2020 – 2021 – ci il üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul planı artırılıb. Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında məlumat verilib. Qeyd edilib ki, qəbul planı əvvəlki ilə nisbətən 48,3 min nəfərdən 49,4 min nəfərədək, yəni 2,3 % artıb. Dövlət sifarişi üzrə qəbul planı isə əvvəlki ilə nisbətən 7,1% artırılıb, yəni 1,5 min yer artaraq 21,9 min yer olub. Qeyd edək ki, bu da ümumi qəbul planının 44,3%-ni təşkil edir.