Professional İngilis dili müəllimi olmaq istəyirsən?

Mövzu ilə əlaqədar internetdə bir qədər axtarışlar apardım.  Onu  qeyd edim ki, Azərbaycan dilində bu haqda  heç bir məlumat tapmaq mümkün deyil. Sadəcə İngilis dilində və digər dillərdə məlumat tapmaq olar. Təbii ki, Azərbaycan dilində bu haqda məlumat olmadığından bir çox insanların TEFL / TESOL proqramının nədən ibarət olduğundan məlumatı yoxdu. Bu yazıda  TEFL / TESOL  haqqında əldə etdiyim məlumatları sizlərlə bölüşəcəyəm.

TEFL /TESOL nədir?

Bu proqram ilk dəfə ABŞ – da yaranmışdır.  İlk vaxtlar insanların az diqqətin cəlb etsə də sonralar dünyada məşhurlaşmışdır. Proqram İngilis dili müəllimləri üçün nəzərdə tutulmuşdur. İngilis dili  müəllimliyi üzrə pedoqoji biliklərini artırmaq istəyənlər, professional İngilis dili müəllimi olmaq istəyənlər bu proqramdan istifadə edə bilər.  Siz TEFL/ TESOL kursunu keçib sertifikat əldə etdikdən sonra həm Azərbaycanda, həm də  dünyanın istənilən ölkəsində İngilis dili dərsləri tədris edə bilərsiniz. TEFL / TESOL kursu zamanı  həm nəzəri dərslər, həm də praktik  dərslər keçirilir.  Nəzəri dərslərdə  təcrübəli bir müəllim kimi formalaşmaq, fərqli dərs metodikaları  və yanaşmalarla tanış olub onları öyrənirsiniz.Bundan əlavə siz nəzəri dərslərdə sinfin idarə olunması, dərslərdə vaxtı bölüşdürmək kimi qaydaları  beynəlxalq səviyyədə öyrənmək  imkanınız olacaqdır. Bunula bərabər, İngilis dilinin fonetikasını, morfologiyasını və sintaktika  bölmələrini  öyrənmək imkanınız vardır.  Praktik dərslərdə siz nəzəri dərslərdə öyrəndiklərinizi tətbiq etməyə başlayacaqsınız.  Kursu bitirdikdə sizə sertifikat verilir. Sertifikatı əldə etmək bir o qədər də asan deyil. Siz bunun üçün kurs keçdiyiniz müddətdə verilən tapşırıqları uğurla yerinə yetirməlisiz.

Lakin sertifikat almaq üçün konkret imtahan tələb olunmur. Siz kurs müddətində yazdığınız inşalar, esselər və digər yazılar bir yerə toplanaraq yoxlanılıb qiymət verilir.  Əgər siz kurs müddətində bütün çalışmalarınızı yerinə yetirminizsə, o zaman sizin sertifikat almağınızda heç bir problem olmayacaq.  Sizə verilən sertifikat üç səviyyədə olur:

  • Pass Grade- Kafi ( 50% –  dən yuxarı)
  • Merit-based Grade – orta  ( 65% –  dən yuxarı)
  • Distinction Grade  – əla ( 85%  – dən yuxarı)

TEFL /TESOL kursunun üstünlükləri nədir?

  • Professional İngilis dili  müəllimi olmaq
  • Dünyanın istənilən ölkəsində İngilis dili tədris etmək imkanı
  • Yüksək məvacibli iş imkanları
  • Pedoqogika sahəsində mühüm bilikləri əldə etmək

TEFL /TESOL necə əldə etmək olar?

Bu proqram neçə illər idi ki, Azərbaycanlılar üçün əlçatmaz olmuşdur.  Xaricdə bu kursu keçmək bahalı olduğundan Azərbaycanlılar üçün  müşkül məsələ olmuşdur.   Lakin artıq belə problem qalmayıb. TEFL /  TESOL kursunu  İngilis dili müəllimləri artıq Azərbaycanda  da keçə  bilərlər.

CELT şirkətində fəaliyyət göstərən  TEFL/ TESOL  kursları sizin  karyeranızın inkişafında mühüm xidmətləri olacaqdır.  Kursun  keçirilmə müddəti 3 aydır.  Kurs keçib bitirdikdən sonra siz həyatınızda və karyeranızda olan dəyişikliklərin şahidi olacaqsınız. Arzularınız reallığa çevriləcək.  Beləliklə, siz CELT şirkətində 3 ay müddətində bu kursdan keçə bilərsiniz.

89 thoughts on “Professional İngilis dili müəllimi olmaq istəyirsən?”

    1. Salam. İxtisasınızdan asılı olmayaraq, TEFL/TESOL sertifikatını elde etseniz, ingilis dilini tədris edə bilərsiniz.

  1. Salam, dovlet mekteblerinde ing dili muellimi olmagin en asan yolu nedir? ing dilinde bilir, oyrede bilirem. ali tehsilliyem, amma ing dili tehsilim ,senedim yoxdur. Tesekkur edirem.

  2. Salam,bagislayi sizi narahat edirem sizden bi sey sorusum men bu il fransiz dlil mellimliyine qebul oldum men bu ixtisasi bitirdikden donra ingilis dili mellimi islemeyim mumkundur?

  3. Salam narahat etdiyim ucun bagislayin menimde ingilis diline maragim coxdu. Sadece sizin sertifkatnizla istenilen yerde islemek mumkundur?basqa senet lazim olmur?basqa vetandaslarda bu kursda tehsil ala biler?

    1. Biz dil tədris edirik ama işlə təmin etmirik. Dİl sizə üstünlük sağlaya bilər əgər o sahədə önəmlidirsə

  4. Salam,bu kurslar ancaq ingilis dili müəllimləri üçün keçərlidi?Başqa fənnin müəllimləri öz ixtisaslarını ingilis dilində tədris etmək üçün bu kursdan keçə bilərlərmi?Məsələn, riyaziyyat və ya tarix fənninin müəllimləri.

  5. Salam bilmek isterdim bu sertifikatla mektebde islemek olar . Basqa ixtisas sahibi bu sertifikati aldiqdan sora mektebde isleye biler?

  6. Salam əvvəlcə bele gozel imkanlar yaratdiginiz ucun sizlere tesekkurumu bildirirem, bilmek isterdim, men eger xarici diller uni bitirmemisemse, ve sizin Selt kursundan istifade ederemse, men testiqli bir senedle ingilis dili mellimi sevviyyesin elde ede bileremmi?
    baxmiyaraq basqa sahelerde calisiram, amma bu dile boyuk maragim olub her zaman, mueyyen qeder anlayisimda var, yeni yaxsi telebeniz ola bilerem)

      1. iki uşaq olanda endirim var ama qiymətlər üçün sizə yaxın olan ofisə zəng edin zəhmət olmasa

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next