.sg-host.com

Ünvan: 104-122 Rəşid Behbudov küçəsi,

Bakı, Azərbaycan AZ1014

4 thoughts on “Almaniyada təhsil müddətində və sonrasında iş imkanları”

  1. Salam. Təhsil bitəndən sonra 18 aylıq qalma icazəsi var amma təhsili tamamlayandan sonra Azərbaycan əsgərliyə çağıracaq və həmin 18 aylıq müddət də arada itir. Yoxsa bunu nəzərə alıb çağırmırlar dərhal? Çünki bitirdikdən sonra qalmaq fikrim var. Zəhmət olmasa cavablandırarsiniz

  2. İngilis dili müəllimiyəm. Almaniyada ingilis dili müəllimliyi üzrə magistr oxusam, orda qalıb ingilis dili müəllimi işləyə bilərəm?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next