ADA Universiteti Hazırlıq

ADA Universiteti Hazırlıq


Ümumtəhsil məktəbini bitirdikdən sonra, tələbələri ən çox düşündürən sual “Təhsilimi harda davam etdirə bilərəm?”  olur. Hər tələbə keyfiyyətli təhsil almağı, uğurlu gələcəyi arzu edir və bizim işimiz sizin arzularınızı həyata keçirməkdir. Bildiyiniz kimi,   ADA Universiteti 2006-cı ildə yaranmış, 2014-də isə universitet statusu almışdır. Universitet məzunlarının iş tapmaq qabiliyyətinə görə ölkədəki digər təhsil ocaqlarını qabaqlayır.

ADA universitetinin bakalavr və magistr pillələri üzrə bir çox fakültələri mövcüddür. Bakalavr pilləsi üzrə fakültələr:

  • Beynəlxalq əlaqələr (International Relations),
  • İctimai Münasibətlər (Public Affairs),
  • Hüquq (Law), İqtisadiyyat (Economics),
  • Biznesin idarə olunması (Business Administration),
  • Komputer Elmləri (Computer Sciences),
  • Komputer mühəndisliyi (Computer Engineering),
  • İnformasiya Texnologiyaları (Information Technology).

Magistr pilləsi üzrə olan fakültələr isə:

  • Diplomatiya və İctimai Əlaqələr (Diplomacy & International Affairs),
  • Dövlət İdarəçiliyi (Public Administration),
  • Biznesin İdarə olunması (Business Administration),
  • Kompüter elmləri və Data analitikası (Computer Science and Data Analytics),
  • Təlim və Tədrisin təşkili metodikası (Teaching and Learning),
  • Maliyyədə biznesin təşkili (Business Administration in Finance),
  • Təhsilin idarə olunması (Education Management).

ADA-da oxumağın özəllikləri nədir deyə düşünsək, ilk oncə ağlımıza gələn Azərbaycan Universitetləri arasında ən əhəmiyyətli kolleksiyası olan ADA universitetinin kitabxanası olacaqdır. Universitetin kampusu olduqca rahatdır. Belə ki, tələbələr dərslərdən sonra əlavə qalmaqla, dərslərlə məşğul ola, layihələr hazırlaya, müzakirələr apara və öz dostları ilə vaxt keçirə bilərlər. ADA-da tədris ingilis dilindədir və dünyanın bir çox ölkəsində:  Fransa, Türkiyə, İngiltərə, Amerika və digər  ölkələrin qabaqcıl universitetlərində mübadilə proqramında iştirak etməklə yeni təcrübə, dostlar və biliklərinizi artırmaq kimi imkanlarınız var.

ADA universitetinə qəbul şərtlərinə də nəzər saldıqda  görərik ki, bakalavr pilləsi üzrə hal-hazırda iki cür qəbul imkanı var: həm SAT, həm də Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlar vasitəsilə. Bundan əlavə dil bilginizi təsdiq etmək üçün IELTS sertifikatı tələb olunur ki, birbaşa hazırlıq ilini oxumadan bakalavr dərəcəsindən təhsilə başlamaq imkanı vardır.

  • IELTS imtahanından minimal keçid tələbi 6.0 baldır. (2020-ci ildə hazırki vəziyyətə görə endirilmişdir)
  • SAT imtahanından isə minimal keçid tələbi 1200 baldır. (2020-ci ildə hazırki vəziyyətə görə endirilmişdir)
  • Lakin universitetə qəbul olmaq üçün daha çox şansınız olmasını istəyirsinizsə, hədəfiniz minimal keçid balından yüksək olmalıdır.

Magistr pilləsi üzrə  müraciət etmək üçün Sizin  DİM imtahanın nəticəsi və bakalavr təhsilli diplomunuz olmalıdır. Təhsil ingilis dilində olduğuna görə IELTS imtahanının nəticəsi minimum 6.5 bal olmalıdır.

Əgər təhsilinizi xarici ölkədə davam etdirmək istəyiniz varsa və müəyyən səbəblərə görə bu mümkün deyildirsə,  xarici təhsil mühitini əks etdirən ADA Universiteti doğru bir seçimdir. Bu universitetdə təhsil almağı düşünürsünüzsə, CELT Colleges-in istənilən şöbəsinə müraciət etməklə, keyfiyyətli xidmətin göstərilməsinə əmin ola bilərsiniz.

CELT Colleges Nizami/Narimanov

(050) 787 57 66

(050) 210 91 54

baba.karimli@celt.az

ismail@celt.az

1 thought on “ADA Universiteti Hazırlıq”

  1. Salam men 3cü qrup xarici dil müəllimlik ixtisasındayam,3cü kursam bu il.Adada magistr oxumaq isteyirem.Hansı ixtisası seçmeliyem 3cü qrup üçün?Biznesin idare edilmesi olar? Ve imtahan vermek üçün mene ne qeder zaman lazımdı celt kollecdeki hazırlığ merhelesi müddetinde

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Do