Almaniya hal-hazırda bir sıra sahələri əhatə edən təhsil və hüquq sahələrində mükəmməl bir ün qazanıb və Avropada tədqiqat və inkişafa ən böyük investorlardan biri sayılır. Bu, burada olan təhsil müəssisələrinin yüksək keyfiyyətinin səbəblərindən biridir. Almaniyada təhsil müəssisələri dünya səviyyəsində tanınır və Avropada, eləcə də kənarda bir sıra imkanlar yaradır. Nəticədə, bir çox beynəlxalq tələbələr Almaniyanda magistr dərəcəsi almağa can atırlar.
Hüquq üzrə Magistr proqramları (LL.M.) tələbələrə və məzunlara hüquq sahəsində öz karyerasını inkişaf etdirməyə və yeni iş imkanlarından yararlanmağa imkanlar yaradır. LL.M Beynəlxalq və Avropa ictimai hüququ, ekoloji hüquq, korporativ və kommersiya hüququ, vergitutma, insan hüquqları və sosial ədalət, cəza hüququ və sair kimi geniş ixtisas seçimləri təklif edir.
Beynəlxalq Hüquq üzrə magistr məzunları beynəlxalq iş dünyasında, hökumət qurumlarında və ya beynəlxalq təşkilatlarda diplomatlar kimi çıxış edə bilirlər. Tədris ticarət və cinayət qanunu, ekoloji hüquq, insan hüquqları və insan hüquqları ilə sıx bağlıdır.
Almaniyada LLM proqramını harada oxumaq olar?
Almaniyanın müxtəlif regionlarında bir çox təhsill müəssisəsi LLM proqramı təklif edir. Alman universitetlərində proqram və ya universitet tapdığınız zaman proqram tələblərinə və spesifikasiyasına dair məlumatları öyrənmək üçün bir müddət araşdırma aparmaq mütləqdir. Hər bir universitet və proqramın fərqli qəbul şərti və müraciət forması ola bilir. Yer və proqram uyğunluğu sizin şəxsi seçimlərinizdən asılı olacaq, universitet seçimləri isə geniş olur hansı ki hüquq üzrə magistr prqoramı seçimində Gyote Universiteti Frankfurt am Main, Bonn Universiteti, Köln Universiteti, Berlin Universiteti (FU Berlin) Mannheim Universiteti, Siegen Universiteti, Bielefeld Universiteti, Tübingen Universiteti, Saarland Universiteti və Munich Intellectual Property Law Center hər zaman ilk sıralarda olur.
Hüquq sahəsində Almaniyada Top Universitetlər
Ruprecht-Karls-Universität Heidelberg (dünyada 39-cu yerdə)
Ludwig-Maximilians-Universität München (40)
Humboldt-Universität zu Berlin (51-100)
Universität Frankfurt am Main (51-100)
Universität Hamburg (51-100)
Bu qurumlarda təklif olunan müxtəlif ixtisaslar intellektual mülkiyyət hüququ, biznes və iqtisadi hüquq, vergi hüququ, Avropa hüququ, beynəlxalq hüquq, korporativ hüquq, media hüququ, İT hüquq və Alman hüququdur. LLM proqramının müddəti bir il tam zamanlı bir təhsildir, baxmayaraq ki, bəzi kurslar iki il müddətinə təklif oluna bilər.
Ödəniş haqqı və yaşayış xərcləri
Almaniyada LLM üçün təhsil haqqı, ümumiyyətlə, Böyük Britaniyada və ABŞ-da təklif olunan Hüquq üzrə Magistr proqramlarından daha münasibdir. Orta hesabla təhsil haqqı universitet və təklif olunan proqrama görə 6,000-18,000 Avro arasında dəyişir. Dövlət universitetlərində tamamilə Alman dilində tədris olunan bir çox magistr proqramları üçün təhsil haqqı yoxdur və ödənişsiz formada təhsil mümkündür.
Yaşayış xərcləri əsasən regiondan asılıdır və şəhərlər və digər regionlar arasındakı fərqlər əhəmiyyətli ola bilər. Məsələn, Almaniyanın digər şəhərlərinə nisbətən Berlin daha bahalıdır. Orta hesabla tələbə üçün ayda təxminən € 500 – € 700 tələb edir.
Almaniyada hüquq üzrə magistr təhsili üçün əsas tələblər:
Alman bakalavr dərəcəsinə müvafik bakalavr təhsilinə sahib olaraq, seçdiyiniz institutun müəyyən edilmiş akademik tələblərinə cavab verərək, Almaniyada LLM proqramına qəbul olmaq mümkün ola bilər. Bundan əlavə, kurs tələblərini yerinə yetirmək üçün ingilis və / və ya alman dil bilikləri tələb oluna bilər. Almaniyada Hüquq üzrə magistr təhsilini tam İngilis dilində və ya tamamilə Alman dilində almaq mümkündür.
Akademik tələb: Bakalavr dərəcəsi (müraciət olunacaq magistr ixtisasına uyğun)
Dil tələbləri: İngilis dilində tədris olunan proqramlar üçün IELTS 6.5 – 7.5 (proqramdan asılı olaraq) / TOEFL 60-101 / Cambridge English CAE və ya FCE
Bir çox magistr proqramları üçün minimum 1 il iş təcrübəsi tələb oluna bilər
Standart tədris müddəti: iki, üç və ya dörd semestr
Almaniyada təhsillə bağlı ətraflı məlumat və müraciət üçün:
CELT Colleges 28 May
Tel: (+994 12) 441 36 65
Mob: (+994 70) 270 75 57
28-may@celt.az
elgunk12.sg-host.com
Ünvan: 104-122 Rəşid Behbudov küçəsi,
Bakı, Azərbaycan AZ1014
Salam hansi ölkede herbi tehsil olar
Men huquq tehsilimi burda, magistr tehsilimi Almanyada alsam orda islemek imkanim olar?
Bəli ala bilərsiniz. 28 May ofisi ilə əlqə saxlayın
Almaniyada hüquq üzrə magistr təhsilini almanca pulsuz almaq olur və həmçinin təqaüd mümkündür?Və ortalama nə qədər olmalıdır ,bir də almanca səviyyə necə tələb olunur?
Bəli. Təqaüd yoxdur.
Almaniyada magistr huquq təhsili aldıqdan sonra almaniyada dövlət qurumlarında işləmək imkanı və ya təklifi olurmu?
Salam. Magistr bitirdikden sonra imtahan verib praktika geçe bilersiniz. Kimse tebii teklif etmir siz müraciet etmelisiniz.Hetta oxuyarken işlemek tecrübe yığmaq şansınız çoxdur. Hüquq çetin prosesdir ama Almaniya her kese açıqdır.Dövletde işlemek üçün müeyyen prosedurlar var ama mümkündür. Özelde işlemek üçün dıplom yeterlidir ve tebii işin tebietine göre deyişir.