Məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərin maaşı necə hesablanır?

Öncə qeyd edək ki, məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər diaqnostik qiymətləndirmədə yüksək bal toplamış, səriştəli, əsasən IV sinifdə tədris aparan müəllimlər arasından seçilirlər.

Belə müəllimlərin əməkhaqları isə adi ibtidai sinif müəllimlərinin aldığı maaş kimi hesablanır. Sadəcə, bir müəllim üçün bir stavka 18 saat hesablandığı halda, hazırlıq qruplarında dərs deyənlər üçün bu, 12 saatdır. Çünki bu qruplarda həftədə 4 gün ərzində 3 saat dərs keçirilir.

Dərs saatına uyğun əməkhaqqını hesablamaq üçün isə aylıq vəzifə maaşı 18-ə bölünərək, 12-ə vurulur.

Aylıq vəzifə maaşı isə müəllimin təcrübəsindən asılı olaraq dəyişir. Staj müddətinə uyğun aylıq vəzifə maaşları aşağıda qeyd edilib:

Ali təhsilli müəllimlər üçün:

Pedaqoji staj 3 ilə qədər olduqda  – 462;

Pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda  – 496;

Pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda  – 562;

Pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda  – 554;

Pedaqoji staj 18 ildən çox olduqda – 594;

Orta ixtisas təhsilli müəllimlər üçün:

Pedaqoji staj 3 ilə qədər olduqda  – 422;

Pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda  – 443;

Pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda  – 462;

Pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda  – 488;

Pedaqoji staj 18 ildən çox olduqda – 509;

Məsələn, ali təhsilli, 7 il pedaqoji staja malik, məktəbəhazırlıq qruplarında dərs deyən müəllimin maaşını hesablayaq:

Pedaqoji staj 3 ildən 8 ilə qədər olan, ali təhsilli müəllimin aylıq vəzifə maaşı 496 manat müəyyənləşib. Buna görə də, maaş hesablanarkən 496 18-ə bölünür, daha sonra isə 12 saat vurulur.

496:18*12=330,6

Nəticəni yuvarlaqlaşdırsaq, 7 il pedaqoji staja malik, məktəbəhazırlıq qruplarında dərs deyən müəllimin maaşı 331 manatdır.

Hesablanan əməkhaqqından 14 % gəlir, 3% sosial sığorta, 2% həmkarlar ittifaqı, 0.5 % işsizlikdən sığorta vergiləri tutulur. Ümumilikdə hesablanan maaşdan 19,5 % vergi çıxılır. 331 – 65 =266 manat.

Müəllimlər üçün nəzərdə tutulan H1, H2 kimi həvəsləndiricilər, eləcə də digər əlavələr məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərə də eynilə tətbiq olunur.

H1 gənc müəllimlərə o halda verilir ki, müəllim şəhərdən 20 km-dən az uzaqlıqda yerləşən məktəbdə dərs deyir. H2 isə, məktəb mərkəzdən 20 km məsafədən daha uzaq olduğu halda verilir. H1 üçün maaşa 60 manat (vergi tutulmur), H2 üçün isə əlavə 160 manat (vergi tutulur)

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next