YÖS və MYÖS imtahanların fərqləri

Türkiyədə təhsil ilə maraqlanan tələbə və valideynlərin adını tez-tez eşitdiyi YÖS və MYÖS imtahanları və onların fərqləri haqda ətraflı məlumat almaq istəyənlərin bu blogu oxuduqdan sonra sualları qalmayacağını düşünürük.

2010-ci ilə kimi Türkiyədə təhsil almaq istəyən xarici tələbələr Yüksek Öğretim Kurulu (YÖK) tərəfindən təşkil olunan “Yabancı Uyruklu Öğrenci Sınavın”da (YÖS) iştirak edərək nəticələri il

 uyğun universitetlərə müraciət etməli idilər. Lakin 2010-cu ildə YÖK artıq YÖS imtahanlarını keçirməyəcəyini elan etdi. Bu xəbərdən sonra universitetlərin qarşısında 3 yol var idi:

  • SAT ilə tələbə seçmək
  • Daxili imtahanlar ilə tələbə seçmək
  • Birbaşa attestat ilə qəbul etmək

Ümumi məlumat

Beləliklə, 2010-cu ildən əksəriyyəti reytinqli universitetlər olmaqla bir sıra təhsil müəssisələri (ODTÜ, İTÜ, Yıldız Teknik, Ankara, Gazi, Hacettepe və s.) SAT ilə tələbə qəbul etməyə başladılar. Bəzi üniversitetlər isə (Akdeniz, Ege, İstanbul) tələbə qəbulunu öz daxili imtahanları ilə bir vəya bir neçə fənn üzrə etməyə başladılar. Sözügedən universitetlərin imtahanları YÖS imtahanlarına bənzədiyi üçün uzun illər bu imtahanlar insanlar arasında YÖS olaraq adlandırılmağa davam etdi.

Lakin, 2021-ci ilin noyabr ayında yayılan xəbərlərə görə YÖK artıq universitetlərin pərakəndə şəkildə daxili imtahanla vəya attestatla tələbə qəbul etməsi zamanı yaranan mənfi halları, eyni zamanda SAT imtahanları zamanı köçürmə və haqsız rəqabət məsələlərini nəzərə alaraq bütün bu imtahanlarla qəbulu ləğv edir və yeni mərkəzləşmiş bir imtahan sistemi yaratmağı planlayır. Bu imtahanların adının Mərkəzləşmiş Yabancı Öğrenci Seçme Sınavları yəni MYÖS adlandırılması bir çox tələbə və valideynlərin yeni sistemi YÖS ilə qarışdırmasına səbəb oldu. Əslində isə YÖS imtahanı artıq 2010-cu ildən etibarən keçirilmir və yeni sistem universitetlərin daxili imtahanlarına və SAT imtahanına alternativ olaraq yaradılıb. Yəni bu illər ərzində universitetlərin keçirdiyi imtahanlar rəsmi YÖS olmadığı kimi MYÖS ilə də əlaqəli deyil.

Bugünə kimi MYÖS üzrə riyaziyyatdan imtahan veriləcəyi və bu imtahanın müxtəlif dillərdə təklif olunacağı bilinsə də, təəssüfki imtahan tarixləri və digər detallar haqqında rəsmi açıqlama edilməyib. Bu barədə bizim digər blogumuzda oxuya bilərsiniz.

https://celt.az/myos-n%c9%99dir-son-zamanlarda-k%c9%99skin-rezonans-doguran-bir-yenilik-myos-imtahanlari-haqqinda-narahat-olan-valideyn-v%c9%99-t%c9%99l%c9%99b%c9%99l%c9%99ri-m%c9%99lumatlandirmaq-ist%c9%99yirik/

Hal-hazırda 10 və 11-ci sinif üzrə təhsil alan və Türkiyədə təhsil üçün MYÖS üzrə hazırlaşmaq istəyən tələbələr CELT Colleges Narimanov ofisinə yaxınlaşaraq həm ingilis dili və riyaziyyat səviyyələrini yoxlada həm də dərslərə qeydiyyat ola bilərlər.

CELT Colleges Nərimanov

narimanov@celt.az 

+994 70 270 70 90

+994 12 566 48 23

2 thoughts on “YÖS və MYÖS imtahanların fərqləri”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More