Mövzu ilə əlaqədar internetdə bir qədər axtarışlar apardım. Onu qeyd edim ki, Azərbaycan dilində bu haqda heç bir məlumat tapmaq mümkün deyil. Sadəcə İngilis dilində və digər dillərdə məlumat tapmaq olar. Təbii ki, Azərbaycan dilində bu haqda məlumat olmadığından bir çox insanların TEFL / TESOL proqramının nədən ibarət olduğundan məlumatı yoxdu. Bu yazıda TEFL / TESOL haqqında əldə etdiyim məlumatları sizlərlə bölüşəcəyəm.
TEFL /TESOL nədir?
Bu proqram ilk dəfə ABŞ – da yaranmışdır. İlk vaxtlar insanların az diqqətin cəlb etsə də sonralar dünyada məşhurlaşmışdır. Proqram İngilis dili müəllimləri üçün nəzərdə tutulmuşdur. İngilis dili müəllimliyi üzrə pedoqoji biliklərini artırmaq istəyənlər, professional İngilis dili müəllimi olmaq istəyənlər bu proqramdan istifadə edə bilər. Siz TEFL/ TESOL kursunu keçib sertifikat əldə etdikdən sonra həm Azərbaycanda, həm də dünyanın istənilən ölkəsində İngilis dili dərsləri tədris edə bilərsiniz. TEFL / TESOL kursu zamanı həm nəzəri dərslər, həm də praktik dərslər keçirilir. Nəzəri dərslərdə təcrübəli bir müəllim kimi formalaşmaq, fərqli dərs metodikaları və yanaşmalarla tanış olub onları öyrənirsiniz.Bundan əlavə siz nəzəri dərslərdə sinfin idarə olunması, dərslərdə vaxtı bölüşdürmək kimi qaydaları beynəlxalq səviyyədə öyrənmək imkanınız olacaqdır. Bunula bərabər, İngilis dilinin fonetikasını, morfologiyasını və sintaktika bölmələrini öyrənmək imkanınız vardır. Praktik dərslərdə siz nəzəri dərslərdə öyrəndiklərinizi tətbiq etməyə başlayacaqsınız. Kursu bitirdikdə sizə sertifikat verilir. Sertifikatı əldə etmək bir o qədər də asan deyil. Siz bunun üçün kurs keçdiyiniz müddətdə verilən tapşırıqları uğurla yerinə yetirməlisiz.
Lakin sertifikat almaq üçün konkret imtahan tələb olunmur. Siz kurs müddətində yazdığınız inşalar, esselər və digər yazılar bir yerə toplanaraq yoxlanılıb qiymət verilir. Əgər siz kurs müddətində bütün çalışmalarınızı yerinə yetirminizsə, o zaman sizin sertifikat almağınızda heç bir problem olmayacaq. Sizə verilən sertifikat üç səviyyədə olur:
- Pass Grade- Kafi ( 50% – dən yuxarı)
- Merit-based Grade – orta ( 65% – dən yuxarı)
- Distinction Grade – əla ( 85% – dən yuxarı)
TEFL /TESOL kursunun üstünlükləri nədir?
- Professional İngilis dili müəllimi olmaq
- Dünyanın istənilən ölkəsində İngilis dili tədris etmək imkanı
- Yüksək məvacibli iş imkanları
- Pedoqogika sahəsində mühüm bilikləri əldə etmək
TEFL /TESOL necə əldə etmək olar?
Bu proqram neçə illər idi ki, Azərbaycanlılar üçün əlçatmaz olmuşdur. Xaricdə bu kursu keçmək bahalı olduğundan Azərbaycanlılar üçün müşkül məsələ olmuşdur. Lakin artıq belə problem qalmayıb. TEFL / TESOL kursunu İngilis dili müəllimləri artıq Azərbaycanda da keçə bilərlər.
CELT şirkətində fəaliyyət göstərən TEFL/ TESOL kursları sizin karyeranızın inkişafında mühüm xidmətləri olacaqdır. Kursun keçirilmə müddəti 3 aydır. Kurs keçib bitirdikdən sonra siz həyatınızda və karyeranızda olan dəyişikliklərin şahidi olacaqsınız. Arzularınız reallığa çevriləcək. Beləliklə, siz CELT şirkətində 3 ay müddətində bu kursdan keçə bilərsiniz.
