Ali təhsil müəssisələrinə qəbul üçün müsabiqə şərtləri necə müəyyən olunur?

“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən müsabiqə şərtləri Dövlət İmtahan Mərkəzi tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir. Müsabiqə şərtləri bu il də Təhsil Nazirliyi ilə birgə müzakirə olunub və imtahanlardan öncə ictimaiyyətə təqdim olunub və hüquqi cəhətdən bu şərtlərin dəyişdirilməsi DİM-in səlahiyyətlərində deyil. Məsələnin aktuallığına gəldikdə isə aşağıdakıları bildirmək istərdik. 

Müsabiqə vəziyyəti bir neçə amilə əsasən formalaşır: Nazirlər Kabineti tərəfindən ali təhsil müəssisələrinə qəbul üçün ayrılan plan yerləri, müsabiqədə iştirak edəcək abituriyentlərin sayı və onların topladıqları ballar. Plan yerlərinin sayı ötən illə müqayisədə demək olar ki, dəyişməyib (1% artıb).

CELT Beynəlxalq Məktəbinə qəbul davam edir! 9,10,11, 12 – ci sinif şagirdləri və eləcədə məktəbi bitirmiş şəxslər CBM-nə qəbul olmaq üçün müraciət edə bilər. CBM Sizlərə beynəlxalq təhsil proqramı ilə təhsil alıb beynəlxalq ATTESTAT və DİPLOMA sahib olmaq şansı qazandırır. Ətraflı məlumat üçün bizə yazın.

Pandemiya şəraitinin təlim-tədris prosesinə mənfi təsiri ilə əlaqədar qeyd edə bilərik ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi  tərəfindən bu təsirin minimuma endirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Belə ki, bu il həm qəbul proqramı, həm də imtahanın məzmunu, imtahan suallarının təqdim edilmə forması daha da sadələşdirildi. Respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına əsasən, tədrisi 2020-ci ilin mart-iyun aylarında nəzərdə tutulan mövzular ənənəvi qaydada keçirilmədiyi üçün qəbul imtahanı proqramından qeyd edilən dövrə aid mövzular çıxarıldı və imtahanlarda o mövzulara aid test tapşırıqları istifadə olunmadı. Bundan əlavə, imtahanın birinci mərhələsində istifadə olunan və yazılı cavab vermək tələb edən açıq tipli tapşırıqların sayı 50% azaldıldı.

Şübhəsiz, qeyd olunanlar abituriyentlərin imtahan nəticələrinə öz müsbət təsirini göstərmiş oldu və aşağıdakı cədvəldə göstərilən statistik rəqəmlər də bunu sübut edir. Burada 2019 və 2020-ci ildə hər bir ixtisas qrupu üzrə müsabiqəyə buraxılan abituriyentlərin sayının müqayisəsi təqdim olunur. Cədvəldən də göründüyü kimi, ötən il və bu il imtahan iştirakçılarının sayı ilə müsabiqəyə buraxılanların nisbəti demək olar ki, eynidir. 

2020 və 2019-cu illərdə qruplar üzrə imtahan iştirakçıları sırasından müsabiqə şərtini ödəyən abituriyentlər (150-700 bal toplayanlar) haqqında məlumat

I QRUP

İlİmtahan iştirakçılarının sayıMüsabiqəyə buraxılanlar, %Müsabiqəyə buraxılanlar, nəfər
2020    2824258.916627
20192792757.115943

 II QRUP

İlİmtahan iştirakçılarının sayı  Müsabiqəyə buraxılanlar, % Müsabiqəyə buraxılanlar, nəfər
2020 13023 63.4 8256
2019 15992 64.8 10364

 III QRUP

İlİmtahan iştirakçılarının sayı Müsabiqəyə buraxılanlar, % Müsabiqəyə buraxılanlar, nəfər
2020 2141084.318047
2019 2155481.317530

 IV QRUP

İlİmtahan iştirakçılarının sayı Müsabiqəyə buraxılanlar, %  Müsabiqəyə buraxılanlar, nəfər
2020 4787            82.4  3945
2019 5071 82.2   4169

Bundan başqa, nəzərə alınmalıdır ki, ayrılan plan yerlərinin müsabiqəsində abituriyentlərlə yanaşı subbakalavrlar da iştirak edir. Beləliklə, hər ixtisas qrupu üzrə müsabiqəyə buraxılanların ümumi sayı aşağıdakı cədvəldə təqdim olunub:

2020-ci ildə müsabiqə aparılacaq plan yerləri və müsabiqəyə buraxılanların sayı

QrupPlanMüsabiqədə (ixtisas seçimində) iştirak edəcək
Abituriyent sayıSubbakalavr sayı
I14924  166275179
II13800   82565240
III12286   180472853
IV4100   39451609

Digər vacib bir məqamı da unutmaq olmaz. İmtahandan sonra müsabiqə şərtlərinin dəyişdirilməsi müsabiqə şərtlərini ödəyən digər abituriyentlərin hüquqlarına ziddir. Belə ki, bəzi abituriyentlər ikinci mərhələ üzrə müsabiqə şərtinin aşağı salınmasını xahiş edirlər. Belə olan halda, müsabiqənin ümumi bala əsasən aparıldığına görə, həmin abituriyentlər ilkin müsabiqə şərtlərini ödəmiş, yəni hər iki mərhələ üzrə lazımi nəticə göstərmiş, lakin ümumi balı güzəşt olunan abituriyentlərdən bir qədər az olan abituriyentlərə nisbətən üstünlük qazanırlar.

Beləliklə, qeyd olunanlara əsaslanaraq bildiririk ki, bu il əvvəlcədən müəyyən olunmuş müsabiqə şərtlərinin dəyişdirilməsi üçün heç bir hüquqi və elmi əsas yoxdur.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next