“Nu poqodi” (“Bir dayan”) cizgi serialının yaradıcıları filmə əlavə olunan üç yeni qəhrəmanı nümayiş etdiriblər. Bu, porsuq Tim, kirpi Şu və cüyür Ulyadır.
Xəbər verilir ki, bununla bağlı 360 TV “Telegram” kanalı xəbər yayıb.
“Soyuzmultfilm” studiyasının baş prodüseri Yuliya Osetinskaya yeni qəhrəmanların aktual və özlərindən əmin göründüklərini deyərək, onların dostcanlı və hər zaman kömək etməyə hazır olduqlarını vurğulayıb.
“Əminik ki, tamaşaçılar yeni personajları sevəcəklər. Onlar, həqiqətən, bizim çox xoşumuza gəlir”, – deyə o bildirib.