Ne qeder oxumaq lazimdi
Salam! TEFL /TESOL kursunun qiymeti ne qederdi?
Salam mən ingilis sektorunda fərqli ixtisasda təhsil alıram ,bu kursla məndə ingilis dili müəllimi ola bilərəm?
Salam. İxtisasınızdan asılı olmayaraq, TEFL/TESOL sertifikatını elde etseniz, ingilis dilini tədris edə bilərsiniz.
Salam men bileceride yasayiram bileceride filialiniz varmi varsa unvani deyerdiniz
Salam. Sizə uyğun ofisi https://celt.az/contactus/ burdan tapa bilərsiniz.
Salam sizin kursunuz harda yerleshir nece elaqe saxlata bilerik. Ayligi ne qederdir kursun?
Salam. Bizim kursumuz hər yerdədir. Mərkəzlərimiz. Sizə yaxın olana gedin. Rayonlardasınızsa online keçə bilərsiniz.
Salam, onlayin necə keçmək olar?
Salam, dovlet mekteblerinde ing dili muellimi olmagin en asan yolu nedir? ing dilinde bilir, oyrede bilirem. ali tehsilliyem, amma ing dili tehsilim ,senedim yoxdur. Tesekkur edirem.
Salam,bagislayi sizi narahat edirem sizden bi sey sorusum men bu il fransiz dlil mellimliyine qebul oldum men bu ixtisasi bitirdikden donra ingilis dili mellimi islemeyim mumkundur?
dövlətdə xeyir ama ingilizcə bilsəniz başqa yerdə əlbəttə
Salam men de ingilis dilin öyrenmek isteyirem
Salam narahat etdiyim ucun bagislayin menimde ingilis diline maragim coxdu. Sadece sizin sertifkatnizla istenilen yerde islemek mumkundur?basqa senet lazim olmur?basqa vetandaslarda bu kursda tehsil ala biler?
Biz dil tədris edirik ama işlə təmin etmirik. Dİl sizə üstünlük sağlaya bilər əgər o sahədə önəmlidirsə
Salam,bu kurslar ancaq ingilis dili müəllimləri üçün keçərlidi?Başqa fənnin müəllimləri öz ixtisaslarını ingilis dilində tədris etmək üçün bu kursdan keçə bilərlərmi?Məsələn, riyaziyyat və ya tarix fənninin müəllimləri.
Salam, bəli keçə bilər
Salam.3 ay ucun odenis ne gederdir??? Ve kursa baslayarken neler teleb olunur
Salam, zəhmət olmasa bu nömrə ilə əlaqə saxlayarsız 012 566 48 23
Salam bilmek isterdim bu sertifikatla mektebde islemek olar . Basqa ixtisas sahibi bu sertifikati aldiqdan sora mektebde isleye biler?
Salam Siz necə etdiz bu kursa getdizmi? Və yaxud bu sertifkati aldıqdan sora mektebde islemek olarmi bu suala cavab tapa bildizmi? Təsəkkürlər.
Kurs harda yerlesir ve saat neceden neceye kimi,zehmet olmasa cavablandirardiz,cox sag olun
Salam. Ofislərimiz şəhərin hər tərəfində var. Buradan ofislərimizə baxıb sizə yaxın olanına gedin. Ofislərimiz səhər 9-dan axşam 10 a kimi işləyir.
Salam əvvəlcə bele gozel imkanlar yaratdiginiz ucun sizlere tesekkurumu bildirirem, bilmek isterdim, men eger xarici diller uni bitirmemisemse, ve sizin Selt kursundan istifade ederemse, men testiqli bir senedle ingilis dili mellimi sevviyyesin elde ede bileremmi?
baxmiyaraq basqa sahelerde calisiram, amma bu dile boyuk maragim olub her zaman, mueyyen qeder anlayisimda var, yeni yaxsi telebeniz ola bilerem)
Salam,
Bəli TEFL/TESOL sertifikatını alsanız müəllim ola bilərsiniz
Bu sertifikati yalniz ali tehsili bu sahe uzre olanlar ala biler?
Salam,
Hər kəs ala bilər
Salam,bu kursun ayligi neciyedi?,2 usagi yazdirsam guzest olur? Zehmet olmsa cavab yazinda
iki uşaq olanda endirim var ama qiymətlər üçün sizə yaxın olan ofisə zəng edin zəhmət olmasa
Beli